Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix11.12.2023
ölçüsü2,3 Mb.
#146448
1   2   3   4   5   6   7   8   9   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi

 

Qanun nədir? 
Qanun ən mühüm hüquq normalarını təsbit edən dövlət sənədidir. Qanun cəmiyyətdə yaranan 
ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusudan qoruyur. Eyni zamanda qoyulan 
qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunun ən yüksək (ali) hüquqi 
qüvvəsi, ilk növbədə, onun qətiliyində təzahür edir. Belə ki, qanunu qanunverici orqandan başqa heç bir 
başqa dövlət orqanı və ya ictimai təşkilat ləğv edə və ya dəyişə bilməz. Qanunlar vaciblik dərəcəsinə və 
tənzimlənən ictimai münasibətlərin xarakterinə görə konstitusiya qanunlarına, məcəllələrə və adi 
qanunlara bölünür. 



Konstitusiya qanunları -̶ konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi 
qanunlardan üstündür (şəkil 1.1.). Məcəllə- ̶ ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid 
sistemləşdirilmİşqanunvericilik aktıdır (məsələn, əmək məcəlləsi şəkil 1.5). Adi qanunlar isə konstitusiya 
əsasında qəbul olunur və konstitusiyanın icra qaydasını tənzimləyir. Azərbaycan Respublikasında 
qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Ali qanunverici 
orqanın - Milli Məclisin qəbul etdiyi qanun ölkənin prezidentindən tutmuş sıravi şəxslərə qədər hamımız 
üçün məcburidir. Qanunun ən yüksək (ali) hüquqi qüvvəsi, ilk növbədə, onun qətiliyində təzahür edir. 
Siz, bir Azərbaycan vətəndaşı kimi ilk öncə aşağıdakı anlayışları (qanunları) bilməli və ondan irəli gələn 
öhdəlikləri yerinə yetirməlisiniz: 

Dövlət rəmzləri -̶ hər bir dövlətin müstəqilliyini ifadə edən atributlar mövcuddur. Konstitusiyamızın 
75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına 
(şəkil 1.4.), gerbinə (şəkil 1.7.) və himninə hörmət etməlidir. Bizim hər birimiz dövlət rəmzlərinə 
hörmətlə yanaşmalı və onların adını uca tutmalıyıq. 
Şəkil 1.6. Azərbaycan Respublikasının 
Dövlət bayrağı
 
Şəkil 1.7. Azərbaycan 
Respublikasının Dövlət gerbi
 

Vətəni müdafiə -̶ Konstitusiyamızın 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın 
borcudur. Vətənin müdafiəsi də iştirak etmək və hərbi xidmət hər bir vətəndaşın hüquqi vəzifəsi 
olmaqla yanaşı, həm də onun müqəddəs borcudur. 
Şəkil 1.4. Azərbaycan 
Respublikasının Konstitusiyası 
Şəkil 1.5. Əmək Məcəlləsi




Dövlətin əsasları. Bura daxildir: - Azərbaycan dövləti, Azərbaycan dövlətinin başçısı, ərazi, dövlət dili, 
din, mülkiyyət, silahlı qüvvələr, ailə, uşaqlar və dövlət, sosial, iqtisadi inkişaf və dövlət, pul vahidi, 
təhsil və s. haqqında qanunlar. 

Hakimiyyətin bölünməsi prinsipi aşağıdakı formada həyata keçirilir:
- Qanunverici hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. 
- İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. 
- Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. 
1.1.2. Tələbələr üçün fəaliyyətlər 

“Vətəndaşlıq” anlayışını necə başa düşdüyünüzü rollu oyun üsulundan istifadə edərək 
nümayiş etdirin; 
Nümunə: Bir xarici turistin azərbaycanlı vətəndaşdan “Azərbaycanda vətəndaşlığı təsdiq 
edən sənədlər” haqqında məlumat alması fonunda rollu oyunu səhnələşdirin. 

“Azərbaycan Respublikasının Vətəndaşlığı” mövzusu haqqında esse hazırlayın. Yazdığınız 
esseləri digər yoldaşlarınıza ötürərək onların mövzu haqqında fikirlərini öyrənin

Aşağıdakı cədvələ əsasən doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və pasport 
haqqında məlumatlarınızı qeyd edin
Mövzunun adı 
Bilik 
Tətbiq 
Nəticə 
Doğum haqqında şəhadətnamə 
Şəxsiyyət vəsiqəsi 
Pasport 

Venn diaqramından istifadə edərək icra hakimiyyəti ilə qanunverici hakimiyyətin oxşar və 
fərqli cəhətlərini qeyd edin; 

Valideynlərinizdən “əsl vətəndaş olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?” 
mövzusu haqqında müsahibə götürün. Sonra müsahibənizdə ümumiləşdirmələr apararaq, 
nəticəni tələbə yoldaşlarınızla müzakirə edin; 


10 

Sinfi 2 qrupa bölün. Hər iki qrupa iri ağ kağızda “Dövlət rəmzləri haqqında bildiklərinizi qeyd 
edin”, digər qrupa isə “Dövlətin əsaslarına daxil olan qanunları yazın” tapşırıqları verilir. 
Verilmİş20 dəqiqə ərzində qruplar tədqiqat aparmalı, verilmİştapşırıqları yerinə 
yetirməlidirlər. Vaxt bitdikdən sonra hər iki qrup tərəfindən seçilmİşliderlər öz təqdimatların 
nümayİşetdirərək, müzakirələr təşkil etməlidirlər; 

Azərbaycan Respublikası dövlətinin öz vətəndaşlarının vətəndaşlıq hüququnu qorumaq 
üçün həyata keçirdiyi siyasəti təhlil edin; 

Klaster üsulundan istifadə edərək “vətəndaşlıq” haqqında biliklərinizi qeyd edin; 

Əlavə resurslardan istifadə edərək “Konstitusiya” haqqında təqdimat hazırlayın. Nümunə: 
siz burada xarici ölkələrin Konstitusiyası ilə Azərbaycan Konstitusiyasını müqayisə edə 
bilərsiniz; 

“Hakimiyyətin bölünməsi prinsipləri” mövzusu ilə bağlı müzakirə təşkil edin. 
1.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə