Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   33   34   35   36   37   38   39   40   41
cilingar-islarinin-texnoloji-prosesi

Sürüşmə yastıqları. Valların və fırlanan oxların oturdulduqları tərpənməz dayaqlara 
yastıq deyilir. Yastıqlar ox və val tərəfindən ötürülən qüvvələri qəbul edərək onları maşının gövdəsinə 
ötürür.
Yuxarıda adları çəkilənlərdən vallar və oxlar hissələr, mufta və sürüşmə yastıqların isə yığım 
vahidləridir. Lakin yastıqlar digər yığım vahidlərində fərqli olaraq birdəfəlik sökülməyən hazırlanırlar və 
xarab olduqları halda yeniləri ilə əvəzlənirlər. Muftalar isə bu kimi digər yığım vahidləri kimi söküləbilən 
yığım vahidləri sırasındadıdrlar.

Bloklar elə hissələrdir ki, onları ərintilərdən tökmə üsulu ilə hazırlanırlar. Onların üzərinə 
hansısa bir aqreqatı tamamlayan hissələr və yığım vahidləri yığılır. Məsələn, mühərriklərin silindrlər 
bloku, ötürmələr qutusunu gövdəsi və s. blokları adətən çuqundan və ya alüminium ərintisindən 
hazırlayırlar.
4.4.2. Tələbələr üçün fəaliyyətlər 

Mühərrikin bir hissəsi olan sürgüqolu və onun vəzifələrinə dair başqa mənbələrdən 
axtarışlar aparın və təqdimat üçün hazırlayın 

Dirsəkli valın hazırlanması və funksiyalarına dair axtarışlar aparın, müvafiq qeydlər tutun 
və təqdimatını hazırlayın 

Başqa mənbələrdən slindrlər blokunun hazırlanması və təyinatına dair axtarışlar edin və 
təqdimat üçün hazırlayın 
4.4.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 
“Hissə, yığım vahidi, düyün, blok və məmulat haqda anlayışları təsvir edir” 

Hissələri necə təsvir edirsiniz? 

Yığım vahidləri nədir və nə üçün belə adlanır? 

Məmulatlar haqda hansı fikirləri söyləyərdiniz? 

Bloklar nədir və nə üçün hissə, yığım vahidi deyil məhz blok adlanır? 


55 
4.5.1. Texniki ölçmələr və müsaidələr haqqında anlayışları tətbiq edir 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə