Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə54/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   50   51   52   53   54   55   56   57   ...   208

120 

 

 



 


121 

 

1623-cü  ildən  səyahətə  çıxan  Moskva  taciri  Fyodor  Afanasyeviç  Kotov 



Azərbaycanda  çoxlu  karvansaranın  olduğu  barədə  məlumat  verir.  XVII  əsr  rus 

zadəganı,  dini-siyasi  xadim  Artemi  Suxanov  Gəncədə  nahar  edib  karvansarada 

qaldığını qeyd

 

edir. XVIII əsr rus dövlət xadimi Artemi Petroviç Volınski də həmçinin 

karvansaralar haqqında məlumat vermişdir[35]. 

1684-cü  ildə  Azərbaycanda  olmuş  alman  alimi  Kempferin  Binə  kəndinin 

camaatı tərəfindən necə qarşılandığı barədə verdiyi məlumat maraq doğurur: "Axşam 

düşəndə biz Binə camaatının qonaqpərvərliyinin şahidi olduq. Onlar bizi karvansarada 

gecələməyə  qoymadılar.  Kənddə  əhali  bizi  çox  mehribanlıqla  qarşılayıb  xalçalarla 

bəzədilmiş  mənzilə  apardılar.  Biz  içəri  girən  kimi  kənd  əhalisi  salamlaşmaq  üçün 

axışıb  gəldi.  Gələnlər  özləri  ilə  üzüm,  alma,  nar  və  başqa  yeməli  şeylər  gətirirdilər. 

Gecədən xeyli keçənə qədər əhali bizimlə söhbət etdi, musiqi çaldılar, xorla mahnılar 

oxudular, kollektiv rəqs etdilər və s."[36]. 

Kənd  mühitində  qonaqpərvərliyin  icrası  haqqında  Abdulla  Şaiq  "Köç" 

hekayəsində məlumat verir. O, yaylağa köç edən bir ailədən söhbət açır. Bu ailə hələ 

öz  alaçığını  qurmadığından  ondan  əvvəl  köç  edənlərdən  birinin  alaçığına  qonaq 

düşməli  olur.  Hekayədə  ailənin  necə  mehribanlıqla  qarşılanmasından,  dərhal  bütün 

qadınlar  və  uşaqların  yığışmasından,  gülərüz  və  mehriban  münasibətlərindən  bəhs 

edilir.  Kərim  babanın  dili  ilə  "Qonaqları  incitməyin,  yoldan  gəliblər,  qoyun  bir  az 

rahat  olsunlar",  deməsi  qonağa  münasibətin  təzahürüdür[37].  El  qaydasına  görə, 

qonağı qəbul etdikdən sonra  onu  müəyyən  müddət  tək buraxmaq  məsləhətdir ki,  bir 

qədər dincini alsın,  rahatlansın və  yorğunluğu çıxsın. Bu vaxt qonaq təkbaşına  qalıb 

sərbəstləşir,  düşdüyü  yeni  mühitə  uyğunlaşmağa  başlayır.  Lakin  bu  müddət  də  çox 

uzun olmamalıdır. Çünki qonağa qarşı laqeyd qalmaq olmaz. 

Xalqımıza  xas  olan  qonaqpərvərlik  kirvələr  arasında  da  mövcud  idi.  Hətta 

kirvələr yaxın qohumdan belə irəli, qardaşdan da yaxın adam və əziz sayılırdılar. Bu 

münasibətlər çox vaxt nəslən davam etdirilirdi. Kirvələr bəzi hallarda başqa xalqların 

nümayəndələrindən  olurdu.  Kirvə  tutulan  adam  evin  ən  əziz  və  hörmətli  qonağı 

sayılırdı. Kirvə ailə üzvlərinin razılığı ilə sayılıb-seçilən ailə başçılarından biri olurdu. 

Kirvəliyi qəbul edənlə onu seçən ailə arasında xüsusi hörmət əlaməti olaraq qonaqlıq 

mərasimi keçirilir və hədiyyə təqdim edilirdi. 

XVII  əsrin  türk  səyyahı  Evliya  Çələbinin  məlumatına  görə,  Bakıda  qonaqları 

qarşılamaq üçün xüsusi mehmandar vəzifəsi olmuşdur. 

Azərbaycanda  qonağa  çox  böyük  hörmət  bəslənilir.  Qonağın  yüksək  təsir 

gücünə  malik  olması  bu  və  ya  digər  məsələyə  münasibətdə  mühüm  əhəmiyyət  kəsb 

edir. Bəzi  hallarda qonaq müşahidə etdiyi müəyyən hadisənin təsiri altında məsələyə 

müdaxiləni və öz nüfuzundan istifadə etməyi zəruri sayır. Bu məsələ "Səyahətnamə" 

əsərində  öz  əksini  tapıb.  Evliya  Çələbi  Təbriz  xanının  yanında  olarkən  necə 

qarşılandıqlarını təsvir etmişdir. O yazır ki, "...xan yerindən qalxıb "Səlamü əleyküm", 

- dedi. Çünki əski Əcəm adəti belədir ki, otağında oturan ev sahibi içəri girən müsafirə 

salam verir. Daha əvvəldən qanunları bildiyimə görə, "Vəəleykum səlam, şanı böyük 



122 

 

xanım", - dedim. Ardınca sıra Mustafa paşa ağasına gəlincə, ona da salam verildi. O 



da  salamı  aldı.  Və  hər  birimiz  Təbriz  divanxanasında  yerimizi  tutduq...  Xana 

həddindən  çox  lütfkarlıq,  itaətkarlıq  göstərib  xoş  rəftarla  yarınmağa  çalışdım"[38]. 

Sözlərinə  davam  edərək  müəllif  qeyd  edir  ki,  xana  salamlar  və  cəvahirli  xəncərlə 

yanaşı, iki cins at göndərildiyini bildirdikdə, Təbriz xanı qiymətli daşlarla bəzədilmiş 

xəncəri divan əhlinə göstərib kəmərinə taxdı və bər-bəzəkli yüyən və gəmli,  yəhərli, 

qayışlı köhlən atları görüb sevindi və dedi ki, haqq bərəkət versin... və nəhayət, atları 

minib bir neçə dəfə dolaşdı. Bu görüşdə Evliya Çələbigilə ziyafət hazırlanır. Ziyafətdə 

Evliya  Çələbi  xandan  xahiş  edir  ki,  "bu  bədbəxt  xanı  da,  zəncirli  olsa  da,  yeməyə 

çağırın".  Evliya  Çələbinin  xahiş  etdiyi  adam  Urmiya  xanı  idi  ki,  o,  Təbriz  xanının 

dediklərini  yerinə  yetirə  bilmədiyinə  görə  qandallanıbmış.  Evliyagil  bu  mənzərəni 

görüb  çox  məyus  olurlar.  Şah  qonağının  sözünü  yerə  salmır  və  "İran  torpağı 

qanununda bu, mümkün deyildir"[39]  - desə də, istər-istəməz qonağın xahişini qəbul 

edir.  Bu  fakt  onu  göstərir  ki,  qonağın  qəlbini  qırmaq  olmaz,  onun  ricası  nə  qədər 

qəbuledilməz  və  ümumi qanuna  zidd olsa  belə, onu  nəzərə almamaq  və  qulaqardına 

vurmaq  özü  də  bir  o  qədər  qonaqpərvərlik  adətinin  qaydalarına  ziddir.  Deməli, 

qonağın xahişi hər şeydən üstündür.  

Qonaqpərvərlik  zamanı  özünü  göstərən  müəyyən  qaydalar  hökm  sürmüşdür. 

Məsələn,  yeməkdən  qabaq  və  yeməkdən  sonra  əllər  yuyulmalı  və  dəsmalla 

silinməlidir.  Həm  də  Qərbdən  fərqli  olaraq,  müsəlman  Şərqində  qonaqlar  əl  yumaq 

üçün  xüsusi  otağa  və  ya  guşəyə  çəkilmirlər,  məhz  süfrə  başında  əyləşən  qonaqlara 

zərif  qabda  su  və  ləyən  gətirirlər.  Süfrə  başında  oturmazdan  əvvəl  əl  və  üz 

yuyulmalıdır.  Qonaqlar  yerlərindən  qalxmadan  əllərini  yuyurlar.  Yeməkdən  sonra  da 

aftafa-ləyən  gətirilir.  Yeməkdən  əvvəl  əlini  axırıncı  yumuş  qonaq  yeməkdən  sonra 

əlini  birinci  yuyur.  Bir  qayda  olaraq,  qonaqların  əlinə  suyu  xidmətçi,  yaxud  ev 

sahibinin  yetkinlik  yaşına  çatmayan  qızları  və  ya  oğulları  tökürlər.  Xüsusi  hörmət 

əlaməti  olaraq  fəxri  qonaqlara  suyu  ev  sahibinin  özü  gətirir.  Burada  sinfi  etika  öz 

ifadəsini  tapır.  Yüksək  vəzifəli  kübar  özündən  aşağı  zümrəyə  mənsub  adamın  evinə 

qonaq gəlmişdirsə, onun əllərini yuması üçün suyu ev sahibinin özü gətirir. 

Ev  sahibi  hamıdan  əvvəl  yeməyə  başlamalı  və  hamıdan  sonra  yeməkdən  əl 

çəkməlidir. Yeməyə başlamazdan əvvəl Allahın adını çəkib "bismillah" deyirlər. Əgər 

süfrəyə  müxtəlif  xörəklər  gətirilirsə,  hər  dəfə  Allahın  adı  ayrıca  çəkilir.  Qaydadır  ki, 

başqalarına  nisbətən  süfrədən  çox  tez  əl  çəkmək  olmaz,  digər  qonaqlar  da  yeyib 

qurtarana  qədər  səbir  edib  gözləmək  lazımdır.  Əgər  başqaları  əlini  çəkibsə,  mütləq 

digərləri  də  ac  olsalar  belə,  əllərini  süfrədən  çəkməlidirlər.  Qonaq  yanında  yaxşı 

davranış,  mövcud şəraiti düzgün qiymətləndirmək, mehmana layiq olduğu səviyyədə 

qulluq  göstərmək,  vəziyyətin  incəliklərini  duymaq  ev  sahibinin  üzərinə  düşən 

məsuliyyətdir. 

Müxtəlif  mərasim  və  bayram  şənliklərində  təzahür  edən  qonaqpərvərlik  adəti 

xalqımızın  xarakterini,  onun  mənəvi  zənginliyini  aydınlaşdırmağa  imkan  yaradır. 

Uzun  sürən  tarixi  dövrlər  ərzində  qonaqpərvərlik  mövcud  olmuş,  əsrlər  boyu 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə