48
hiyləgərlik və zor gücü ilə Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmaqla onun
rəsmiləşdirdiyi və ümumiyyətlə, xalqımızın mənəvi sərvətlərinə qarşı öz yırtıcı
siyasətini gizlətmədi. O sıradan Novruz bayramı da bu amansızlıqdan yaxa qurtara
bilmədi. Amma bu da var ki, Azərbaycan xalqı hər cür qadağa, yasaq və qorxuya
baxmayaraq, gəlişini böyük sevinclə qarşıladığı Novruzdan heç vaxt ayrılmayıb, rəsmi
şəkildə olmasa da, bu doğma bayramını günümüzə çatdırmış, onun ayinlərini,
mərasimlərini, nəğmələrini, oyun və əyləncələrini, tamaşalarını göz bəbəyi kimi
qorumuş, daha da zənginləşdirmişdir.
Novruz bayramının xalqımızın mənəvi varlığına böyük rolunu yüksək
qiymətləndirən görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev
dmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə
verdiyi ən gözəl yadigar olub Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun
daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən
canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və
məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam
duyğusu bəxş etmişdir".
Hazırda respublikamızda sosial-siyasi dəyişikliklər nəticəsində milli və mənəvi
dirçəliş prosesi gedir. Millətin bu dirçəlişində, möhkəm birliyində, Azərbaycan
dövlətçiliyinin daha da inkişaf etdirilməsində bütün mütərəqqi adətlərimizi, xeyirli
ənənələrimizi yaşatmalıyıq. Bu etik qayda-qanunların qorunması insanlığın qorunması
deməkdir. Səmimilik, mehribanlıq, xeyirxahlıq, halallıq, ədəb-ərkanlı davranış bu gün
də biz azərbaycanlıların ömür yolunun bələdçisidir.
Bu gün Novruz bayramı müstəqil və suveren Azərbaycan dövlətinin rəsmi
bayramları sırasına daxil olmuşdur. Milli dövlətçiliyimizin əlamətlərindən birini,
doğma xalqımızın ən qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə
yaşadan müqəddəs Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz hissəsinə
çevrilmişdir.
49
QURBAN BAYRAMI
Azərbaycanlılar içərisində dərin kök salmış qədim və ümumxalq bayramlarının
mühüm hissəsini islamla bağlı bayramlar təşkil edir. Bütün müsəlmanların, o
cümlədən azərbaycanlıların həyat və məişətinə daxil olan həm Qurban, həm də
Orucluq bayramları əziz bayramlar kimi ta qədim zamanlardan qeyd edilmişdir. Lakin
insanları dini əqidəsizləşdirməyə xidmət etmiş sovet ideologiyasının hakim olduğu
dövrdə xalqımızın tarixinin, elm və mədəniyyətinin, ictimai-fəlsəfi fikrinin
öyrənilməsi sahəsində aparılan tədqiqatlarda islama qarşı qərəzli mövqe tutulmuşdu.
Şüurlu surətdə aparılan allahsızlıq siyasəti nəticəsində tariximizi, mədəniyyətimizi,
adət-ənənələrimizi, bir sözlə, mənəviyyatımızı İslam dinindən uzaqlaşdırmağa, ondan
təcrid etməyə cəhd göstərilmişdi.
Sovet ideologiyasının totalitar hökmranlıq rejimi Azərbaycanımızı ağır mənəvi
aşınmaya məruz qoymuşdu. Milli tarixi keçmişimizlə bağlı müqəddəs təsisatlar
amansızcasına təqib olunmuş, bir çox dini ibadətgahlar dağılmış, məscidlər bağlanmış,
dinimizə, adət-ənənələrimizə, bayramlarımıza, bir sözlə, xalqımızın milli-mənəvi
dəyərlərinə qəsd edilmişdi.
Bununla belə, Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sınaqları içərisində
milli adət-ənənələrini və bayramlarını qoruyub saxlaya bilmişdir. Hər bir müsəlman
gəlişini böyük sevinclə qarşıladığı Qurban və Orucluq bayramlarını müqəddəs
borcunu layiqincə yerinə yetirməkdən doğan daxili rahatlıq hissi ilə öz evində,
ailəsində, gizli olsa da, qeyd etmişdir.
XXI əsrin əvvəlində cəmiyyətdə baş verən köklü dəyişikliklər nəticəsində
Qurban bayramı da, Orucluq bayramı da əsil ümumxalq bayramları sırasına daxil
olmuş, bayram günləri qeyri-iş günü elan olunmuşdur.
Sosial-mənəvi həyatımızın tərkib hissəsinə çevrilmiş bayramlardan biri Qurban
bayramıdır. Qurbanlıq heyvanın kəsildiyi bu bayrama ərəbcə "Eyd el-əzha" və ya
"Eyd əl-kəbir" deyilir. Qurani-Şərifdə "eyd" kəlamı yalnız bircə dəfə işlədilmişdir və
"təkrar olunan sevinc", "bayram" mənası daşıyır. Bu məna "mübarək" "möminlərin
qəlbinə sevinc" olan Qurban bayramı gününə də aid edilir[27].
Qurban bayramı müsəlman hicri-qəməri (hicri-ay) təqvimi ilə 12-ci ayda -
zülhiccə ayının 10-da başlanır və bir ay müddətində davam edir. Müsəlmanlar bu
təqvimə Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının - mühacirlərin 622-ci ilin
sentyabrında Məkkədən Mədinəyə köçməsindən sonra keçmiş və təqvimi
Məhərrəm
ayı ilə başlamışlar. Orucluq və Qurban bayramları Ay-Qəməri təqviminə əsasən
keçirildiyindən hər il on-on iki gün geri çəkilir və beləliklə, bütün fəsilləri, ayları
dolaşırlar. Zülhiccə, adından da göründüyü kimi, həcc ayıdır. Qurban kəsmə isə həcc
ibadətlərinə daxil edilmişdir.
Mənbələrdən aydın olur ki, qurbankəsmə mərasimi bəşər tarixinin çox erkən
çağlarına gedib çıxır. Demək olar ki, nəinki əksər, hətta bütün dünya xalqlarında
50
qurbankəsmə adəti vardır: müxtəlif ruhlara, allahlara, müqəddəslərə, Tanrının
bəşəriyyətə bəxş etdiyi əsas maddi nemətlərə qurban verərmişlər.
Qədim türklər yerləri yaman, bədxah ruhlardan qorumaq, ilahi varlıqlarla
yaxınlıq əldə etmək məqsədilə qurbanlar kəsərdilər. Ən böyük qurban isə at olmuşdur.
Atın qurban verilməsi adəti dünyanın bir sıra xalqlarında geniş yayılmışdır. Digər
heyvanlardan da qurbanlıq kimi erkək heyvanlar üstün sayılmış, dişi heyvanlar isə
qurban kəsilməmişdir. "Kitabi-Dədə Qorqud" eposunda qurbanlıq deyə atdan ayğır,
qoyundan qoç, dəvədən, buğra qurbanlığı göstərilir.
"Avesta"ya görə, atəşpərəstlər su mənbələrini, çayları ilahiləşdirib onların
şərəfinə qurbanlar verirmişlər. Çox yerlərdə qurbankəsmə ayini xüsusi qurbangahlarda
keçirilərdi.
Bir çox etnoqrafik tədqiqatlarda qurbanın meydana gəlməsi ölüləri ac
qoymamaq, ruhların rəğbətini qazanmaq, onları rəhmə gətirmək adəti və s. ilə
əlaqələndirilir"[28].
Azərbaycanda da qurbankəsmə ayini qədimdən olmuşdur. Arxeoloji qazıntılar
nəticəsində aşkar edilmiş bəzi maddi mədəniyyət abidələri burada hələ eramızdan
xeyli əvvəl qurbankəsmə adətinin icra edildiyini göstərir. Qobustanda qurban kəsilən
müqəddəs qurbangahlar aşkar olunmuşdur[29].
Antik mənbələrə əsaslanan tədqiqatçılar islamaqədərki Azərbaycan ərazisində
hələ çox qədim dövrlərdə qurbankəsmə ənənələrinin mövcudluğunu qeyd edirlər.
Eramızdan əvvəl V əsrdə yaşamış yunan tarixçisi Herodota görə, qurbanlar uca
yerlərdə Göy, Günəş, Ay, Od, Su və Külək tanrılarına kəsilirdi. Herodotun bu
mövzuda məlumatlarını təkrar edən coğrafiyaşünas Strabon (I əsr) yerli əhalinin
qurbanı təmiz və pak yerdə kəsdiyini, heyvanın ətinin dindarlara paylandığını, Tanrıya
isə qurbanlığın ruhunun gərək olduğunu bildirir[30].
Qədim Azərbaycanda insan qurbanı verilməsi adəti haqda da Strabonda
məlumat vardır. Bu məlumata əsasən, bir il müddətində xüsusi olaraq bəslənilən
"müqədəs qul" (hierodul) albanların müqəddəs Ay məbədindəki qurbangaha gətirilir;
bədəninə ətirli yağ sürtülür və digər qurbanlıq heyvanlarla birlikdə qurban
verilirdi[31].
Allaha qurban verməyə hazırlaşmaq barədə "əs-Saffat" surəsinin 104, 107-ci
ayələrində buyurulur: Bu vaxt Allah-taaladan nida gəlmişdi: "Biz ona belə xitab etdik:
Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin
(Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək
oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə
mükafatlandırırıq. Şübhəsiz, bu açıq-aydın bir imtahan idi. Biz ona böyük qurbanlıq
(Habilin qurbanlıq qoçunu) əvəz etdik". Habilin qurbanlıq qoçu haqqında Müqəddəs
Quran"ın "Maidə" surəsinin 27-ci ayəsində buyurulur: "Ya Məhəmməd! Onlara
Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban gətirdikləri zaman
birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdır. Qurbanı qəbul
olunmayan Qabil qardaşı Habilə demişdir: "Səni mütləq öldürəcəyəm!" Habil ona belə
Dostları ilə paylaş: |