Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə63/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   59   60   61   62   63   64   65   66   ...   208

141 

 

yayılmasına, muğamatın inkişafına zəmin yaratmışdır. 



Nizami  Gəncəvinin  mənəvi  dünyasında  muğamlar  haqqında  verdiyi 

məlumatlar son dərəcə qiymətlidir. O, "Xosrov və Şirin" poemasında səkkiz muğamın 

adını  çəkir:  "Rast",  "Üşşaq",  "Novruz",  "İsfahani",  "Hessari",  "Rəhavi",  "İraqi"və

 

"Zirfkənd". 



Muğamların  adları,  məzmunu  və  ifa  tərzləri  haqqında  XIII  əsrdə  Səfiəddin

 

Urməvi və XIV əsrdə Əbdülqadir Marağayinin əsərlərində bəhs edilir. 



XIV  əsrdə  Şamaxıda  dünyaya  gələn  xalqımızın  dahi  şairi  Seyid  İmadəddin 

Nəsiminin  ölməz  inciləri  aləmə  işıq  saçmışdır.  Şairin  kamal  dünyasında  sevgi,  eşq, 

məhəbbətlə  yanaşı,  musiqimizlə  bağlı  mətləblər  də  heyrət  doğurur.  Böyük 

mütəfəkkirin bir qəzəlində gözəllik, sevgi, hicran nidaları muğamlarla qoşalaşır, qoşa 

qanad olurlar: 

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,  

Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsaz.  

Üşşaq meyindən qılalı işrəti-Novruz,  

Ta rast gələ cəngi-Hüseynidə sərəfraz.  

Ya Çargahı lütf qıl, ey Hüsni-Büzürgi. 

 Kuçik dəhənindən bizə, ey dilbəri-tənnaz,  

Zəngulə sifət nalə qılam zar Segaha, 

 Çün əzmi-hicaz eyləyə məhbubi-xoş avaz. 

 Ahəngi-İsfahan qılır ol nami İraqi.  

Zəhhadi yolunda yenə canım qıla pərvaz.  

Könlüm hasar eylədi ol ruhi-mubərqə

 Gəl olma Müxalif bizə, ey dilbəri-Şahnaz.  

Çün cuşə gəlib, eşq sözün qılsa Nəsimi,  

Şövqündən onun cuşə gələr Sədiyi-Şiraz. 

Böyük  ustad  bir  qəzəlində  bir  dünya  yaratmış,  muğam  və  muğam  şöbələrini 

aşiqi-məşuqun  göz  yaşı  ilə  islatmışdır.  Həmin  könül  yandıran  qəzəldə  "Üşşaq", 

"Novruz",  "Rast",  "Kuçik",  "Hüseyni",  "Çahargah",  "Büzürg",  "Segah",  "İraqi", 

"İsfahani",  "Zəngulə",  "Mübərriqə",  "Müxalif",  "Şahnaz"  muğamları  muncuq  kimi 

sıralanır, sapa düzülür[26]. 

XIX  əsr  və  XX  əsrin  əvvəllərində  muğamlarımız  daha  da  inkişaf  edərək 

özünün kamillik zirvəsinə çatmışdır. 

Böyük  Üzeyir  bəy  yazır  ki,  musiqi  binasının  möhkəm  təməlini  təşkil  edən  on 

iki sütun, on iki əsas muğamı, altı bürc isə altı avazatı təşkil edirdi. On iki əsas muğam 

bunlar  idi: Üşşaq, Nəva, Busəlik,  Rast, Əraq, İsfahani,  Zərəfkənd, Büzürg,  Zəngulə, 

Ruhani,  Hüseyni  və  Hicaz[27].  Hər  biri  öz  məzmunu  və  qayəsilə  səciyyələnən  bu 

muğamlar  Şərq  xalqlarının  məhsulu,  onların  bəşəriyyətə  bəxş  etdiyi  töhfəsidir.  Dahi 

bəstəkar  öz  fikrini  davam  etdirərək  qeyd  edir  ki,  Yaxın  Şərq  xalqlarının  musiqi 

mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı 

bürclü  "bina"  (dəstgah)  şəklində  iftixarla  dörd  tərəfi  Əndəlistandan  Çinə,  Orta 




142 

 

Asiyadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür[28]. 



Zaman-zaman  bəzi  muğamların  şöbəyə,  bəzi  şöbələrin  muğamlara  çevrilməsi 

halları baş vermişdir. Nəticədə "Rast", "Şur", "Segah", "Şüştər", "Çahargah", Bayatı-

Şiraz", "Hümayun" Azərbaycan musiqisinin yeddi əsas ladı kimi formalaşmış, muğam 

dünyamıza kök salmış, inkişaf etmişdir. 

Muğamların  muğamıdı  "Rast".  Musiqi  ocağıdı,  kökdü,  özüldü,  bünövrədi. 

Musiqi  ensiklopediyamız,  musiqi  dastanımızdı  "Rast".  Epopeyadı,  xəzinədi,  dəfinədi 

"Rast".  Əlçatmaz,  bitməz-tükənməz  musiqi  dünyamızdı.  Genişlikdi,  səmavilikdi,

 

bitkinlikdi  "Rast".  Hekayət  danışan,  nağıl  söyləyən,  əfsanə  yazan  ulumuzdu, 



ixtiyarımızdı, 

müdrikliyimizdi, 

yetkinliyimizdi, 

uzaqgörənliyimizdi, 

alicənablığımızdı,  nəcibliyimizdi  "Rast".  Düşünən,  düşündürən,  nəsihət  verəndi, 

zəkadı,  ağıl  dəryasıdı,  kamillik  dünyasıdı,  düzlükdü,  təmizlikdi,  ümiddi,  təmkindi, 

gümrahlıqdı,  təskinlikdi,  gərginlikdi  "Rast".  Qəhrəmanlıqdı,  mərdlikdi,  istiqanlılıqdı 

"Rast"... 

Üzeyir  bəy  "Rast"ın  "bahar  nəsiminin  əsməsindən"  götürüldüyünü  və  onun 

zamanın  sınağından  üzüağ  çıxdığını  bildirir.  O  qeyd  edir  ki,  "bu  muğam  kökünün 

möhkəm və məntiqli olması onun adının mənasına tamamilə uyğun gəlir. "Rast" düz, 

doğru deməkdir. "Rast" muğamı yalnız öz adını və səs qatarını deyil,  hətta öz maya 

ucalığını  da  zəmanəmizə  qədər  mühafizə  etmişdir.  Bütün  Yaxın  Şərq  xalqlarında 

"Rast" muğamının quruluşu və mayə ucalığı eynidir"[29]. 

A.Əfəndiyev "Rast"ın fəlsəfi mahiyyətini, estetik xilqətini özünəməxsus tərzdə 

incələyir.  Bizi  ciddiliyə,  qəhrəmanlığa,  hikmətə,  qeyrətə  haylayır,  haraylayır. 

"..."Rast"  həm  başqa  muğam  bulaqlarını  yaradan,  həm  də  bu  bulaqların  suyundan 

bəhrələnən bir çaydır. "Rast" muğamları, muğamlar "Rast"ı yaratmışdır... "Rast" həyat 

haqqında  fəlsəfi  hekayətdir.  Bu  hekayət  həyatın  ən  kamil,  ən  parlaq,  ən  müdrik 

dövrlərini əhatə edir... Burada fəlsəfi məzmun dərin zəka tərəfindən dərk olunmuş və 

həssas  ürək  tərəfindən  duyulmuş  vəhdət  şəklində  meydana  çıxır...  Bütün  bu  hisslər, 

düşüncələr  bir  dənizə  -  qəhrəmani  fəaliyyət  dünyasına  axırlar.  Buna  görə  də  "Rast" 

adlanan  epik  dastanın  sədalarında  digər  muğamlar  da  eşidilir.  Bütün  muğamlar 

"Rast"a qovuşur"[30]. 

"Şur"un  ən  sanballı,  çoxtərkibli,  irihəcmli  dəstgah  sayılaraq  Azərbaycan  və 

İranda  tanındığı  və  geniş  yayıldığı  qeyd  edilir[31].  Belə  bir  mülahizə  var  ki, 

"...bugünkü "Şur" muğamının və eyni adlı lad-məqamın özülünü qədim klassikon iki 

muğamdan "Nəva" adlı muğam-lad təşkil edir". Belə bir ehtimal da var ki, "...indiki 

"Şur"  muğamı  müəyyən  dövrlərdə  "Dügah"  adını  daşımışdır"[32].  Deməli,  "Şur" 

muğamı cavan görünsə də, onun əsli-kökü qədim və möhkəm özül üzərində bərqərar 

olmuşdur.  Arzu  və  istək  baxımından  "Segah"  "Şur"la  qırılmaz  tellərlə  bağlıdır.  Hər 

ikisi  eşqə,  məhəbbətə  mübtəla  olur,  xəyallar,  röyalar  aləmində  qovuşurlar.  Lakin 

"Segah"ın aləmi, sevgi dünyası daha dərdli, daha ələmlidir. Əzablı yollar, sarsıntılar, 

ümidsizliklər, uğursuzluqlar daha çoxdur... 

"Segah"  üç  mövqe,  üç  məkan  mənasını  daşıyır  və  çoxvariantlı,  çoxköklü 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə