Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə55/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   51   52   53   54   55   56   57   58   ...   208

123 

 

məişətimizdə  kök  çalmış,  insanların  demək  olar  ki,  gündəlik  həyat  tərzinə  sirayət 



etmişdir.  Bu  isə  insanların  daxili  aləminin  saflığından  və  mənəvi  dünyasının 

zənginliyindən  xəbər  verir.  Təsadüfi  deyildir  ki,  insanların  ən  şərəflisi  əliaçıq  və 

səxavətli adamlar sayılır. İmkan daxilində qonağın tələblərini yerinə yetirən, bacardığı 

qədər xeyirxahlıq edənlər ən hörmətli insanlar hesab olunurlar[40]. 

Şamaxıda  Mahmud  bəy  adlı  varlı  bir  adamın  evinə  qonaq  dəvət  olunan  və 

Azərbaycan 

ərazisində 

göstərilən 

qonaqpərvərliyi  gözlədiyindən  daha  da 

üstün  sayan  Aleksandr  Düma  göstərir  ki, 

buradakı  qonaqlıq  məclisində  musiqiçilər 

və  rəqqasələr  də  var  idi.  Belə  məclislərə 

hətta  Qafqazda  məşhurlaşmış  Şamaxı 

rəqqasələri  dəvət  olunurdular[41].  Düma 

bu  qonaqlıq  məclislərinin  musiqinin 

müşayiəti 

ilə 

keçdiyini 



göstərir. 

Göründüyü  kimi,  evə  gələn  qonağı  ev 

sahibi  təkcə  yemək  və  yataqla  təmin 

etməklə  kifayətlənmir.  Qonağın  tam 

sərbəstliyini  təmin  etmək  və  onu 

əyləndirmək 

məqsədilə 

məclisə 


müğənnilər və rəqqasələr də dəvət edirdi. 

Ecazkar 


təsir 

gücünə 


malik 

musiqimiz və gözəlliyi, təravəti ilə ürəkləri 

riqqətə  gətirən  rəqslərimiz  qonaqlıq 

məclislərinin  yaraşığı  olmuş,  insanlara 

yüksək  sevinc  hissi  bəxş  etmişdir.  Dahi 

bəstəkar  Üzeyir  Hacıbəyov  "Azərbaycan  musiqi  həyatına  bir  nəzər"  məqaləsində 

yazır:  "Azərbaycanın  bir  çox  mahallarında  toy  və  düyün  zamanı,  yaxud  bayram  və 

başqa  bir  şadlıq  günlərində  camaat  hamısı  bir  yerə  yığılıb  ikitərəfli    olaraq"    çalıb-

çağırarlar.  Xanəndə  və  sazəndə  dəstəsi  əksər  ovqat  üç  nəfərdən    ibarət  olar  ki, 

onlardan  biri  oxuyar,  təğənni  edər,  digəri  "tar"  və  üçüncü  isə  "kamança"  çalar;  bu 

dəstənin əhli bütün muğam və dəstgahları lazımınca bilməlidirlər"[42]. Müəllif fikrinə 

belə  davam  edir:  "Aşıq  dəstəsi  dəxi  əksərən  üç  nəfərdən  olub,  bunlardan  biri  həm 

oxuyar, həm də "saz" çalar, iki yerdə qalanı isə alət nəğmədən olan "balaban" çalar; 

balabançının  ikincisinə  "züy  tutan"  və  yaxud  "dəmkeş"  deyirlər  ki,  bunun  vəzifəsi 

hava çalmaq olmayıb, yalnız bir sədanı uzatmaqdan ibarətdir; balaban çalanlar "tütək" 

və  "zurna"  dəxi  çalarlar;  bu  halda  bunların  xanəndəsi  dəf  (təbil)  çalmalıdır:  aşıq 

dəstəsi  çox  vaxt  muğamat  və  dəstgahlardan  bixəbər  olub,  "repertuar"ları  xalq 

mahnılarından  və  nağıllarından  əmələ  gəlir;  nağıl  vaxtı  aşıqlar  otaq  içində  gəzişə-

gəzişə  icrayi-hünər  edib  yeri  gələndə  söz  ilə  və  yeri  gələndə  hava  ilə  şirin-şirin 

nağıllar  söyləyib  oxuyarlar.  Böyük  toylara  həm  xanəndə  və  həm  də  aşıq  dəstəsi 




124 

 

çağırarlar və növbəylə oxudarlar"[43]. 



Qonaqpərvərlik  adətində  qəbul  olunmuş  əsas  şərtlərdən  biri  də  qonağa 

hədiyyələr  bəxş  edilməsi  idi.  Bu,  qonaqpərvərlikdə  qəbul  edilmiş  adi  bir  hal  idi. 

Qonaq  ev  sahibinə  müəyyən  bir  şey  bağışlamağa,  ev  sahibi  isə  öz  növbəsində 

qonağını müxtəlif hədiyyələrlə yola salmağa çalışırdı. Bu adət günümüzə qədər gəlib 

çatmış və indi də yaşamaqdadır. 

"El-oba  çörəyi  ilə  tanınar"  -  deyib  ulularımız.  Yəni  el-oba  həmişə  çörəkverən 

səxavətli  insanları  ilə  fəxr  etmişdir.  Səxavətli,  qonaqpərvər,  əltutan  kişilər  haqda 

"çörək verən adamdır" - deyə şəxsiyyətinə alqışlar söyləmişlər. 

Qonaq evə gələndə necə alqışla qarşılanırsa, elə də həmin evi alqışla tərk edir. 

Ev sahibinin qayğısı müqabilində qonaqlar onu aşağıdakı kimi alqışlayırlar: 

Allah evini şen eləsin! 

Allah çörəyini bol eləsin! 

Süfrən açıq olsun! 

Ruzi, bərəkətin bol olsun! 

Evindən qonaq-qaran əskik olmasın! 

Ucaların ucası olasan! 

Ocağınız nurlu, bərəkətli olsun! 

Qonaqpərvərliyin  bütün  tələbləri  gündəlik  həyat  normalarına  və  qaydalarına 

uyğun gəlirdi. 

Bu  adət,  əvvəllər  olduğu  kimi,  xanlıqlar  dövründə  də  öz  mövcudluğunu 

qoruyub  saxlamışdı.  Bəzən  ictimai-siyasi  baxışları  üst-üstə  düşməsə  belə,  xanlar 

arasındakı  görüşlər  yüksək  qonaqpərvərlik  şəraitində  keçirilmişdir.  Hətta  "Xan  divan 

yığıncağında  olan  üzvlərinə  qonaqlıq    düzəldirdi"[44].    Bayramlarda,  təntənəli 

günlərdə  və  ya  başqa  xanlıqlardan  nümayəndələr  qonaq  gəldikdə  onların  qarşısına

 

əsnaflar öz bayraqları ilə çıxmalı idilər[45].



 

Fətəli xanın Nuxa şəhərində bir neçə gün qonaqlıq və şadlıqlar keçirib Gəncəyə 

yola  düşdüyü  də  məlumdur[46].  Mirzə  Adıgözəl  bəy  Naxçıvan  hakimi  Heydərqulu 

xanın Pənah xana qonaq gəldiyini təsdiqləyir[47]. 

XIX  əsr  salnaməçisi  Mirzə  Yusif  Qarabaği  "Tarixi-Səfi"  əsərində  belə  yazır: 

"Qarabağ xanı İbrahimxəlil Avar və Dağıstan hakimi Ümmə xanın bacısı Bikə ağaya 

evlənərək  onunla  qohum  oldu.  Dağıstan  ölkəsindən  ona  kömək  gəlirdi  və  çox  vaxt 

ləzgilərin  qoşunlarını  yanında  qonaq  sifətilə  Qarabağ  kəndlilərinin  hesabına 

saxlayırdı"[48]. Göründüyü kimi,  nəinki ayrı-ayrı insanlar, hətta  yeri gəldikdə qoşun 

belə lazımınca qonaq saxlanılır və ehtiram görürdü. 

Xanlıqlar  dövründə  qonaqlıq  məclisinin  təsviri  yazıçı  Yusif  Vəzir 

Çəmənzəminlinin  "Qan  içində"  əsərində  də  öz  əksini  tapmışdır.  Burada  xanların 

qonaqlıq süfrəsi təsvir edilir. Qiymətli xalı döşənmiş taxtın üstündə Qarabağ hökmdarı 

İbrahimxəlil  xanın,  ətrafında  ağaların,  bəylərin  əyləşdiyi  göstərilir.  Tacir  və  əsnaflar 

da  məclisə  yığışmışdılar,  "onlar  divar  boyu  döşənmiş  ipək  döşəklərin  üzərində  dizi 

üstə  ədəblə  oturmuşdular  və  bir  kəlmə  belə  kəsmirdilər.  Məclisə  Vaqiflə  Mirzə 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə