Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Yığma haqqında ümumi məlumatları izah edir”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   33   34   35   36   37   38   39   40   41
cilingar-islarinin-texnoloji-prosesi

“Yığma haqqında ümumi məlumatları izah edir” 

Yığma işlərini necə təsvir edərdiniz? 

Yığmanın əsas özəlliyini siz nədə görürsünüz? 

Yığmaya daxil olan hissələrin uyğun yerlərə yerləşdirilməsini nəyə istinad edərək yerinə 
yetirə bilərsiniz? 
4.3.1. Yığmanın texnoloji prosesini ardıcıllıqla nümayiş edir 

Yığmanın texnoloji ardıcıllığı 
Məmulatın və ya yığım vahidinin quruluşundan asılı olaraq yığma işi müxtəlif 
ardıcıllıqla aparılır. Məsələn, pazvarı qayış ötürməsi valının qovşağını belə bir 
ardıcıllıqla yığırlar. (Şəkil 4.1): 
1. Kürəcikli yastığı (2) yağ vannasında qızdırıb valda (1) 
kənarlığa dirənənə qədər oturdurlar
2. işgili (4) uyğunlaşdırıb valın oyuğuna presləyirlər; 
3. Qasnağı (3) kürəcikli yastığa dirənənə qədər valda 
oturdurlar. 
4. Valın ucuna yaylanan şayba (6) taxırlar. 
5. Qaykanı (5) axıra qədər buraraq bərkidirlər. 
Qovşağın 
yığılma 
qaydasını 
və 
komplektləşdirmə ardıcıllığını aydın təsəvvür edə 
bilmək üçün qovşağı və ya məmulatı tərkib 
elementlərinə: detallara, yarımqruplara, qruplara 
ayırmaq lazımdır. Ayırmanı qovşağın və ya məmulatın 
yığma elementləri üçün tərtib olunmuş sxem üzrə 
yerinə yetirmək lazımdır. Qovşağı (və ya məmulatı) 
yığarkən, hansı detaldan başlanırsa, buna baza detalı 
deyilir. 
Həmin 
qrupu 
yığarkən 
hansı 
əsas 
yarımqrupdan başlanırsa, buna baza yarımqrupu 
deyilir. 
Çilingərlik işlərində yığmaya dair bir neçə 
nümunə də qeyd edək: 
Yivli birləşmələri açar, vintaçan və xüsusi tərtibatların köməyilə yığırlar, bu işdə tam və təmiz 
yivli vint, sancaq və qaykalardan istifadə edilir. Bolt və ya sancağın yivi qaykadan azı iki-üç sarğı bayıra 
çıxmalıdır. Qaykanın açılmasının qarşısını almaq üçün onu yaylı şayba, şplint əks-qaykalarla bərkidirlər. 
yivli birləşmələrin yığılma keyfiyyətini başlanğıc tarımlıq (bərkitmə) qüvvəsinə görə təyin edirlər. məsul 
yivli birləşmələri, məsələn, bloku və silindrlər başlıqlarını yığmaq üçün dinamometrik açarlardan istifadə 
edirlər.
Diyirlənmə yastıqlarını vala presləyir və çəkiclə, əl ilə, yaxud presin köməyilə gövdəyə 
yerləşdirilər. bu yastıqlar iş vaxtı sürtünmədən, sərbəst halda dönməlidir. Nazikdivarlı içlikləri (sürüşmə 
yastıqlarının) yerləşdirərkən onların dəst halında olmasını nəzərə alır və təpələrinin ayrılma 
müstəvisindən qabağa düzgün çıxmasını yoxlayırlar. Içliklər yatağa (yuvaya) kip yatmalıdırlar.
Dişli çarxları da vala çəkic və ya preslə geydirirlər. dişli ötürmələrin yığılma keyfiyyətini yan ara 
boşluğunun qiymətinə və dişlərin işləyən səthlərinin yatmasına görə yoxlayırlar.
Şəkil 4.1 Pazvarı qayış ötürməcinin 
hərəkətvericisinin yığım vahidi


53 
4.3.2. Tələbələr üçün fəaliyyətlər 

Başqa mənbələrdən istifadə etməklə valların gövdə detallarının vallar üçün nəzərdə 
tutulmuş yerlərinə quraşdırılmasını araşdırın və təqdimat üçün hazırlayın

İşgilli birləşmələrin yığılmasına dair başqa mənbələrdən istifadə etməklə araşdırmalar 
aparın və təqdimatını hazırlayın 

Pərçim vasitəsilə birləşdirilərək yığılan birləşmələrə dair axtarışlar aparın və təqdimata 
hazırlayın 
4.3.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə