Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix11.12.2023
ölçüsü2,3 Mb.
#146448
1   2   3   4   5   6   7   8   9   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi

Vətəndaşlıq anlayışı 
Biz hamımız fərd kimi doğulub, şəxsiyyət kimi fəaliyyət göstərərək təhsil-tərbiyə 
və əmək proseslərində vətəndaş hazırlığı keçirik. Vətəndaş dedikdə, bilavasitə vətənə, 
dövlətə sədaqətlə xidmət edən, mənəvi keyfiyyətlərə malik olan insan başa düşülür 
(şəkil 1.1.). 
Vətəndaşlıq anlayışı çoxşaxəlidir. İnsan ailə üzvü, dost və yoldaş, müəyyən sosial qrupun, siyasi 
partiyanın və ya cəmiyyətin nümayəndəsi rollarında eyni zamanda çıxİşedə bilər və ya etməyə bilər. 
Amma elə rol da vardır ki, bu bizim hər birimiz üçün ümumidir. Bu vətəndaş roludur. Biz bəzən 
tanımadığımız adamlara ”vətəndaş” deyə müraciət edirik. Yaxud təyyarə limanında diktor elan verərkən 
ilk növbədə “vətəndaş sərnişinlər” ifadəsini işlədir. Dövlət Yol Polisi yol hərəkəti qaydalarını pozan 
nəqliyyat vasitəsini saxladıqda “vətəndaş, sənədlərinizi təqdim edin" deyə müraciət edir. Beləliklə
vətəndaş -̶ qanunla müəyyənləşdirilmİşhüquqlardan istifadə edən və dövlət qarşısında öhdəliyi olan 
şəxsə deyilir. Eyni zamanda, vətəndaşlıq - dövlət və vətəndaş arasındakı münasibətləri hüquqi cəhətdən 
rəsmiləşdirir və onların qarşılıqlı hüquq və vəzifələrini nəzərdə tutur. 

Şəkil 1.1. Vətəndaşlar
 

Azərbaycan Respublikasının Vətəndaşlığı 
Kim Azərbaycan Respublikasının vətəndaşı sayılır? 
Azərbaycan Respublikası vətəndaşlığının əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən olunmuşdur. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci 
maddəsində təsbit olunmuşdur. Burada göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi 
hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 
Bu şəxslər kimdir? 

Azərbaycan Respublikası ərazisində doğulanlar; 

Valideynləri və ya onlardan biri Azərbaycan Respublikasının vətəndaşı olanlar; 

Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edənlər;
Sizin hər birinizin Azərbaycan Respublikasının vətəndaşı olaraq hüquqlarınız, azadlıqlarınız və 
vəzifələriniz bərabərdir. Məsələn, istər Azərbaycan Respublikasında doğulmuş azərbaycanlı, istərsə də 
qaradərili irqdən olub Azərbaycan Respublikası vətəndaşlığını qəbul edən şəxs hüquqca bərabərdir. 



Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan Respublikasının vətəndaşı heç bir 
halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz (maddə 53). Bundan əlavə, o 
heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. Konstitusiyamızda 
göstərilir ki, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan 
Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. 
Azərbaycan dövləti öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan Respublikası 
vətəndaşları qarşısında onların hüququnun təminatı üçün məsuliyyət daşıyır. Azərbaycan 
Respublikasının dövlət orqanları, xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik 
nümayəndəlikləri və konsulluqları ölkəmizdən kənarda müvəqqəti və ya daimi yaşayan 
vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar. 
Valideynlərindən biri Azərbaycan Respublikası vətəndaşlığından çıxarsa, digəri isə Azərbaycan 
Respublikası vətəndaşlığında qalarsa, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır. 
Azərbaycan Respublikasının qanunlarına görə, bizdə ikili vətəndaşlığa, yəni Azərbaycan 
Respublikası vətəndaşının ikinci bir dövlətin vətəndaşı olmasına icazə verilmir. 
Azərbaycan Respublikasının vətəndaşlığı aşağıdakı sənədlərlə təsdiq olunur: 
1)
Doğum haqqında şəhadətnamə; 
2)
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; (ölkə daxilində Azərbaycan Respublikası 
vətəndaşının şəxsiyyətini təsdiq edən sənəddir) şəkil 1.2. 
3)
Azərbaycan Respublikası vətəndaşının pasportu; (Azərbaycan Respublikası vətəndaşının pasportu 
ölkədən kənarda şəxsiyyəti təsdiq edən sənəddir) şəkil 1.3. 
Şəkil 1.2. Şəxsiyyət vəsiqəsi
 
Şəkil 1.3. Ümumvətəndaş pasportu 
 

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə