Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə31/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   27   28   29   30   31   32   33   34   ...   208

70 

 

su daşıyar, çörək bişirər və digər məişət işlərinə kömək edərdilər. Kişilər isə tikinti ilə 



məşğul olardılar. Evin  bünövrəsi qoyulan zaman  belə  bir adətə  də  müraciət edilərdi. 

Bünövrənin dörd küncündə dayananlardan biri deyərdi ki, "künc düzəlmir". Bu halda 

ev  sahibi  ustalara  kiçik  bir  hədiyyə  verərdi.  Ev  tikilib  qurtardıqdan  sonra  damdan 

sonuncu düşən ustaya da xələt verilərdi. Tikintinin sonunda əvrəz iştirakçılarına xələt 

vermək mərasimi üçün ev sahibi qabaqcadan ehtiyat görərdi; yun corab, əl yaylığı və 

müxtəlif  şirniyyatdan  ibarət  xonça  düzəldərdi.  Adətən,  xonça  əvrəz  iştirakçıları 

arasında olan ağsaqqala təqdim edilərdi[42]. 

Qeyd  etmək  lazımdır  ki,  iməcilik  və  əvrəz  kimi  eyni  mahiyyət  və  məzmun 

daşıyan  qarşılıqlı  yardım  formaları  dünyanın  başqa  xalqları  arasında  da  mövcud 

olmuşdur.  Ruslarda  "subbotnik",  "pomoç"  və  "todoka",  özbəklərdə  və  taciklərdə 

"xaşar",  türkmənlərdə  "yevar", qırğızlarda  "aşar", gürcülərdə  "dadzaxili" və  "ulami", 

ləzgilərdə  "mel",  kumıklarda  "bulka"  və  b.  qarşılıqlı  yardım  formaları 

azərbaycanlıların  iməcilik  və  əvrəz  el  köməkliklərini  xatırladır.  Dünya  xalqlarının 

həmin  köməklikləri də  icmanın  ümumi işi hesab edilirdi.  Kəndin bütün əhalisi,  həm 

kişilər, həm də qadınlar onların təşkilində çox həvəslə iştirak edirdilər. Köməkliklərin 

iştirakçıları  arasında  əmək  bölgüsü  aparılır,  kimin  hansı  işi  görəcəyi  qabaqcadan 

müəyyənləşdirilirdi.  Azərbaycan  el  köməkliklərində  olduğu  kimi  həmin  qarşılıqlı 

yardım  formaları  da  bayram  şənliklərinə  çevrilirdilər.  Köməklik  iştirakçıları  təzə 

paltar  geyir,  yüksək  əhvali-ruhiyyədə  olur,  musiqi  sədaları  altında  işləyir,  nəğmələr 

oxuyurdular. 

Azərbaycanda  əkinçiliklə  bağlı  el  köməkliklərindən  biri  də  "növbələşmə" 

adlanmışdır. Növbələşmə köməklik forması iqtisadi imkanları eyni səviyyədə olan 3-4 

kəndli  təsərrüfatını  əhatə  edirdi.  Növbələşmədə  iştirak  edənlər  çox  vaxt  bir  əmək 

prosesində, məsələn, taxıl biçinində, yaxud ot çalımında birləşirdilər. Kimin işi təcili 

idisə,  yəni  taxıl  biçiminin,  yaxud  ot  çalımının  vaxtı  ötə  bilərdisə,  öncə  onun  işi 

görülər,  sonra  növbə  ilə  o  birilərinin  taxılı  biçilər,  yaxud  otu  çalınardı.  Hamının  işi 

görüldükdən  sonra  növbələşmə  birliyi  dağılardı.  Lənkəran  bölgəsinin  çəltikçilik 

təsərrüfatlarında  şum,  ləklərin  hazırlanması,  bicar  və  alaq  işlərində  də  növbələşmə 

qarşılıqlı yardım formasından istifadə edilmişdir. Tumcar və bicar ləklərinin vaxtında 

düzəldilməsi  üçün  kişilər,  normal  böyümüş  çəltik  şitilinin  vaxtı  ötürmədən  tez  bicar 

ləklərinə  sancılması  işində,  həmçinin  alaq  zamanı  3-4  ailənin  qadınları  növbələşmə 

köməklik formasından istifadə edirdilər[43]. 

Azərbaycanda  əkinçiliklə  bağlı  qarşılıqlı  yardım  formalarına  "ortaqlıq"  adlı 

əmək birləşməsini də aid etmək olar. Ortaqlıq əmək birləşməsini doğuran səbəb qoşqu 

heyvanlarının,  kotanın,  ümumiyyətlə,  əmək  alət  və  vasitələrinin  çatışmaması 

olmuşdur. Kifayət qədər əmək alət və vasitələri olmayan bir neçə ailə "ortaqlıq" əmək 

birləşməsi  təşkil  edir,  kotanlarını,  qoşqu  heyvanlarını,  arabalarını  birləşdirib  əkin 

sahələrini  şumlayır,  biçilmiş  taxılı  xırmana  daşıyır  və  döyürdülər.  Ortaqlıq  üzvləri 

arasında şum, daşıma və döyüm üçün günlərin bölgü miqdarı ortaqlığa verilmiş əmək 

alət  və  vasitələrinin  sayına  uyğun  müəyyən  edilirdi.  Bəzən  ortaqlıqda  əmək  alət  və 




71 

 

vasitələri  olmayan  tavanasız  kəndlilər  də  iştirak  edirdilər.  Onlar  öz  əməkləri  ilə 



ortaqlığın  üzvü  olurdular.  Ortaqlığın  belə  üzvləri  çox  vaxt  əmək  prosesində  arabaçı, 

sürücü,  yabaçı,  sovuqçu olur, gördükləri işlərin  müqabilində  şum, daşıma  və  döyüm 

günləri  almaq  hüququ  qazanırdılar.  Ortaqlıq  adətən  10-15  gündən  artıq  çəkməzdi, 

bəzən  isə  daha  tez,  torpağın  şumlanıb  qurtarması  ilə  başa  çatardı.  Çəltik  dərzlərinin 

xırmana daşınması və döyülməsi zamanı da belə ortaqlıqlar təşkil edilərdi (44). 

Azərbaycanın  Qarabağ  və  Gəncə  bölgələrində  taxıl  biçini,  ot  çalımı,  su 

arxlarının  çəkilməsi,  ev  tikintisi,  toy  və  yas  mərasimləri  zamanı  təşkil  edilən  el 

köməklikləri  "hoy" adlanırdı. Qarabağda dəmyə əkinçiliyi əsasında yetişdirilən taxıl 

bir  gün  ərzində  biçilməsə,  taxıl  zəmidə  vağamlanar  və  sünbülü  yerə  tökülə  bilərdi. 

Ona görə də məhsul itkisinə yol verməmək məqsədilə kəndlilər hoy elan edərdilər və 

el-obanın köməyilə taxılı vaxtında biçib dərz bağlayar, zəmidən xırmana daşıyardılar. 

Bəzən bir kənddən əli çin tutan 50-60 kişi o biri qonşu kəndin "biçin hoyu"na gedərdi. 

Hoya gələn biçinçilər arasında iş bölgüsü aparılardı. Kimi taxılı biçər, dərz bağlayar, 

kimi dərzləri zəmidən xırmana daşıyar, kimi  taxıl döyər, kimi də buğdanı sovurardı. 

Hoy  adəti  ilə  hər  hansı  bir  ailə  taxıl  yığımını  qısa  müddətdə  başa  çatdırardı.  Hoy 

adətən bir gündən artıq davam etməzdi. Hoy adəti ilə bağlı xalq arasında belə bir ifadə 

də işlədilir: "Allah hoyuna çatsın!" 

Hoya  kəndlilər  həvəslə  gedərdilər.  Bu  adət  el  şənliyinə,  bayrama  çevrilərdi. 

Ayrı-ayrı  şəxslər  üçün  təşkil  olunan  hoy  zamanı  taxıl  zəmisinin  sahibi  biçinçilərə 

günorta  yeməyi  verərdi.  İri  torpaq  sahiblərinin  çağırdıqları  hoy  zamanı  çox  vaxt 

biçinçilərə günorta naharı vermək məqsədilə bir neçə qoyun və dana kəsilər, yeməyin 

bişirilməsi üçün xüsusi aşpazlar ayrılardı[45]. 

Qarabağda  hoy  qarşılıqlı  yardım  adətindən  su  arxlarının  çəkilişi,  təmiri  və 

təmizlənməsi  məqsədilə  geniş  istifadə  edilərdi.  Qaynaqlarda  Qarabağın  iri  torpaq 

sahiblərindən olan Əhməd bəy Cavanşirin hoy çağırmaqla yerli əhalinin qüvvəsindən 

istifadə edərək qədim suvarma arxı olan Govurarxı bərpa etməsi, onun vasitəsilə Araz 

çayının suyunu Mil düzünün əkin sahələrinə gətirməsi haqqında məlumat vardır[46]. 

Gəncədə  kəndlilər  hoyu  böyük  iş  adlandırırdılar.  Burada  çətin  vəziyyətə 

düşmüş qonşusuna, həmkəndlilərə kömək etməyi hər kəs özü üçün borc hesab edərdi. 

"Hoy  müqəddəs  işdir"  -  deyən  gəncəlilər  arasında  yayılmış  bir  rəvayətə  görə,  Gəncə 

qəzasının  Əhmədli  kəndində  Murad  adlı  bir  qaçaq  varmış.  Zaman  ötür,  Murad  yaşa 

dolur  və  evinə  qayıdır.  Bu  vaxt  evini  ildırım  yandırmış  qonşu  üçün  ev  tikmək 

məqsədilə  hoy elan edilir. Hoya çağırışı eşidən Muradın anası oğluna gedib  qonşuya 

əl  tutmağı  məsləhət  görür.  Murad  hoy  yerinə  gəlir,  həvəslə,  bütün  gücü  ilə  işləyir. 

Lakin  evin  damının  sonuncu  tirini  qaldıran  zaman  ürəyi  davam  gətirməyib 

döyünməkdən dayanır. Kənd camaatı Muradı müqəddəs adam kimi dəfn edir və daha 

heç kəs onu qaçaq-quldur kimi yad etmir[47].  

Kökləri  çox  qədimə,  icma  quruluşuna  gedib  çıxan  qarşılıqlı  yardım 

formalarından  biri  də  Azərbaycanın  qərb  bölgələrində  geniş  yayılmış  "cey" 

olmuşdur[48]. İməcilik, əvrəz və hoy kimi cey el köməkliyi də təsərrüfat və məişətlə 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə