Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə34/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   30   31   32   33   34   35   36   37   ...   208

76 

 

alışma  payı olduğunu bildirərdi.  Kənd əhalisi alışma  payının əvəzinə  ziyana  düşmüş 



ailəyə  hərə  bir  toğlu,  yaxud  quzu  verib  onun  təsərrüfatının  dirçəlməsinə  yardım 

edərdilər. Alışma el dəstəyi, köməklik adəti haqqında xalq arasında belə deyilirdi: "El 

yaxşı olsa, dəvəsi ölən köşək olar"[57]. 

Azərbaycanın  maldar  əhalisi  arasında  geniş  yayılmış  mütərəqqi  adətlərindən 

biri də "damazlıq" adlı el köməkliyi olmuşdur. "Damazlıq" adətinin nə vaxt və ilk dəfə 

hansı bölgədə meydana çıxması haqqında dəqiq məlumat yoxdur. Bir şey aydındır ki, 

"damazlıq" el köməkliyi adəti icma daxilində sosial təbəqələşmənin yarandığı şəraitdə 

meydana  çıxmış  və  Azərbaycanın  bütün  bölgələrində  yayılmışdır[58].  XIX  əsrə  aid 

olan  etnoqrafik  ədəbiyyatda  məlumat  verilir  ki,  kənd  ağsaqqalının  təşəbbüsü  ilə 

müflisləşmiş, mal-qarası olmayan bir kəndlinin evində yemək tədarükü görüb, qonum-

qonşuları  və  kəndin  bütün  ailə  başçılarını  oraya  qonaq  dəvət  edərdilər.  Qonaqlıqda 

yeməkdən  sonra  ev  sahibinə  daha  yaxın  olan  ağsaqqallardan  biri  qonaqlığın 

"damazlıq"  məqsədilə  təşkil  edildiyini  açıqlayardı.  Qonaqlıq  iştirakçılarının  hər  biri 

elə oradaca mal-qarası olmayan kəndlinin ailəsinə kimin nə ilə yardım edəcəyini elan 

edərdilər.  Nəticədə  qonaqlığın  hər  bir  iştirakçısı  ev  sahibinə  bir  qoyun,  quzu,  dana, 

yaxud buzov bağışlamağa söz verərdi. Məclis dağıldıqdan sonra qonaqlıq iştirakçıları 

evə  qayıdıb  "damazlıq"  kimi  vəd  verdikləri  heyvanları  həmin  kəndlinin  qapısına 

yollardılar. Nəticədə mal-qarası olmayan kəndli müəyyən qədər mal-qaraya sahib olub 

yoxsulluğun daşını atardı[59]. Göründüyü kimi, "damazlıq" köməklik adəti hər adam 

üçün  deyil,  mal-qarası,  xüsusilə  sağını  olmayan  ailələr  üçün  təşkil  edilərdi.  Kənddə 

hamı  görürdü  ki,  kimin  qapısına  qoyun-quzu  getmir,  kimin  qapısında  sağmal  inək, 

yaxud  camışı  yoxdur,  kimin  ailəsi  ağartıya  həsrətdir.  Odur  ki,  kənd  camaatı,  birinci 

növbədə  qohumlar  və  qonşular  sözü  bir  yerə  qoyub,  həmın  ailənin  də  mal-qaraya 

sahib olmasına köməklik məqsədilə ona təmənnasız olaraq qoyun, sağmal inək, yaxud 

camış bağışlayardılar. Adətə görə, "damazlıq" heyvanı kəsməzdilər, ona xüsusi qayğı 

göstərər,  mal-qaranın  artırılmasına  çalışardılar[60].  "Damazlıq"  qarşılıqlı  yardım 

adətindən  Şirvan,  Qarabağ,  Gəncə  və  Qazax  bölgələrində  mal-qaranın  cinsini 

yaxşılaşdırmaq məqsədilə də istifadə edirdilər. Yaxşı cinsdən mal-qarası olan xeyirxah 

şəxslər yaxın qohumuna, dostuna həmin cins heyvanın bir dişi balasını damazlıq kimi 

bağışlayar,  onların  da  yaxşı  cins  mal-qaraya  malik  olmalarına  kömək  edərdilər. 

"Damazlıq"  adətindən  azərbaycanlıların  ailə  məişətində  xüsusi  yeri  olan  kirvəlik 

münasibətlərində də bəxşeyiş məqsədilə istifadə edirdilər. Kirvələrdən birinin sağmal 

heyvanı  olmadıqda  digəri  ona  sağmal  inək  və  ya  damazlıq  düyə  bağışlardı.  Belə 

damazlıq heyvanları da kəsmək olmazdı, ona xüsusi qulluq edir və heç olmasa ilk bala 

verənə  qədər  saxlayırdılar[61].  "Damazlıq"  qarşılıqlı  yardım  forması  ilə  bağlı  qeydə 

alınmış bir adətə görə, Qarabağda maldar soylar arasında müəyyən səbəblər üzündən 

yeganə  dəvə,  öküz,  inək,  yaxud  qoyunlarından  məhrum  olan  yoxsul  tərəkəmə  varlı 

maldarların  evlərinin  hərəsinə  bir  təzə  baş  yaylığı  göndərərdi.  Baş  yaylığının  kim 

tərəfindən  göndərildiyini  öyrənən  hər  bir  dövlətli  tərəkəmə  vəziyyətin  nə  yerdə 

olduğunu başa düşər və öz çobanı, ya da naxırçısına ehtiyacı olan soydaşının evinə bir 




77 

 

damazlıq  heyvan  göndərməyi  tapşırardı.  Beləliklə,  yoxsul  və  ya  müflisləşmiş 



tərəkəmə "damazlıq" köməklik adətindən istifadə etmək yolu ilə müəyyən qədər mal-

qara toplayıb təsərrüfatını bərpa edir, ailəsinin iqtisadi vəziyyətini yaxşılaşdırırdı[62]. 

"Damazlıq"  qarşılıqlı  yardım  forması  ilə  bağlı  adətlərdən  biri  Azərbaycanın 

Zəngəzur  bölgəsində  "umya"  adı  ilə  tanınmışdır.  Bu  adətə  görə,  müflisləşmiş  şəxs 

həyətbəhəyət gəzərək hər qapıya kiçik bir əşya (məsələn, yaylıq, corab, kibrit qutusu) 

qoyub çıxardı. Bu o deməkdir ki, çətinə düşmüş şəxs el-obasından kömək istəyir, yəni 

öz həmkəndlilərindən, soydaşlarından yardım umur. Kəndin camaatı "umya" çağıran 

şəxsə hərə öz imkanı müqabilində bir qoyun, quzu, keçi və ya düyə verməklə kömək 

edirdi.  "Umya"  verilən  heyvanlar,  adətən  dişi  heyvan  olurdu  və  xalq  arasında 

damazlıq  adlanırdı.  "Umya"  barədə  el  arasında  deyilirdi:  "Umya  kasıbın  dirəyidir". 

Bəzən  varlı  adamlar  da  "umya"dan  öz  var-dövlətlərini  daha  da  artırmaq  məqsədilə 

istifadə  edirdilər.  Deyildiyinə  görə,  indiki  Kəlbəcər  rayonunun  Yanşaq  kəndində 

Xırdaxanım  adlı  bir  dövlətli  qadın  "umya"  yolu  ilə  kəndlilərə  1  manatdan  pul 

paylamaqla oğlanları Əbülfət bəy və Hidayət bəy üçün 200 baş dana və 100 baş qoyun 

toplamışdı. "Umya"dan varlanmaq məqsədilə  istifadə edilən helə  hallar barədə "xalq 

tikən  evi  top  dağıtmaz"  zərb-məsəli  mövcuddur[63].  Azərbaycanın  Qarabağ  və 

Zəngəzur  bölgələrində  "görəlkə"  adlı  bir  adət  də  olmuşdur[64].  Adətə  görə, 

azərbaycanlılar  bir-birləri  ilə  mehriban  olmaları,  yadlaşmamaları  üçün  müəyyən 

səbəblər və bəhanələrlə qohumlarının, kirvələrinin və  yaxın tanışlarının evlərinə tez-

tez  "görəlkəyə"  gedərdilər.  Bu  zaman  özləri  ilə  müəyyən  hədiyyələr  aparardılar. 

"Görəlkə" adlı bu adət azərbaycanlılar arasında indiyədək qalmışdır. Q.Qaraqaşlı haqlı 

olaraq "görəlkə" adətini qarşılıqlı yardımın bir forması kimi qiymətləndirmişdir. Belə 

ki, "görəlkə" hədiyyələrlə qonaq getmək adəti olsa da, onda qohuma və dosta bir növ 

əl tutmaq, maddi köməklik etmək və qayğı göstərmək keyfiyyətləri vardır. 

Beləliklə,  Azərbaycanda  iməcilik,  əvrəz,  avaya,  ortaqlıq,  şəriklik,  əvəzçilik, 

növbələşmə, hoy, mödgəm, həmgəl, bədəl, ziyanlıq, alışma, damazlıq, umya və görəlkə 

kimi  çoxsaylı  müxtəlif  qarşılıqlı  yardım  formalarının  mövcud  olması  xalqımızın 

həmişə  bir-birilərinin  qayğısına  qalmasına,  ehtiyacı  olana  köməklik  göstərməyə 

tələsməsinə,  kollektiv  əməyi  layiqincə  qiymətləndirməyi  bacarmasına  sübutdur. 

Xalqımızın el  köməyinə, kollektivçiliyə  yüksək qiymət  verməsi "El gücü, sel  gücü", 

"El bir olsa, zərbi kərən sındırar" kimi zərbi-məsəllərdə də öz əksini tapmışdır. 

Azərbaycanda  qarşılıqlı  yardımın  zəngin  formaları  xalqımızın  tarixən 

insanpərvərlik  ruhunda  tərbiyəsilə  bağlıdır.  Qohumun,  qonşunun,  dostun,  həmsoyun, 

həmkəndlinin,  ellinin,  həmvətənin  və  nəhayət,  insanın  qayğısına  qalmaq,  dar  gündə, 

çətinə  düşəndə  onun  köməyinə  çatmaq,  ona  dayaq  durmaq  və  yardım  etmək  kimi 

mənəvi keyfiyyətlər əsil ümumbəşəri insanpərvərlik keyfiyyətləridir. Bu keyfiyyətlər 

xalqımızda  zaman-zaman,  əsrlər  boyu  tərbiyə  olunub  el  adətlərinə  çevrilmişdir. 

Azərbaycan xalqının qarşılıqlı yardım formaları kimi təzahür edən el köməkliklərinə, 

bir-birlərinə  əl  tutmaq,  ehtiyacı  olana  yardım  etmək  kimi  mütərəqqi  adətlərinə 

dünyanın bir çox xalqları həsəd apara bilərlər və aparırlar. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə