Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə47/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   43   44   45   46   47   48   49   50   ...   208

103 

 

Yaşa  dolanda  başında  ismət  çələngi,  əldə  qılınc, at  belində, dağ cığırlarında, qalada, 



qayalıqda. 1766-cı ildə Qubalı Fətəli xana  könül vermiş, ailə səadətinə qovuşmuşdu. 

Dağ dağa arxalanırdı, ismət qeyrətə. 

1774-cü  ildə  Gövduşan  çölündə  Fətəli  xan  məğlubiyyətə  uğradı  və  Salyana 

çəkilməyə  məcbur  oldu.  Düşmənlər  qalanı  mühasirəyə  aldılar.  Qalanın  qorunmasına 

Tutibikə  özü  başçılıq  etdi.  Yaraqlandı,  hamını  Dərbəndin  müdafiəsinə  səslədi, 

ehtiyatlı olmağa çağırdı. "Qalanı içindən alarlar"  - deyib meydana  girdi. Tutibikənin 

qardaşı  Əmir  Həmzə  hiyləyə  əl  atdı  və  şayiə  yaydı  ki,  Fətəli  xan  ölüb.  Əmir  Həmzə 

Dərbəndi  almaq  üçün  bacısına  qarşı  qanlı  döyüşə  hazırlaşdı...  "Öz  vəzifəsinə  sadiq 

qalan  Quba  xanının  arvadı  Tutibikə  mərdlərə  məxsus  mətanətlə,  aslan  kimi  qala 

barıları  üstündə  duraraq,  bütün  işlərə  özü  sərəncam  verir,  görüş  bəhanəsi  ilə  qala 

divarlarına  yaxınlaşan  qardaşını  qala  toplarının  atəşilə  hədələyirdi".  Uzun  illər 

Dərbəndin tarixini öyrənən E.İ.Kozubski yazırdı: "Fətəli xanın igid qadını

 

Tutibikə... 



qardaşına qarşı çıxaraq, şəhəri mərdliklə müdafiə edirdi; o qala divarları üzərində şir 

kimi  dayanaraq,  hər  şeyə  özü  rəhbərlik  edirdi..."  İnadlı  müqavimət  inadlı  qələbə  ilə 

nəticələndi. Ərəbzəngi tək qılınc oynadan Tutibikə ərinin şərəfini, elinin ləyaqətini hər 

şeydən üstün tutdu... 



ġərəf  Cahan  Bəyim  xanım.  Xalqının  cəsur  cəngavəri  Cavad  xanın  adı 

dilimizdə,  hünəri  qəlbimizdə  döyünür.  Fəxr  edirik,  qürur  bağlayırıq.  Ulu  babamızdı, 

Gəncə  xanımızdı,  arxalı  dağımızdı  -  deyirik.  Öyünürük,  sevinirik.  O,  qeyri-adi 

insanmış,  fədakar,  ötkəm,  çılğın,  sərt  təbiətli  imiş,  hünərli,  iradəli,  müstəqil  fikirli 

imiş. İnadından çəkinməz, dediyindən dönməz, qərarında qəti, hökmü yenilməz, sözü 

bütöv, fikri aydın, düşüncəsi dərin, siyasəti çevik, dostuna dost, düşməninə yamanmış. 

Cazibəli görkəmi, alıcı gözləri varmış. Müdam qürurlu görünər, iti yeriyərmiş. Kişilər 

kişisi,  qeyrətlilər  qeyrətiymiş.  Vətəncanlı,  istiqanlı  adammış.  Dərdini  içində  çəkər, 

sirrini pünhan saxlarmış. 

Belə bir yenilməz hökmdarı xalqımıza nəcabətli, ismətli, ər qeyrətini uca tutan 

Şərəf Cahan Bəyim xanım bəxş etmişdi. Cavad xan bu şərafətli ananın döşündən süd 

əmmiş,  laylasında  laylalanmış,  bayatısı  ilə  ərsiyələnmiş,  kamala  yetmişdir.  Oğul 

ananın adını yüksək tutmuş, ona ilahi bir qüvvə kimi baxmış, qarşısında diz çökmüş, 

səcdə  qılmışdır,  şərəfi-şanı,  əziz  canı  sanmışdır.  "Ana  haqqı  -  Tanrı  haqqıdır"  - 

demişdir.  Cavad  xan  1804-cü  ilin  yanvar  ayının  3-dən  4-nə  keçən  gecə  anasını 

qəlbindən  keçirmiş,  ana  ismətini  qorumaq  üçün  düşmən  üzərinə  hücuma  keçmiş, 

namərd gülləsinə tuş olmuşdur. Vətən qoynunda, ana yolunda qana batmış, dünyasını 

dəyişmişdir. Hamı bir səslə "axır qəmin olsun, Vətən" - demişdir. 



Həcər  xanım.  XIX  əsrin  ikinci  yarısının  təzadlı,  mübarizəli  çağlarında 

varlılara,  mütləqiyyət  əsarətinə  qarşı  qaçaq  hərəkatı  baş  qaldırdı.  Qaçaq  el  üçün 

vuruşdu,  elə  arxalandı.  El  də  qaçağı  pünhan  saxlayır,  ürəyində  gizlədirdi.  Onların 

arasında Qaçaq Nəbi və Qaçaq Kərəm xalq qəhrəmanı kimi daha çox tanındı, dildə-

ağızda gəzdi. 

Qaçaq  Nəbi  keçmiş  Zəngəzur  qəzasının  Yuxarı  Mollu  kəndindən  olan  Həcər 




104 

 

adlı  qızla  evləndi,  arzuları  qoşalaşdı.  Həcər  öz  hünəri  və  ilqarı  ilə  həqiqətlərdən 



nağıllaşdı,  Nəbi  ilə  birlikdə  dastanlaşdı.  Dağlar  qızı  atın  yalmanına  yatanda,  qılınc 

oynadanda  yerlər titrəyir, dağlar lərzəyə  gəlirdi. O, Nəbi  sorağı ilə dağlarda at sürər, 

düşmənə qənim kəsilərdi. 

Qaydadı,  kişinin  arxasında  arı,  ilqarı  dayananda  onun  hünəri  yenilməz  olar, 

əməli  dünyanı  mehvərindən  döndərər.  Nəbinin  ümid  çırağını  söndürmək, 

məqsədindən döndərmək, gedər-gəlməzə göndərmək üçün namərdliyə əl atdılar. Ona 

yar  dağı  çəkmək,  Həcərini  ələ  keçirmək  hiyləsini  qururlar.  Ayağı  qandallı,  qolları 

bağlı,  sinəsi  dağlı  Həcəri  qazamata  salırlar.  Min  bir  əzab-əziyyətə  dözən  Həcər 

ümidini  Nəbisinə  bağlayır,  onu  haraya  çağırır.  Nəbi  Həcərini  xilas  edir,  Salvartı 

dağlarına çəkilir. 

Nəbinin  dağlarda  sığındığını  bilən  atlı  kazak  dəstələri  onu  Murğuz  kəndində 

haqlayırlar.  Qanlı  döyüşdə  Nəbi  Həcərinə,  Həcər  Nəbisinə  arxa  olur.  Düşmən  xeyli 

tələfat verir. Nəbi Həcərin igidliyinə heyran qalır, fərəhindən ürəyi köksünə sığmır: 

    ...Mahalda deyirlər, qaçaqdır Nəbi, 

       Həcəri özündən qoçaqdır Nəbi... 

Natəvan  xanım.  XIX  yüzilliyin  ikinci  yarısında  arzusu  və  əməliylə  Qarabağ

 

xanlığına  şərəf  gətirən  bir  el  anası  qızğın  fəaliyyətə  başladı.  Cəmi  60  il  ömür  sürən 



mənalı, qəmli-ələmli həyat tərzi keçirən Xurşidbanu Natəvan Qarabağın axırıncı xanı 

Mehdiqulu  xanın  qızıdır.  Daha  çox  "Xan  qızı"  kimi  çağırılan  Natəvan  xanım 

zəmanəsinin  kamil  təhsilini  almış,  ərəb  və  fars  dillərini  öyrənmişdir.  Yüksək 

mədəniyyət  sahibi,  səmimi  məxluq  olan  bu  gözəl  qadın  davranışı,  əqli,  zəkası,  fitri 

istedadı, uzaqgörənliyi ilə sayılmış, seçilmişdir. El anası kimi, elinə yanan kimi. 

Görkəmli  şair,  mahir  rəssam  olan  Natəvan  xanım  "Məslici-üns"  və  "Məclisi-

fəramuşan"  adlı  mötəbər  ədəbi  məclislərin  yaradıcılarından  olmuş,  yeri  gəldikdə 

mənəvi  və  maddi  yardım  göstərmiş,  Qarabağda  şair,  rəssam  və  musiqiçilərin 

yetişməsində onun böyük xidmətləri olmuşdur. 

Natəvan  xanım  Qarabağ  xanlığının  sosial  həyatında  müstəsna  xidmətlər 

göstərmişdir.  O,  böyük  xeyriyyəçi  adını  şərəflə  daşımışdır.  Alicənablığı,  səxavəti, 

əliaçıqlığı,  yoxsullara,  fəqir-füqəralara,  şikəstlərə  əl  tutması,  qədir-qiymət  verməsilə 

tanınmışdır. 

Natəvan  xanımın  Qarabağ  xanlığının  möhkəmlənməsi  və  inkişafında  xüsusi 

xidmətləri  olmuşdur.  O,  el-oba  yollarının,  mövcud  körpülərin  salınması  və  təmir 

edilməsinə  yardım  etmiş,  Şuşaya  "Xan  qızı  bulağı"  adını  daşıyan  su  kəməri 

çəkdirmişdir. 

Gülgəz  xanım.  Xalqının  içindən  çıxan,  xalqının  halına  yanan,  qeydinə  qalan, 

nağıllaşan,  dastanlaşan  Qaçaq  Kərəm  Qafqazda,  Türkiyə  və  İranda  uzun  illər 

qəhrəmanlıqlar göstərmiş,  yenilməzliyilə sayılmış, seçilmişdir. Rus  yazıçısı M.Qorki 

Qaçaq Kərəm haqqında yazır: "Kərəm haqqında eşitdiklərim o qədər əfsanəvidir ki, o 

hazırda  sağ  olmasaydı,  onun  həqiqətən  yaşadığına  insan  heç  cür  inana  bilməzdi.  O, 

əfsanə və nağılların qəhrəmanıdır. O, ədalət mücəssəməsidir". 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə