Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Yığmanın texnoloji prosesini ardıcıllıqla nümayiş edir”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   33   34   35   36   37   38   39   40   41
cilingar-islarinin-texnoloji-prosesi

“Yığmanın texnoloji prosesini ardıcıllıqla nümayiş edir” 

Yığma işlərinin yerinə yetirilməsini ümumi halda necə təsvir edərdiniz? 

Yığmada əsas cəhət nə ola bilər? 

Yığmada texnoloji ardıcıllıq deyəndə nə başa düşülür? 

Yığmada baza detalı nədir və detal nə üçün baza detalı adlandırılır? 

4.4.1. Hissə, yığım vahidi, düyün, blok və məmulat haqda anlayışları təsvir edir

Hissə, yığım vahidi, məmulat, blok haqda anlayışlar 
Bir neçə hissə, yığım vahidi, məmulat, bloklar haqda bəzi anlayışlarlarla tanış olaq. 
Fırlanma hərəkətini ötürmək üçün maşınlarda ən səciyyəvi tipik detallar bunlardır: 
val, ox, dayaq, muftalar. Texnikada işləyərkən əyilməyə qarşı müqavimət göstərən və 
fırlanma hərəkətini ötürən maşın hissələrinə val deyilir. 
Şəkil 4.1 Dirsəkli val 
Təsir edən yükə nəzərən vallar:

yüngül yüklənmiş

ağır yüklənmiş olur. 
Formalarına görə vallar: 

duz;

dirsəkli olur. 
 
Şəkil 4.2 Düz vallar 


54 

Ox fırlanan detallar üçün dayaq kimi işlədilən maşın detalıdır. Oxlar silindrik formada 
(düzünə və ya pilləli), en kəsiyinin formasına görə bütöv, yaxud çəkisini azaltmaq məqsədilə içiboş 
hazırlanır. Oxların hazırlanması üçün istifadə olunan materiallar yüksək möhkəmliyə malik olmalı, 
gərginliklərin mərkəzləşməsinə az həssas olmalı, yaxşı mexaniki, termiki və termokimyəvi emal edilmə 
qabiliyyətinə malik olmalıdır. 

Muftalar valları, oxları və fırlanan maşın hissələrini bir-birinə birləşdirmək və onlar 
arasında burucu momenti ötürmək üçün istifadə olunan quruluşlardır. Bundan əlavə muftalar:

maşını səlis işə salıb-dayandırmağa; 

sürətləri və fırlanma istiqamətlərini dəyişməyə imkan yaradır; 

maşın detallarını həddən artıq yüklənmə zamanı sınmaqdan qoruyur.
Şəkil 4.3 Mufta
Şəkil 4.4 Diyirlənmə yastığı


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə