Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə61/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   57   58   59   60   61   62   63   64   ...   208

137 

 

yüksək ədəb-ərkan tərbiyəsi,  digər tərəfdən dayısı  Ağaverdi bəyin  müdrik kəlamları, 



musiqi dünyasından ürək sehirləyən söhbətləri qanadlandırdı Üzeyiri. Sonralar Üzeyir 

bəy yazırdı: "...Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və 

sazəndələrdən almışam. O vaxt mən muğam və təsnif oxuyardım. Səsim xanəndələrin 

xoşuna  gələrdi.  Onlar  məni  oxudar  və 

öyrədərdilər"[17].

 

 



Üzeyir  bəy  Şuşada  rus-tatar  məktəbini 

qurtardıqdan 

sonra 

Qori 


müəllimlər 

seminariyasına  daxil  olur.  "...Seminariyada 

skripkada,  violonçeldə  və  nəfəsli  alətlərdə 

çalmağı 


öyrəndim. 

Mən 


orada 

musiqi 


nəzəriyyəsi  haqqında  da  az-maz  məlumat 

aldım"[18].  Üzeyir  Hacıbəyov  1904-cü  ildə 

seminariyanı 

bitirib 


Cəbrayıl 

qəzasında 

müəllimliyə  başlamışdır.  1915-ci  ildən  taleyi 

onu 


gətirib 

Bakıya 


çıxardı. 

Bəstəkar, 

musiqişünas,  yazıçı,  dramaturq,  publisist  kimi 

qızğın  fəaliyyət  göstərdi.  1908-ci  ildə  üzərində 

çoxdan  düşündüyü  ilk  Azərbaycan  operasını 

"Leyli  və    Məcnun"u  yaratdı.  Operada  xalq 

musiqimiz,  xüsusilə  muğamlarımız  yenidən  dil 

açdı, onun yeni məzmun və məna çalarları qəlbimizə köçdü. 

1909-cu  ildə  onun  "Şeyx  Sənan"  operası  tamaşaya  qoyuldu.  İki  ildən  sonra 

dahi  bəstəkar  "Rüstəm  və  Söhrab"ı  xalqına  təqdim  etdi.  1912-ci  ildə  "Şah  Abbas  və 

Xurşidbanu",  "Əsli  və  Kərəm"  operalarını  yaratdı.  1915-ci  ildə  "Harun  və  Leyla" 

operası bəstələndi [19]. On yeddi illik fasilədən sonra - 1937-ci ildə səhnəmizin şöhrət 

tacı,  "Koroğlu"  operası  dünyalandı.  Bu  opera  dünya  musiqi  əsərlərindən  biri, 

xalqımızın cəngavərlik, mərdlik, qəhrəmanlıq himni - mərdanəlik çələngidir. 

Üzeyir  bəyin  "Firuzə"  operası  yarımçıq  qaldı.  Geniş  mənada  düşünülmüş  bu 

əsərdən firuzənin ariyası yadigar qaldı. 

Üzeyir  bəy  həm  də  xalqımızın  -  Azərbaycan  türklərinin  musiqili  komediya 

janrının yaradıcısıdır. "Ər və arvad" (1909), "O olmasın, bu olsun" (1919) və "Arşın 

mal alan" (1913) yarandı. Onların mətnini yazan da, musiqisini bəstələyən də Üzeyir 

bəy  özü  oldu.  Mənəvi  mədəniyyətimizin  inciləri  sayılan  bu  komediyalar  xalqımıza 

dünya şöhrəti gətirən, onu beynəlxalq aləmdə tanıtdıran ölməz əsərlər siyahısındadır. 

Üzeyir bəyin vokal musiqi əsərləri arasında Nizaminin sözlərinə yazılmış "'Sənsiz" və 

"Sevgili  canan"  romans-qəzəlləri  qəlbləri  ovsunlayan  musiqi  çələngidir.  Onlarca 

mahnıları, kantataları bəstəkarın musiqi sarayının kaşıları - bəzəyidir. 

Bəzi məlumatlara görə Üzeyir bəy səksənə qədər marş bəstələmişdir. Yəqin hər 

marşın  da  öz  məzmunu,  səfərbəredici  çağırışı,  döyüş  ruhu,  qələbə  müjdəli  harayı 

olmuşdur. 



138 

 

Fəxredici hallardan biri də odur ki, Üzeyir bəy XX əsr Azərbaycan himnlərinin 



müəllifidir.  Üzeyir  bəy  musiqimizin  nəzəri  və  əməli  problemlərinə,  onların  elmi 

yollarla  həllinə  böyük  əmək  sərf  etmiş,  nəhayət,  1945-ci  ildə  "Azərbaycan  xalq 

musiqisinin əsasları" adlı əsəri dünya musiqi nəzəriyyəsinə yaraşıq, Şərq musiqisinin 

sirlərinin  açılmasına  işıq  saçmışdır.  Bu  fundamental  nəzəri  əsərdə  xalq  musiqisinin 

milli xüsusiyyətləri, geniş imkanları və qanunauyğunluqları açıqlanmışdır. 

Üzeyir  bəy  istedadların  üzə  çıxarılmasını,  peşəkar  kadrların  yetişdirilməsini, 

milli musiqimizin qanun və qaydalarının araşdırılmasını və bəşəri musiqinin sirlərinə 

yiyələnməyi əsas və ümdə vəzifə kimi qarşıya qoyurdu. Bu təxirəsalınmaz işdə Üzeyir 

bəyin 1921-ci ildə yaratdığı ilk Azərbaycan Dövlət Türk Musiqi Məktəbi öz misilsiz 

rolunu  oynadı.  Beş  ildən  sonra  həmin  musiqi  ocağı  Azərbaycan  Dövlət 

Konservatoriyası ilə birləşdirildi. Konservatoriyanın  yaranması və inkişafı da  Üzeyir 

bəyin adı ilə bağlıdır. 



Müslüm  Maqomayev.  Xalqımızın 

böyük  bəstəkarı  və  dirijoru  Müslüm 

Məhəmməd  oğlu  Maqomayev  1885-ci  ildə 

Qroznıda 

dəmirçi 

ailəsində 

dünyaya 

gəlmişdir. 

İlk 

təhsilini 



orada 

alan 


M.Maqomayev  1889-cu  ildə  zəmanəsinin 

böyük  təhsil  ocağı  sayılan  Qori  müəllimlər 

seminariyasına  daxil  olmuş,  1904-cü  ildə 

oranı bitirmişdir. O, Qoridə tələbəlik illərində 

Üzeyir  bəylə  yaxından  tanış  olmuşdur.  Bn 

tanışlıq  zaman-zaman  sınaqdan  keçmiş, 

həmişəlik 

məslək 


dostluğuna, 

sənət 


dostluğuna 

çevrilmişdir. 

M.Maqomayev 

1911-ci  ildən

 

taleyini  Bakı  ilə  bağlamış, 



musiqi  mədəniyyətimizin  inkişafına  xidmət 

etmiş, 


xalqımızı 

yeni-yeni 

əsərlərlə 

sevindirmişdir[20]. 

Böyük  bəstəkar  bir  sıra  musiqi 

alətlərini  özünəməxsus  tərzdə  dilləndirən 

çalğıçı,  mahir  dirijor  kimi  xalqının  sevimlisi,  heyrətləndirəni  olmuşdur.  O,  1912-ci 

ildən  başlayaraq  ömrünün  sonuna  qədər  neçə-neçə  opera  tamaşalarına  dirijorluq 

etmişdir. 

Bəstəkarın  1916-cı  ildə  tamamladığı  "Şah  İsmayıl"  operası  haqlı  olaraq 

müəllifin  şah  əsərlərindən  sayılır.  Xalq  mahnıları  və  rəqslərindən  qaynaqlanan, 

muğam  üstə  köklənən  bu  əsərə  zaman-zaman  müəllif  tərəfindən  əlavələr  edilmiş, 

təkmilləşdirilmişdir. Məhz bu istedadın bənzərsizliyinin nəticəsidir ki, "Şah İsmayıl" 

operası 90 ildən artıq bir dövrdə opera səhnəsində böyük uğurla tamaşaya qoyulur və 

xalqın rəğbətini qazanır[21]. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə