Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix11.12.2023
ölçüsü2,3 Mb.
#146448
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi

İnsanın hüquq mədəniyyəti 
Cəmiyyətdə qüvvədə olan qanunlar hər bir şəxsin hüquqlarını müdafiə edir. Siz ümumi 
maraqlardan çıxış edərək problemin həllinə konstruktiv yanaşmağı öyrənməlisiniz. Siz, yalnız o zaman 
başqalarının hüquqlarına hörmət bəsləyəcəksiniz ki, özünüzə hörmət etməyi bacarsanız. Həm də insanın 
hüquqlarını öyrənməklə siz özünüz də müstəqillik hisslərinin və öz gücünüzə olan inamın 
möhkəmləndirilməsinə nail olacaqsınız. Ona görə də hüquqi dövlət quruculuğu şəraitində əhalinin 
hüquqi və siyasi mədəniyyətə yiyələnməsi çox mühüm əhəmiyyət kəsb edir. Heç kim özünün qanundan 
güclü, üstün olduğunu sübut etməyə çalışmamalıdır. Əslində bütün münaqişələr qanunların pozulması 
ilə başlayır. Məhz buna görə də bütün vətəndaşlar qanunun aliliyini və insan hüquqlarını müqəddəs 
bilməli, yalnız həqiqətə xidmət ruhunda tərbiyə olunmalıdırlar. 
 

 Azərbaycanda insan və vətəndaşın hüquqları və azadlıqları 
 
“İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin birinci maddəsində deyilir ki, bütün insanlar 
azad, hüquq və ləyaqətlərini görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər. Ona görə də 
bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar. İnsan ləyaqətinin müdafiəsini təmin edən, habelə insanın 
ləyaqətlə yaşaması üçün zəruri tələbatların həyata keçirilməsinə kömək edən əsas norma və prinsiplər ̶- 
insan hüquqlarına aid edilir. 
Azərbaycan Respublikasının Konstitusiyasının 21-cü maddəsinə əsasən, hər kəsin doğulduğu 
andan pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. 
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaşın hüquq və azadlıqlarına 
aşağıdakılar (sxem 1.1.) aid edilir: 


12 
Sxem 1.1. Azərbaycanda insan və vətəndaşın hüquqları və azadlıqları 
İnsan və vətəndaş hüquqları və azadlıqları heç bir şəkildə ləğv edilə və ya məhdudlaşdırıla bilməz. 
Bu hüquq və azadlıqlar hər şeydən yüksəkdə durur. 
1.2.2. Tələbələr üçün fəaliyyətlər 

Sinfi 3-5 nəfərdən ibarət qruplara bölün. İri ağ kağızda “Azərbaycanda insan və vətəndaşın 
hüquqları”- na dair bildiklərinizi qeyd edin tapşırığı verilir. Kağızı saat əqrəbi istiqamətində 
digər qruplara ötürün. “Karusel” üsulundan istifadə edərək tapşırıq verilmİşkağızı bütün 
qruplara ötürərək axırda öz qrupuna qaytarın. Sonda təqdimatı yazı lövhəsinə yapışdırın. 
Müzakirələr edib, ümumiləşdirmələr aparın; 

Rollu oyun üsulundan istifadə edərək, hər hansı bir hüququnuzu məsələn, təhsil 
hüququnuzu nümayiş etdirin; 

Klaster (şaxələndirmə) üsulundan istifadə edərək öz hüquqlarınızı qeyd edin;

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə