Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə46/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   42   43   44   45   46   47   48   49   ...   208

101 

 

əl çəkməsini xahiş etsə də, müsbət cavab almadı. Sara xatunun gəlininin biri Trabzon 



imperatoru  IV  İohanın  qızı  Teodora  idi.  O,  Uzun  Həsənin  zövcəsi  olandan  sonra 

Dəspinə  xatun  deyə  çağırılırdı.  Sara  xatun  bu  qohumluqdan  istifadə  edərək  varislik 

hüququnu II Mehmetdən tələb etdi. Trabzon xəzinəsindən payını alıb vətənə qayıtdı. 

Şübhəsiz, bu özü də böyük qələbə deməkdi. 

Ər qeyrətli,  nər hünərli Sara  xatun öz  xalqı  yolunda, oğlu  uğrunda  mənalı və 

qayğılı  günlər  keçirdi.  Analı  dünyamızın,  mübarizəli  tariximizin  qızıl  səhifələrini 

bəzədi...  

Taclı xanım. Müharibə 1514-cü ilin avqust ayının 23-də Maku yaxınlığındakı 

Çaldıran  çölündə  başladı.  I  Sultan  Səlimin  əmrilə  nə  az,  nə  çox,  iki  yüz  minlik 

osmanlı  qoşunu  Səfəvi  torpaqlarına  yeridi.  Hər  iki  tərəf  çoxlu  qurbanlar  verdi. 

Səfəvilər məğlub oldu. 

Deyilənlərə  görə  Çaldıran  döyüşündə  10  min  nəfər  qadından  ibarət  süvari 

iştirak  etmişdi.  Venesiyalı  Katerina  Zenonun  bu  münasibətlə  yazdıqları  heyrət 

doğurur, qürur yaradır: "...qadınlar ərlərilə birlikdə silaha  sarılaraq döyüş meydanına

 

girirdilər və ərlərinin taleyinə şərik çıxırdılar. Onlar kişilər kimi vuruşur və döyüşdə



 

qəhrəmanlıq göstərirdilər". Bəli, qadınlar yaxşı bilirdilər ki, ər olmayanda  vətən,  nər 

olmayanda torpaq yoxdur. 

Çaldıran  döyüşündə  qəhrəmanlıq  göstərən  bir  hünərpərvər  qadının  adı  Taclı 

xanımdır.  I  Şah  İsmayılın  ürək  dostu,  könül  həmdəmi  olan  Taclı  xanım.  Arxası, 

köməkçisi, gözətçisi, döyünən ürəyi, dilinin əzbəri, zəfər, qeyrət, ismət çələngi Taclı 

xanım.  Çaldıran  döyüşündə  bir  neçə  dəfə  yaralanmışdı.  Səfəvi  dövlətinin 

çiçəklənməsində  xüsusi  xidməti  olan  Taclı  xanım  əlində  qılınc,  sinəsində  qalxan 

gəzdirmişdir.  Ağıllı  məsləhətçi,  etibarlı  dost  və  əmin-amanlıq  carçısı  kimi  tarixə 

düşmüşdür. 



Xeyrənisə  bəyim.  1568-ci  ildən  Məhəmməd  Xudabəndə  Qəzvində  Səfəvilər 

dövlətini  idarə  etməyə  başladı.  Lakin  kor  Xudabəndə  həm  də  çox  bacarıqsız 

olduğundan  ölkəni  arvadı  Xeyrənisə  bəyim  idarə  edirdi.  Zəkalı,  bacarıqlı  və  tədbirli 

qadın  olan  Xeyranisə  bəyim  səfəvilərlə  türklər  arasında  gedən  mübarizəyə  özü 

başçılıq edirdi. 

Nigar xanım. Nigar türk qızı, İstanbul gözəliydi. Əsilli-nəsilli tayfanın isməti, 

gözünün  işığıydı.  Türk  oğlu,  Azərbaycan  igidi  Koroğluya  ürək  açan,  könül  verəndi. 

Nigar  Koroğlunun  gözünün  ilk  ovu,  sığınacağı,  sınağıydı.  Ömür-gün  sirdaşıydı, 

igidlik  dünyası,  ismət  qalasıydı.  Əyilməyən  məğrur  başı  -  ilham  pərisi,  şah  əsəri, 

dilinin əzbəriydi Nigar. Namusuydu-arıydı, pozulmaz ilqarıydı. İlk istəyi, son harayı, 

son arzusuydu Nigar. 

Nigar  xanımlar  xanımı,  gözəllər  gözəliydi.  Koroğlunun  boyuna  biçilən, 

taleyinə yazılanıydı. Sərv boylu, şux qamətli qənirsizdi Nigar. Qaşları kaman, gözləri 

can  alan,  lalə  yanaq,  bəyaz  buxaq,  ismət  qızartısı  da  bir  ayrı  tamaşa.  Zəncir  zülfləri 

topuğa  çatırmış,  mələklərə,  ilahələrə  oxşarı  varmış.  Qırx  qız  yığnağında  sayılan, 

seçilən,  nazlanan,  sazlananmış  Nigar.  İsmətində  cahan  ismətlənər,  qənirsizliyində 



102 

 

gözəllər gizlənərmiş Nigarın. 



Çənlibel  Koroğlu  dünyasının  dünyasıydı.  Nigarın  doğma  eli,  anasıydı. 

Dəlilərin  səddi,  səngər  qalasıydı.  Eyvazın  seyrəngahı,  ata  yurdu,  ana  ocağıydı 

Çənlibel. Şadlıq  məclisiydi,  say-seçmə  igidlərin, cövlan edən dəlilərin, qurşaq tutan, 

yallı  gedən,  çalıb-çağırdıqları  evi-eşiyiydi  Çənlibel.  Nigar  məclislər  yaraşığı,  dəlilər 

anası,  məsləhət  yuvasıydı  Çənlibelin.  Hamıya  xeyir-dua  verən,  dəliləri  yola  salan, 

uğur  diləyən,  qəbul  edən,  qələbə  məclisi  qurandı  Nigar  Çənlibeldə.  Yeri  gələndə, 

məsləhət  görüləndə  at  da  minərdi,  qılınc-qalxan  da  gəzdirərdi,  düşmən  üzərinə  də 

yeriyərdi Çənlibeldən. 

Bütün  məşəqqətlərə  sinə  gərən,  ərinin  qəminə  şərik  çıxan,  sevincini  yarı 

böləndi  Nigar.  Qəlbi  sınıqdı  Nigarın.  Övladsızlıq  tonqalında  yanan,  övlad  həsrətilə 

şölələnən məşəldi Nigar. Bir dəfə kövrəldi, Nigar üzünü Koroğlusuna tutdu: 

   ...Toz bürümüş boş beşiyə, 

  Şirin layla çalan yoxdur... 

  Hər quş balasıynan gəzir, 

  Niyə sənin balan yoxdur? 

Bu nisgilli sözlər Koroğlunun məlul könlündən qara qanlar axıtdı. Nigar  yalan 

oldu, Koroğlu doldu-doluxsundu bahar buludu tək. 

Koroğlu  Eyvaz  sorağıyla  Turkman  elinə  səfər  elədi,  onu  tezliklə  Çənlibelə 

gətirdi,  Nigara  oğul  etdi,  Nigar  Eyvazını  bağrına  basdı,  öpdü-oxşadı.  Sonra  da 

köynəyindən keçirib Eyvazı doğmaladı. Eyvaz şamında nurlandı, zirvələndi, ana oldu, 

analandı  Nigar.  Eyvaz  ona  layiq  övlad,  ataya  arxa,  Çənlibelə  yaraşıq  oldu.  Sayıldı, 

seçildi,  sevdi,  sevildi.  Nigar  övlad  yolunda  saçlarını  ağlı-qaralı  hördü.  Qara  saçlar

 

gümüşləndi.  Çənlibeldə  müdam  intizarda  yaşayan,  Eyvazı  üçün,  Koroğlusu  üçün 



yeddi  min  yeddi  yüz  dəliləri  üçün  əli  qoynunda,  fikri  uzaqlarda,  gözləri  yollarda 

qalandı Nigar. 

İldırımlar  çaxanda,  gurşad  oynayanda,  atlar  nərə  çəkib  şahə  qalxanda,  qılınc-

qalxanlardan  od  parlayanda  Nigarın  birmənalı  baxışı  hamını  susdurur,  qanı  su  ilə 

yuyurdu.  Əsən-coşan  telli-toqqalı  dəlilər,  vuran-tutan  igidlər,  qan-qan  deyən  şiri-

nərləri daima əmin-amanlığa səsləyər, övlad tək bəsləyərdi Nigar. 

Bəli,  qoç  Koroğlu  təkdi  dünyada.  Nazlı  Nigarımız  təkdi,  bircəydi  dünyada. 

Koroğlunun  Nigarıydı,  Nigarın  Koroğlusuydu.  Biri  ismət,  biri  qeyrət  heykəliydi. 

Koroğlularımız  çoxdu,  Nigarlarımız  saysız-hesabsızdı  Azərbaycanda.  Xalqımızın 

qeyrətliləri Koroğlu adını qürurla daşıyır, ismətlilərimiz Nigar adını fəxrlə yaşayır... 



Tutibikə.  Azərbaycan  xalqının  alınmaz  qalası,  dünya  şöhrətli  Dərbənddə  bir 

ana qəbri var. Qırxlar qapısının lap yaxınlığındakı türbədə Tutibikənin məzarı uyuyur. 

1788-ci ildə yapılıb ucaldılan, heç vaxt unudulmayan ziyarətgaha çevrilən bu türbədə 

həm  də  qəhrəman  ananın  iki  oğlu  -  Əhməd  xan  və  Həsən  xanın  məzarları  yerləşir. 

Ananın qoynunda dünyaya gələn, ananın yanında uyuyan övladları. 

Tutibikə  öz  əsli-kökü  ilə  seçilən  Qaytağlı  qızıdır.  O,  dağlarda  doğulmuş, 

gözəlliklərdə böyümüşdü. Çox döyüşlər şahidi, çox mübarizələr iştirakçısı olmuşdur. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə