Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Azərbaycan vətəndaşı kimi özünə müvafiq olan qanunları nəzərdən keçirir”



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix11.12.2023
ölçüsü2,3 Mb.
#146448
1   2   3   4   5   6   7   8   9   10   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi

“Azərbaycan vətəndaşı kimi özünə müvafiq olan qanunları nəzərdən keçirir” 
 

Vətəndaş dedikdə nə başa düşürsünüz? 

Əsl vətəndaş olmaq üçün nələri bilməliyik? 

Kimlər Azərbaycan Respublikasının vətəndaşı sayılır? 

Vətəndaşlığı müəyyən edən sənədləri göstərin. 

Şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu almağın əhəmiyyətini izah edin. 

Qanunun başqa dövlət sənədlərindən fərqini izah edin. 

Qanunu bilməyin əhəmiyyətini sübut edin. 

Qanun və dövlət bu anlayışları fərqləndirin. 

Bildiyiniz qanunlara dair 3 nümunə göstərin. 

Hakimiyyətin bölünməsi prinsipi haqqında nə deyə bilərsiniz? 

Azərbaycan Respublikasında icra hakimiyyəti kimə məxsusdur? 

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini hansı orqan həyata keçirir? 

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini hansı orqan həyata keçirir? 

Konstitusiya nədir və nə deməkdir? 
1.2.1. Azərbaycan vətəndaşı kimi öz hüquqlarını təhlil edir. 
 

Hüquq nədir? 
Biz tez-tez əhali içərisində yayılan “mənim hüququm var”, ”hüququmu tələb 
edirəm”, “sənin bunu etməyə hüququn yoxdur” və sair kimi işlədilən ifadələrin şahidi 
oluruq. Bəs nədir hüquq? Biz onun necə başa düşürük?
Hüquq dövlət yarandığı zamanlarda onunla eyni vaxtlarda mövcud olmuşdur.
Hüquq ərəbcə haqq deməkdir. Haqq isə doğru, gerçək deməkdir. Hüquq-pozitiv və normativ hüquq 
nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, 
dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə 
görə isə hər bir şəxs üçün bərabər azadlıq, ədaləti özündə əks etdirən norma və qaydaların məcmusudur. 


11 
Cəmiyyət insan hüquqlarını dövlətə qarşı irəli 
sürür. Dövlət isə bu hüquqları qanunla ifadə edir. 
Hüquq qanun şəklində insanlara görünəndə 
hüquqlarını tanıyırlar. Qanun həm vətəndaşların 
hüquqlarını ifadə edir, həm də onu (bu hüquqları) 
qoruyur. Məsələn, təhsil almaq, oxumaq bizim əsas 
hüquqlarımızdan biridir. Konstitusiyamızın 12-ci 
maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq 
hüququ vardır. Bu qanuna əsasən heç bir kəs sizin 
təhsil almaq hüququnuzu məhdudlaşdıra bilməz. 
Çünki dövlət sizin təhsil hüququnuzu təmin edir.
Eyni zamanda, misal çəkə bilərik ki, azadlıq 
hüququ hər bir vətəndaşa şamil edilir. Bizim bu 
hüququmuz qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə 
yolu ilə məhdudlaşdırıla bilər. Burdan belə nəticəyə gələ bilərik ki, siz öz hüquqlarınızı bilməlisiniz və bu 
hüquqlardan irəli gələn qanunları öyrənərək özünüzü müdafiə etməyi bacarmalısınız.


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə