Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə36/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   32   33   34   35   36   37   38   39   ...   208

80 

 

etmişdir. Bu hal özünü son zamanlara qədər etnoqrafik müşahidələrdə də göstərmişdir. 



Belə ki, hər hansı bir qadın ailədə, nəsildə, el-obada öz təsdiqini tapmış, el anası adını 

daşımışdır. 

Azərbaycanda Neolit dövründən başlayaraq yeni təsərrüfat, sənətkarlıq sahələri 

yaranır  və  inkişaf  edir.  Tunc  dövründə  isə  qəbilələrarası  iqtisadi  və  mədəni  əlaqələr 

daha  da  genişlənir.  Mövcud  sərhəd  çərçivəsində  qohumluq  əlaqələri,  dostluq 

münasibətləri  güclənir.  Gələcəkdə  qəbilə  birləşmələri,  tayfa  ittifaqları  üçün  zəmin 

yaranır. 

Ağsaqqallıq  institutunun  imkan,  nüfuz  dairələri  artır.  Tədricən  ibtidai  icma 

quruluşu dağılır, ilk sinifli cəmiyyət və dövlət yaranır. Belə bir vəziyyətdə ağsaqqalın 

funksiyası daha qabarıq şəkildə görünür. 

Dövlət  başçısı,  ölkə  ağsaqqalı  daha  çətin,  daha  məsuliyyətli  vəzifədir.  Dövlət 

başçısı  daha  müdrik,  təcrübəli,  siyasətçi  və  uzaqgörən,  səlahiyyətli,  geniş  təsir 

miqyaslı, yenilməz hökmlü, cəsarətli, inamlı, güclü əqidəli olmalıdır. 

Eradan  əvvəl  X  əsrdən  etibarən  Azərbaycanda  kutilər,  lullubeylər,  akkadlar 

tədricən  birləşərək  Manna  dövlətinin  təməlini  qoydular.  Dövlətə  hökmdar,  dövlət 

başçısı rəhbərlik etməyə başladı. Ağsaqqallar şurasının məsləhəti ilə ölkənin iqtisadi, 

mədəni  səviyyəsi  yüksəldi.  Uzaqgörən  dövlət  başçısı  kimi,  müdrik  ağsaqqal  kimi 

tanındı. 

Həqiqətdir  ki,  hər  bir  dövlət  başçısı  yaşından  asılı  olmayaraq  əməlilə,  arzusu 

ilə,  həyata  keçirdiyi  tədbirlərin  qətiyyətilə,  xalqa  xidmətilə  ağsaqqalların  ağsaqqalı 

olur. Belə olduqda dövlət  də, xalq da yaşayır, inkişaf edir. Heç şübhəsiz, belə dövlət 

başçılarından Atropat daha yaddaqalan, daha ağsaqqallığa layiq olanıdır. Eradan əvvəl 

IV  əsrdə  yeni  Azərbaycan  dövlətini  quran,  uzaqgörən  siyasətçi,  tanınmış  sərkərdə, 

hökmdar Atropat xalqına layiq müdrik ağsaqqal şərəfini qazanmışdır. Eradan əvvəl III 

əsrdən  üzü  bəri  böyük  bir  tarixi  keçmişə  malik  ulu  əcdadlarımızdan  olan  albanlar 

arasında böyük-kiçik məsələsi, ağsaqqallıq institutu öz ömrünü yaşamışdır. Bu cəhəti 

eradan  əvvəl  I  əsrdə  yaşayan  yunan  coğrafiyaşünası  Strabon  belə  qələmə  alır: 

"Albanlar  yalnız  öz  qoca  valideynlərinə  deyil,  ağsaqqal  və  ağbirçəklərə  də  hörmət 

etməkdən şərəf duymuşlar"[2]. 

Eramızın VII əsrinin ortalarında Albaniyada hökmdarlıq etmiş Cavanşir böyük 

sərkərdə,  dövlət  başçısı  kimi  ölkəsini  yadellilərdən  qorumaq  məqsədilə  ərəblərə, 

farslara  və  xəzərlərə  qarşı  mübarizə  aparmışdır.  Cavanşir  uzaqgörən  dövlət  başçısı, 

müdrik 

ağsaqqal 



kimi 

ölkəsini 

xaricilərdən 

qorumaqla 

yanaşı, 

onun 


möhkəmlənməsinə, əmin-amanlıq yaradılmasına, elm və mədəniyyətin inkişafına nail 

olmuşdur. 

Bir  sıra  mühüm  səciyyəvi  cəhətlərinə  görə  ibtidai  icma  quruluşu  ilə  səsləşən, 

ilk  sinifli  cəmiyyətdə  bitkinləşən,  ilk  orta  əsrlərdə  kamilləşən,  dastanlaşan  "Kitabi-

Dədə  Qorqud"  dastanı  Azərbaycanda,  ümumən  türk  dünyasında  ağsaqqallıq  və

 

ağbirçəklik  institutunun  öyrənilməsində  əvəzsiz  qaynaq  rolunu  daşıyır[3].  Eyni  



zamanda  sonrakı  yüzilliklərdə  bu  institutun  möhkəmlənməsinə,  inkişafına  əsaslı 


81 

 

zəmin  yaratmış,  güclü  təsir  göstərmişdir.  Bu  dastandan  qaynaqlanan,  bu  kökdən 



köklənən xalqımız öz məişət və mədəniyyətində ağsaqqallıq və ağbirçəklik hikmətini 

uca tutmuş, ondan layiqincə bəhrələnmişdir. 

Bu  hikmət  dünyasında  Dədə  Qorqud  ağsaqqalların  ağsaqqalı,  müdriklərin 

müdriki, ucalıq rəmzi kimi şərafətləndirilir. Adını Dədə Qorquddan götürən dədə sözü 

haqlı  olaraq  ata,  lələ,  kişi,  valideyn  kimi  mənalandırılır.  Dastanda  Dədə  Qorqud  elə 

havadar olan, arxa duran, el üçün yanan, el üçün canından keçməyə hazır olan ər kimi 

təqdim edilir. 

Böyük nüfuz sahibi, hikmət söyləyən, təlim keçən, tərbiyə verən Dədə Qorqud 

pirani, nurani qocadır, hər şeyin bilicisi, çətinliklərdən baş çıxaran uzaqgörəndir. Oğuz 

türklərinin  dar  günündə  arxası,  dayağı,  şad  günündə  sevinci,  şərəfi...  Loğman, 

münəccim  Dədə  Qorqud  öz  xeyir-duası  ilə  oğuzlara  məsləhət  verən,  tədbir  görən, 

onları  döyüşə  səfərbər  edən,  zəfərə  səsləyən,  qələbəyə  ruhlandıran  ilhamçı,  xilaskar 

qəhrəmandır.  Qeyrəti,  isməti,  paklığı,  saflığı  uca  tutan,  həmdərd,  həmfikir  olan 

müdrikdir. 

Türk dünyasının mənəvi atası sayılan Dədə Qorqud  dövlət xadimidir, vəzirdir, 

əfsanələşən  tarixi  şəxsiyyət,  qeyri-adi  insandır,  keçmişdən,  gələcəkdən  xəbər  verən 

münəccimdir, ərdir, nərdi. Ozanların başbiləni, musiqi yaradıcısıdı[4]. 

"Kitabi-Dədə  Qorqud"da  deyildiyi  kimi,  Rəsul  əleyhissəlam  zamanına  yaxın 

oğuz türklərinin Bayat soyundan Dədə Qorqud adlı bir kişi çıxır. Dədə Qorqud bütün 

Oğuz elinin bilicisi idi, Allah ona "vergi" vermişdi, qeybdən dürlü xəbər söylərdi, nə 

deyərsə  olardı.  O,  xalqın  bütün  müşkül  işlərini  həll  edərdi.  Hamı  ondan  məsləhət 

alardı, onsuz heç bir iş görməzdilər və hər nə buyursa qəbul edərdilər[5]. 

Dədə Qorqud söylərmiş: 

      "Oğul atadan görməyincə süfrə (yaymaz). 

                                    Oğul atanın yetiridir"[6]. 

"Kitabi-Dədə  Qorqud"  dastanında  belə  bir  fikir  təlqin  edilir  ki,  hər  bir  ailənin 

ağsaqqalı  atadır,  ataya  hörmət  etmək  hamının  borcudur,  ata  müqəddəsdir.  Dastan 

Baybura  bəyin  oğlu  Bamsı  Pasinük  Qara  Dərvənd  ağzında  qarət  olunmuş  tacirlərin 

malını quldurlardan alıb onlara qaytardıqdan sonra gəlib atasına xəbər verir. 

Bəzirganların  qayıtmasından  sevinən  Baybura  bəy  alaçıq  tikdirir,  kölgəlik  ala 

seyvana salınmış ipək xalçalar üstündə oturur, oğlunu da sağ tərəfində oturtdurur. Bu 

vaxt  tacirlər  gəlib  görürlər  ki,  mallarını  quldurlardan  alıb  onlara  qaytaran  oğlan 

Baybura bəyin sağında oturub və tez yüyürüb oğlanın əlindən öpürlər. Baybura bəyin 

bundan  acığı  tutur  və  deyir:  "Mərə  qavat  oğlu  qavatlar,  ata  dururkən  oğul  əlini 

öpərlər?"[7]. Baybura bəyin acıqlanmasına səbəb oğluna edilən hörmət, ehtiram deyil, 

ağsaqqala hörmət ənənəsinin pozulması idi. 

Ağsaqqallıq  ucalığına  nəzər  saldıqda  aydın  olur  ki,  "Dədə  Qorqudun  on  iki 

boyluq  ulu  dastanında  atalar  sıra-sıra,  alay-alay  önümüzdə  dayanıb:  Salur  Qazan, 

Baybura,  Baybecan,  Qanlı  qoca,  Uşun  qoca,  Qazılıq  qoca,  Bəkil  Dirsə  xan,  Qıyan 

Səlcuq... bu atalar Oğuz elinin ürəyi, dirəyidir. Atalar, bu ataların oğulları yağıya göz 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə