Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə39/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   35   36   37   38   39   40   41   42   ...   208

86 

 

dastan söyləməklə yanaşı, həm də ağsaqqallıq missiyasını yerinə yetirmişlər. Əsrlərcə 



bu  sənət  inkişaf  etmiş,  bitkinləşmiş,  kamilləşmiş,  böyük  və  ulu  aşıqlar  nəsli 

yetişmişdir.  Onlar  xalqımızın  mənəvi  dünyasının  istək  və  arzularının  tərənnümçüsü 

ömrünü yaşamışlar. 

Həqiqətdir  ki,  hər  dövrün,  hər  tarixi  şəraitin  öz  söz  sərrafları,  hikmət 

söyləyənləri olmuş, ozanlar, yanşaqlar, aşıqlar, dədələr nəsli bir-birini əvəz etmişdir. 

Ayrılıqda  onların  hər  birinin  söz  qüdrəti,  hikməti  haqqında  mətləb  açmaq, 

ağsaqqallıqlarını  izləmək  imkansızdır.  Ona  görə  də  aşıqlar  aşığı,  dədələr  dədəsi, 

ağsaqqallar  ağsaqqalı  Aşıq  Ələsgərdən  bəhs  edən  aşıq  müdrikliyini  açıqlamaqla 

kifayətlənirik.  O,  böyük  el  aşığı,  məclislər  yaraşığından  biri  sayılmış,  öz  sənətində 

aşıqlar


 

aşığı zirvəsinə yüksəlmiş, əlçatmaz, ünyetməz olmuşdu. 

Aşıq Ələsgər ağsaqqallığı, müdrikliyi, sənət ucalığı ilə təkcə doğulduğu Göyçə

 

mahalında deyil, İrəvanda, Vedibasarda, Naxçıvanda, Kəlbəcərdə, Qazaxda, Borçalıda 



böyük  nüfuz  qazanmış,  ehtiramla  qarşılanmışdır.  Hər  bir  gəlişi,  məclislər

 

aparması, 



sazlı-sözlü bir dünya yaratması həmişə heyrət doğurmuşdur. Aşıq Ələsgərin məclisləri 

təkcə eşq, məhəbbət dastanları söylədiyi yer yox, daha çox ədəb-ərkan, təlim-tərbiyə, 

gör-götür  yığıncağı  rolunu  oynamışdır.  Məclis  iştirakçılarına  qeyrət,  ismət,  etibar, 

ilqar dərsi, birlik dərsi keçmişdir. 

Aşıq  Ələsgər  insanları  səmimiyyətə,  bir-birinə  can  deməyə,  könül 

sevindirməyə səsləyir, nəsihətlər verir: 

           "Can" deməklə candan can əskik olmaz, 

  Məhəbbət artırar, mehriban eylər. 

  "Çor" deməyin nəfi nədi dünyada? 

Abad könlü yıxar, pərişan eylər. 

Aşıq Ələsgər insanlara hərcayıdan, müxənnətdən, nadandan, ev yıxandan, bəd 

əmələ qurşananlardan aralı gəzməyi, gen dolanmağı məsləhət bilir. 

Müdrik sənətkar, el ağsaqqalı Aşıq Ələsgər məclisdə igidliklə,  mərdliklə bağlı 

mətləbini belə ərz edir: 

Arif olan, gəlin sizə söyləyim, 

     İgid sözü mərd-mərdanə yaxşıdı. 

      Kişi gərək dediyindən dönməsin

 Biilqardan bir zənanə yaxşıdı! 

Böyük  ustad  aşıq  olanların  bütün  cəhətlərini  göstərməklə  hamını  eyhamla 

mərifətə, insanlığa çağırır: 

Aşıq olub diyar-diyar gəzənin, 

    Əvvəl başda pür kamalı gərəkdi. 

Oturub-durmaqla ədəbin bilə, 

    Mərifət elmində dolu gərəkdi... 

 

Danışdığı sözün qiymətin bilə



    Kəlməsindən ləlü-gövhər süzülə, 


87 

 

                                        Məcazi danışa, məcazi gülə, 



       Tamam sözü müəmmalı gərəkdi... 

Başqa  bir  qoşmasında  daha  dərin  hikmətlər  söyləyir,  ibrətamizlik  çələngi 

hörür: 

    Bir insan ki, haq dediyin bitirsə, 



        Hər məclisdən bir mərifət götürsə, 

                                        Ata-ana sözün yerinə yetirsə

        O yəqin ki, çəkməz cəza dünyada. 

Aşıq  zalımlara,  zülmkarlara  qarşı  öz  nifrətini  bildirir,  bu  yoldan  çəkinməyi 

məsləhət görür: 

    Zülm ilə enməz haqdan ucalan

  Yüksələr fağırın qeydinə qalan. 

        Hər kim şuğul oldu, söylədi yalan, 

Şeytan imanını aldı da getdi. 

 

   Aldanıb dünyanın cah-cəlalına, 



 Haram qarışdıran öz halalına, 

   Xəyanət eyləyən qonşu malına 

      Haqqın divanında qaldı da getdi. 

Dədə Ələsgər məclislərdə heyrət doğuran kəlamlar söyləmiş, el-obanı mərifətə, 

dürüstlüyə, halallığa, etibarlı olmağa səsləmişdir. Cavanlığında da, ixtiyar çağında da 

el ağsaqqalı kimi sayılıb-seçilmişdir. 

XVIII  əsrin  əvvəlində  Şəmkirdə  dünyaya  göz  açmış  Molla  Vəli  Vidadi 

zəmanəsinin  böyük  şairi,  xalqın  dərdinə  yananı,  mətləb  anladanı  olmuşdur.  Xalqın 

içindən  çıxan  şair  daim  xalqla  birlikdə  yaşamış,  elin-obanın  havadarı  olmuşdur. 

Ömrünün çox hissəsini Qazaxın Şıxlı şenliyində keçirmiş, elinin, obasının başbiləni - 

mollası, ağsaqqalı adını qazanmışdır. Camaatın halına acıyan, qeydinə qalan, dərdinə 

şərik çıxan ağsaqqal kimi sayılıb-seçilmişdir. 

Ərəb  və  fars  dillərinin  kamil  bilicisi  Molla  Vəli  Vidadi  uzun  illər  şairliyi  ilə 

yanaşı,  mirzəlik  və  məktəbdarlıqla  məşğul  olmuş,  xalqın  arzu  və  istəyini  lazımi 

yerlərə  çatdırmışdır.  Şair  təkcə  Qazax,  Borçalı  mahallarının  deyil,  bütün 

Gəncəbasarın, Qarabağın, İrəvan bölgəsinin müdrik ağsaqqalı kimi tanınmış, fəaliyyət 

göstərmiş,  təlim-tərbiyə  verən,  tədbir  tökən,  düzgün  yol  göstərən,  çarə  tapan  olmuş, 

zəmanəsinin  eybəcərliyini,  haqsızlığını,  ədalətsizliyini  açıb  göstərmiş,  xalqa  başa 

salmış, gözünü açmağa çalışmışdır. 

Molla Vəli Vidadinin böyük ağsaqqal nüfuzu qazanmasını Firidun bəy Köçərli 

belə qiymətləndirir: "Haqq söyləyən və haqqı dost tutan bir vücud imiş ki, hər kəsin 

eybini açıq söyləməkdən bak və iqtinab etməz imiş... Hamı onu sayarmış, xatirini əziz 

və möhtərəm tutarmış"[16]. 

Adının  yad  ölkələrə  üzən  gəmiyə,  bir  neçə  küçəyə,  yaşayış  məntəqəsinə 

verilməsi,  abidəsinin  Qazaxda  ucaldılması  onun  söz  sərrafı,  klassik  şair,  müdrik  el 



88 

 

ağsaqqalı  kimi  xatirəsinin  qədirbilən  xalqımız  tərəfindən  yüksək  ehtiramla 



qiymətləndirməsini bir daha təsdiqləyir. 

Bir  əsrə  qədər  ömür  sürən  şair  təbiətən  sadə,  səmimi  idi,  insanpərvərlikdə  və 

dostluqda əvəzsizdi. Xeyirxahlığı, qayğıkeşliyi, el qədri bilməsi hamıya bəlliydi. Heç 

şübhəsiz,  bütün  bu  yüksək  insani  keyfiyyətləri  ilə  yanaşı,  böyük  ailə  başçısıydı.  Elə 

bir  ailə  başçısı  ki,  ondan  bir  çox  ailələr,  nəsillər,  tayfalar  dərs  almışdı.  Böyük  ailə 

sahibi  olan  Molla  Vəli  Vidadinin  ailə  üzvləri  savadlı,  ismətli,  qeyrətli  idi.  Vidadi  və 

Pərixanımın  tərbiyəsini  görən,  adət-ənənəni  müqəddəs  sayan,  böyük-kiçik  yeri  bilən 

bu  ailə  eldə,  mahalda  adnandı.  Şairin  oğlu  Osman  əfəndi  elmi  və  əməlilə  təkcə 

Qafqazda deyil, hətta Osmanlı torpağında tanınırdı. Tiflisdə ikinci müfti olan Osman 

əfəndi  atasının  bütün  arzu  və  istəklərini  yüksək  dərəcədə  yerinə  yetirmiş  və  bundan 

şərəf duymuşdur. 

Ağsaqqal şair övladlarının davranışlarından, əməllərindən şərəf, qürur duymuş, 

onlarla fəxr etmişdir. 

Bakının  Mərdəkan  kəndində  1838-ci  ildə  dünyaya  gələn  Hacı  Zeynalabdin 

Tağı oğlu Tağıyev yoxsulluqla böyümüş, bənnalıq edərək qabarlı əlləri, alın tərilə var-

dövlət  qazanmış,  şərəf  sahibi  olmuşdur.  O,  xalqına,  millətinə  layiq  böyük  işlər 

görmüş,  zəngin  miras  qoymuşdur.  Zəhmətinin  bəhrəsilə  yüksələn  Hacı  Zeynalabdin 

XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  böyük  el  atası,  müdrik  ağsaqqal,  əvəzsiz 

xeyriyyəçi adını qazanmışdır. 

Zəhmətlə böyümüş, çətin, müşkül işlərlə qarşılaşmış Hacı Zeynalabdin sistemli 

təhsil almamış, dərin savadı olmasa da, dərin ağla, kamala malik olmuşdur. O, ayıq-

sayıqdı,  işbilən,  iş  görəndi.  Qara  sudan  qaymaq  çəkər,  qara  qızıldan  var-dövlət 

yığardı.  İrəlini,  gerini  aydın  görən,  dünyanın  gərdişindən  baş  çıxaran,  gələcəyə  açıq 

gözlə  baxan,  bənzərsiz,  son  dərəcə  qabil  bir  insandı.  Qəlbi  geniş,  əliaçıq,  səxavətli, 

xalqını  sevən,  xalqına  yanan  xeyriyyəçiydi,  sahibkardı.  Tayı-bərabəri  olmayan 

xeyriyyəçi! 

H.Z.Tağıyev  neftdən,  Kürün,  Xəzərin  balığından,  toxuculuqdan  və  bir  sıra 

başqa


 

sahələrdən  əldə  etdiyi  gəliri  Bakının  inkişafına,  əhalinin  sağlamlığına, 

maariflənməsinə,  dolanışığının  yaxşılaşdırılmasına  sərf  etmiş,  bu  humanistlikdən 

qürur duymuşdur. 

Su  -  həyatdır,  su  -  yaşarılıq  təminatıdır.  XIX  əsrin  sonu  və  XX  əsrin 

başlanğıcında  Bakının  sürətlə  böyüməsilə  əlaqədar  şəhərin  su  ilə  təchizatı  kəskin 

problem kimi qarşıya çıxdı. Çox böyük xərcə başa gələn təmiz və saf Şollar suyunun 

Bakıya  gətirilməsi  Hacı  Zeynalabdinin  əməlidir.  Xaçmazın  Şollar  kəndindən  Bakıya 

kimi  90  il    bundan  əvvəl  istifadəyə  verilən  su  kəməri  bu  böyük  insanın,  el 

ağsaqqalının, millət atasının gördüyü nəhəng işlərdən biridir. 

Tağıyevin  maarifçilik  sahəsində  gördüyü  işlər  də  böyük  ehtiram  və  qibtəyə 

layiqdir.  O,  məktəblər  tikdirmiş,  məscidlər  inşa  etdirmiş,  azərbaycanlı  gənclərin 

dünyanın qabaqcıl təhsil ocaqlarında oxumasına, milli kadrların yetişməsinə, qəzet və 

jurnalların  nəşrinə  yardım  etmiş,  vəsait  ayırmışdır.  Bu  müdrik  insanı,  görkəmli 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə