Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə52/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   48   49   50   51   52   53   54   55   ...   208

115 

 

idi.  Ev sahibi qonaqlıq süfrəsindəki yeməklərin də müxtəlif çeşidli olmasına çalışırdı. 



Qonağın  şərəfinə  düzəldilən  məclis  süfrəsinin  bəzədilməsinə  xüsusi  diqqət  verilirdi. 

Gələn  qonaq  üçün  açılan  süfrə  daha  ləziz,  bol  yemək  növləri  ilə  bəzədilir  və  adi 

günlərdə  olduğundan  fərqlənirdi.  Süfrəyə  içkilərdən  şərbət  və  ayran  qoyulur,  bəzi 

hallarda  şərab  da  verilirdi.  Qonaqlıq  süfrəsində  yeməklərdən  əsasən  düyü  və  ət 

xörəkləri  üstünlük  təşkil  edirdi.  Xörəklərlə  bərabər  süfrəyə  müxtəlif  göyərti  də 

gətirilirdi. Şirniyyat süfrəsinə isə ayrı-ayrı milli şirniyyat növləri, mürəbbələr və s. ilə 

yanaşı, meyvələr də düzülürdü. 

Tarixi  qaynaqlardan  məlum  olur  ki,  1637-ci  il  avqustun  16-da  Qolşteyn 

elçilərinə  Şah  Səfi  sarayında  verilən  rəsmi  ziyafətdən  sonra  süfrə  xeyir-duası 

verilmişdir: 

"Süfrə haqqına 

   Şahın dövlətinə 

       Qazilər qüvvətinə 

          Allah deyəlim"[21]. 

XVI-XVII  əsrlər  Səfəvi  tarixçisi  Mirzəbəy  ibn  Həsən  əl-Hüseyni  Günabadi 

farsca yazdığı "Rövzət əs-Səfəviyyə" ("Səfəvilər bağı") əsərində Səfəvilər dövründən 

bəhs  edərkən  bir  sıra  ziyafət  məclislərindən  söz  açmağı  da  unutmamış,  "ziyafət 

mərasimi  və  peşkəş  ədabını  və  böyüklərin  görüş  şəraitini  yerinə  yetirdikdən  sonra, 

onun  hökuməti  müxtəsərlə  qərarlaşıb  yerləşdi"[22].  Müəllif  daha  sonra  qonaqlıq 

mərasiminə necə həyəcan və ciddiyyətlə yanaşıldığını vurğulamışdır. Başqa müəlliflər 

kimi,  Günabadi  də  burada  qonaqlara  hədiyyə  təqdim  olunmasına  işarə  etmişdir. 

Müəllif  bununla  yanaşı,  orta  əsrlərdə  ziyafət  məclislərində  nəğmə  oxunmasına  da 

toxunaraq  yazır:  "Nəğmə  oxuyan  çalğıçılar  hər  bir  zamanda  bir  çığırtı  və  bağırtı 

qoparıb qoca-cavan məclisində ən yüksək dərəcədə olanların qulaqlarına çatdırırdılar". 

"Beləliklə,  şərab  qədəhlərini  başına  çəkməkdə  və  kəman  (kamança  -  Ş.B.)  tellərini 

dinləməkdə  vaxtlarını  xoş  keçirirdi"  -  deyən  Günabadi  həm  şərabdan  istifadə 

edildiyini,  həm  də  qonaqlıqda  kamança  çalındığını  qeyd  edir.  Onun  məlumatları 

bununla bitmir. O, Səfəvilərin qonaqlıq ziyafətini "cənnət nişanəsi" kimi dəyərləndirir, 

qonağın  məclisin  yuxarı  başında  oturduğunu göstərir. Digər qonaqların  da  yer aldığı 

məclisdə  çalğıçılar  və  xanəndələrin  hər  birinin  münasib  yerdə  əyləşdiyini  qeyd 

etməklə  bərabər,  müəllif  həmçinin  onların  gözəl  səs  və  avaza  malik  məşhur 

xanəndələr olduqlarını da söyləyir.

 

Günabadi  şahidi  olduğu  qonaqpərvərliyə  xas  olan  xüsusiyyətləri  yığcam 



şəkildə təsvir etməklə yanaşı, qonaqlıq məclisinin sonunda "bir çox məbləğ qırmızı  -

qızıldan və ağ gümüşdən və qiymətli cinslərdən, yəni ipək və zərbaflardan peşkəş yolu 

ilə  və  hədiyyə  tərzilə  o  həzrətin  mülazimlərinə  verdilər",  -  deməklə,  hədiyyələr 

paylanmasına  toxunmuş  və  o  şəxsin  də  öz  növbəsində  xələtlər  və  az  tapılan  libaslar 

təqdim etdiyini vurğulamışdır[23]. Maraqlı cəhət budur ki, müəllif hədiyyələrin nədən 

ibarət  olduğunu  da  göstərmişdir.  Bu  cür  məlumata  məşhur  tarixçi  alim  Fəzlullah 

Rəşidəddinin  (1247-1318)  əsərində  də  rast  gəlmək  mümkündür.  O  da  Qazan  xanın 



116 

 

qəbuluna  gəlib ona  xidmət edəcəklərini bildirən adamlara  xanın verdiyi bəxşişlərdən 



söhbət edərkən hədiyyələr sırasında kaftan, papaq, kəmər və digər qiymətli əşyaların 

adlarını  çəkmişdir[24].  Qazan  xan  dövrünün  tarixini  müfəssəl  şərh  etməyə  çalışan 

müəllif,  eyni  zamanda  xanın  Marağadakı  rəsədxananı  görməyə  getdiyi  zaman  yerli 

hakimlər tərəfindən təşkil olunmuş ziyafətdən də bəhs etmişdir[25]. 

Beləliklə aydın olur ki, istər keçmişdə, istərsə də müasir dövrümüzdə qonaqlar, 

bir qayda olaraq müxtəlif hədiyyələrlə yola salınmışlar. XVII əsr məşhur türk səyyahı 

və  coğrafiyaçısı  Evliya  Çələbi  Azərbaycanda  olmuş  və  burada  Qərşi  qalasının  ağası 

tərəfindən necə qarşılandıqlarını belə təsvir etmişdir: "Şahın dizçökən ağası başındakı 

tacı  müxtəlif  quş  lələyi  ilə  bəzəyib  və  nəyi  var  idisə,  hamısını  başına  tac  bağlayıb 

yanımıza gəldi. Xahiş edib dedi: "Hey qurban sənə. Qədəmin xeyirli olsun. Üz basa-

basa, göz basa-basa səfa gəldiniz", - deyib bizi cahannüma evinə dəvət edib, yaxşı bir 

qonaqlıq verdi. Qonaqlıqda adi süfrə yerinə qələmkarı çitdən hazırlanmış süfrə sərildi. 

On bir növ plov qoyuldu: avüşlə  plov,  kükü plov,  zəfəran plov, ud plov, şilən plov, 

xuruş plov, çilov plov, ənbər plov, sarımsaq plov, kösə plov, düzən plov, qızardılmış 

kişmiş ilə plov, müstəbə şorbası, tamlı xörəklər yeyib xoş söhbətlər etdik. Ziyafətdən 

sonra  elçiyə  və  mənə,  kiçik  Həsənağaya  zərif  vaşaq  dəriləri  hədiyyə  verdi.  Oradan 

aşağıda yerləşən alaçığımıza gəldik. Bizim arxamızca təqribən əlli qoyun, minə qədər 

ağ çörək, 7-8 qatır yükü meyvə və şərbətlər göndərdi. O gecə biz böyük bayram edib 

iki  gün  daha  burada  qalıb,  Qərşi  çayı  kənarındakı  gözəl  saraylara  tamaşa  etdik". 

Müəllif Naxçıvanda olarkən mehmandarın onlara çox hörmət etdiyini söyləyir[26]. 

Aşıq şerinin qüdrətli ustadlarından biri olan Xəstə Qasım yazır: 

     İskəndər atlandı çıxdı zülmatdan, 

 Qasım, Xızr içdi abı-həyatdan. 

            Bəhs düşsə igiddən, qılıncdan, atdan, 

             Süfrəni hamsınnan kübar deyərlər[27] 

Müəllif burada çox maraqlı bir fikir irəli sürmüşdür. Ənənəyə görə, kişiyə

 

xas 


olan ən yaxşı keyfiyyət onun səxavəti və evinə gələnə yaxşı süfrə açıb qonaqlıq verə 

bilməsidir. Nahaq yerə deməyiblər ki, səxavətli insanın ruzi-bərəkəti Allahdan olar. 

Azərbaycan  ərazisinə  bu  və  ya  digər  məqsədlərlə  gələn  müxtəlif  ölkə 

nümayəndələri  öz  məlumatlarında,  yerli  əhali  tərəfindən  necə  qarşılandıqları  barədə 

bəhs  etmişlər.  1473-1477-ci  illərdə  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  sarayında 

səfir olmuş venesiyalı Ambrozio Kontarini "Səyahət" əsərində Azərbaycan ərazisində 

olarkən yerli əhali arasında müşahidə etdiyi adət və ənənələr barədə söhbət açmış və 

demişdir  ki,  burada  əhali  mülayim  və  xoşsifətdir.  Müəllif  həmçinin  bütün  yolboyu 

orada heç bir kəs tərəfindən cüzi narahatçılığa və təhqirə məruz qalmadıqlarını xüsusi 

qeyd etmişdir. 

İsfahanda  olarkən  Ambrozio  Kontarininin  gəldiyini  bilən  kimi  Uzun  Həsən 

dərhal  ona  müxtəlif  tələbat  malları  göndərir.  1474-cü  ilin  noyabr  ayında  Q.İosafat 

Barbaro  ilə  Ambrozio  Kontarinini  sarayına  dəvət  edən  Uzun  Həsənin  onları  necə 

qonaqpərvərliklə  qarşıladığını  həvəslə  şərh  edən  səfir  göstərir  ki,  "biz  otağa  daxil 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə