Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə62/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   58   59   60   61   62   63   64   65   ...   208

139 

 

"Şah İsmayıl" operasının ssenari müəllifi M.Maqomayevin əsərinin adını XVI 



əsrin böyük Səfəvi dövlətinin başçısı, qüdrətli və uzaqgörən sərkərdə, görkəmli şair və 

mədəniyyət carçısı Şah İsmayılın adı ilə eyniləşdirməsi təsadüfi olmayıb rəmzi məna 

daşıyır. O, dövlətçiliyimizin, xalqın mübarizəsinin yenilməzliyini sözlə musiqi dilinin 

qovşağında  dinləyicilərə  çatdırır.  Bəstəkarın  "Nərgiz"  operası  onun  yaradıcılığında 

mühüm  rol  oynayır[22].  Təsadüfi  deyil  ki,  1938-ci  ildə  Moskvada  səslənən  bu  əsər 

təkcə  M.Maqomayevə  deyil,  həm  də  musiqi  mədəniyyətimizə  bir  töhfə  kimi  qəbul 

edilmişdir. 

M.Maqomayev  bir  folklorçu  və  etnoqraf  kimi  uzun  illər  Azərbaycan  xalq 

mahnılarını  və  rəqslərini  toplamış,  qeydə  almış,  nota  salmış,  yeri  gəldikcə  öz 

əsərlərində istifadə etmişdir. Bəstəkarın arxivində qorunub saxlanan 30-a qədər mahnı 

və rəqs

 

nümunələri diqqəti cəlb edir[23]. Bu baxımdan hələ 1927-ci ildə Üzeyir bəylə 



birlikdə  topladıqları  və  nəşr  etdirdikləri  “Azərbaycan  türk  el  nəğmələri”ni  əvəzsiz 

musiqi  xəzinəsi  adlandırmaq  olar.  Bəstəkar  xalq  ruhunu  oxşayan  bir  sıra  mahnı  və 

marşlar yazmışdır. 

Böyük  bəstəkar,  dirijor  və  musiqişünas  M.Maqomayev  XX  əsr  Azərbaycan 

musiqi mədəniyyətinin inkişafında xüsusi xidmət  göstərmiş, onun beynəlxalq aləmdə 

tanınmasına  çalışmışdır.  Xalqımız  və  dövlətimiz  bu  unudulmaz  bəstəkarın  adını  uca 

tutmuş, xatirəsini əbədiləşdirmişdir. 

Muğamlar.  Allah  vergisi,  tanrı  payımız,  ilahi  qismətimizdi  muğamlar. 

Varlığımız,  saflığımız,  saf  dünyamızdı  muğamlar.  Qənirsizlikdi,  üz  ağlığımızdı 

muğamlar.  Əzəli  musiqimizdi,  fəlsəfi  kamilliyimizdi,  mənəvi  zənginliyimizdi 

muğamlar.  Xalqımızın  sirdaşıdı,  musiqimizin  başıdı  muğamlar.  Xeyirxahlıqdı, 

insanpərvərlikdi,  elsevərlikdi  muğamlar.  Qaynar  bulaqdı,  gur  çeşmədi,  səmavilik, 

ülvilik,  ucalıq  timsalıdı,  adət-ənənəmizin  bəzəyidi,  tariximizin  yol  yolçusudu,  yük 

daşıyanıdı  muğamlar.  Qaranlığa  işıq  saçan,  insanlara  nur  paylayan  günəşdi,  aydı, 

ulduzdu  muğamlar.  Mənəviyyat  şöləmiz,  təlim-tərbiyə  lisanımızdı,  həyəcanımız, 

qaynar  qanımızdı.  Sadəlikdə  mürəkkəblik,  aşkarlıqda  dərinlik,  açıqlıqdı  muğamlar. 

Yığcamlıq,  lakoniklik,  məzmunluluq,  ümumiləşdirmə,  yekunlaşdırma  dəmidir 

muğamlar.  Rahatlıqda  narahatlıq,  sevincdə  kədər,  hicranda  vüsaldı,  nalədi,  ahu-

fəğandı  muğamlar.  Yaşamaqda  yaratmağın,  ölümlə  qalımın  mənasıdı,  insanı 

əsrarəngiz  təbiətlə  doğmalaşdıran,  gözəlliyə  qovuşduran  ayrılmazlıqdı  muğamlar. 

Sağalmaz  yaralara,  ruhi  sarsıntılara,  tərki-dünyalığa  məlhəmdi  muğamlar.  Düşünən, 

düşündürən  fikir  karvanıdı,  xəyaldı,  röyadı,  bir  ayrı  dünyadı  muğamlar.  Doğmamız, 

əzizimizdi, təmiz qəlbimizdi muğamlar. 

Bizə belə gəlir ki, bu mənəvi aləm, ruhi qida ərazi, vətən anlayışı baxımından 

qədim Şərq ölkələrinin dühasıdır, orada məskunlaşan, orada güzəran keçirən xalqların 

kəşfi,  ixtirasıdır.  Bu  geniş  torpaqlarda  yaşayan  xalqların  hər  birinin  muğam 

yaradıcıları kimi fəxr etməyə, mənimdi deməyə, öyünməyə, sevinməyə haqqı var. Bu 

inkaredilməz  həqiqəti  hamılıqla  qəbul  etmək,  bu  baxımdan  yaşamaq  daha  düzgün, 

daha  səmimi  olar.  Əsil  həqiqət  belədir  ki,  muğamların  ilkin  yarandığı,  dünyaya  göz 




140 

 

açdığı  məkan  Şərqdir,  Şərq  müdrikliyidir.  Onun  əsli,  kökü,  rişələri,  lap  elə  qol-



budaqları da bu torpaqda pərvəriş tapmış, bu müqəddəslikdə ucalmışdır. 

Şərqin ürəyinin başında öz mənzərəsi, gülü, gülüstanı, tər çiçəyi, çəmənzarı ilə 

göz  oxşayan  muğamat  sarayı  dünyanı  heyrətə  gətirir.  Öz  yaraşığı,  öz  bənzərliyi,  öz 

qənirsizliyi, öz möhtəşəmliyi ilə seçilən muğamat sarayı. Dərin düşüncə, incə zövqlə, 

sehrli  barmaqla  ucaldılan  bu  əzəmətin,  vüqar  çələnginin  ustasıdı,  bənnasıdı,  nəqş 

vuranı,  qaş-daşa  tutanıdı,  Şərq  xalqlarıdı,  bizik,  hamımızıq.  Heyrətlə  saraya  axır  və 

görürsən  ki,  bura  Ərəbistandı,  İrandı,  Azərbaycandı,  Türküstandı,  Əfqanıstandı, 

Pakistandı,  Hindistandı.  Deməli,  muğamların  başlanğıcı,  mənşəyi,  soy  kökü  bu 

yerlərdi, bu torpaqlardı. Bu mülahizə bizim öz qənaətimiz, öz qərarlarımızdı[24] 

O da aydın həqiqətdir ki, Azərbaycan muğamları Şərq muğam aləmilə əsrlərcə

 

yaxınlıq,  oxşarlıq  və  doğmalıq  təşkil  etsə  də  bəzi  fərqli  cəhətlərdə  özünü  açıq-aşkar 



büruzə  verir  ki,  bu  da  tamamilə  təbiidir.  Deməli,  ümumilikdə  fərdiçilik,  bizimkində 

mənimkilik, genişlikdə lokallıq mütləqdir, qanunauyğundur. "Bu uyğunluqla bərabər, 

heç  də  inkar  edilməməlidir  ki,  bu  muğamlar  eyni  zamanda  müəyyən  xüsusiyyətlərə 

görə  bir-birindən  fərqlənirlər.  Bu,  belə  də  olmalıdır,  çünki  onların  hər  biri  daimi 

olaraq yerli ənənələrin təsiri altındadır və o xalqın dili, musiqi alətləri, ifa üsulları və 

ifadə  vasitələri  ilə  sıx  əlaqədardır"[25].  Buraya  hər  bir  xalqın  xarakteri,  mədəni 

inkişafı, mənəvi zənginliyi və psixoloji anını da daxil etmək olar. 

Muğamatın  başlanğıcı,  ilkin  yaranışı,  kökü  və  rişələri  tarixini  uzaq  keçmişdə 

ibtidai icma quruluşunun inkişaf etmiş mərhələsində axtarmaq lazımdır. Bu problemin 

Azərbaycanla  bağlı  cəhətlərinə  toxunmağı  özümüzə  borc  bilirik.  Azərbaycan 

minilliklər  boyu  qədim  Şərq  ölkələrilə  təmasda,  qarşılıqlı mədəni  əlaqədə  olmuşdur. 

Eradan əvvəl I minillikdən üzü bəri xalqımız bir sıra güclü dövlətlər yaratmışdır.  Öz 

qüdrəti,  mənəvi  dünyası  və  zəngin  adət-ənənəsilə  seçilən  dövlətlər.  Həmin  dövrdə 

Şərq  aləmilə  əlaqələrimiz  daha  güclü,  daha  təsirli  olmuşdur.  Belədirsə, 

muğamlarımızın kökləri həmin dövrlərin tarixi ilə sıx bağlıdır. Azərbaycan ərazisində 

muğamların  tarixini  Manna  və  Atropatena  dövlətlərinin  tarixinə  bağlasaq,  daha 

düzgün ola bilər. Zərdüşt dünyasının müqəddəs kitabı "Avesta" təxminən eyni dövrdə 

formalaşmış  və  inkişaf  etmişdir.  21  kitabda  cəmləşən  "Avesta"nın  Atropatenada 

tamamlanması  çox  şey  deyir.  Kitabda  etiqadlar  və  mərasimlərin  icrası  zamanı 

muğamlardan    istifadə    edilməsi    mümkündür.    Deməli,    ərazimizdə    muğamların 

təşəkkülünün  eradan  çox-çox  qabaqlarla  səsləşməsi  ehtimalı  həqiqətə  daha  yaxındır. 

İlk  orta  əsrlərdə  Azərbaycanda  muğamlar  öz  qədim  kökü  üstündə  inkişafını  davam 

etdirmiş, kamala yetmişdir. Bu baxımdan ərazimizdə VII əsrdə İslam dininin təşəkkül 

tapması və sonrakı inkişafı böyük məna və məzmun kəsb edir. Xatırladaq ki, Quranın 

avazla oxunması orta əsrlərdə xüsusi təqdir edilir və yüksək qiymətləndirilirdi. İslam 

dünyasının  bu  müqəddəs  kitabının  hikmət  və  təsir  gücünü  xalqa  çatdırmaqda  onun 

avazla  oxunması  yüksək  sənət  sayılırdı.  Yəqin  ki,  muğam  bu  sənətin  icrasında  öz 

rolunu  oynamış,  ona  xidmət  göstərmişdir.  Quranın  avazla  oxunması  öz  növbəsində 

muğam dünyasının inkişafına səbəb olmuşdur. Azərbaycanda da bu qovuşuqluq dinin 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə