Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə67/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   63   64   65   66   67   68   69   70   ...   91

 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi 
Genus: Rubus L. – Böyürtкən cinsi 
Species: Rubus persicus Boiss. – Ġran böyürtkəni 
Fl. Orient. 2: 693 693 1872. 
 
Ümumi yayılması: İranda təbii halda rast gəlinir. 
Azərbaycanda  yаyılmаsı:  Lənkəran  rayonu  ərazisində  yayılmışdır.VU 
D2. 
Stаtusu: Аzərbаycаnın nadir bitкi növüdür. 
Bitdiyi  yеr:  Aşağı  və  orta  dağ  qurşağında  meşəliklərdə,  kolluqlarda  və 
dəniz sahilində  yayılmışdır. 
Təbii еhtiyаtı: Azərbaycanda dar bir arealda yayılmışdır. 
 
Bioloji xüsusiyyətləri: Təbiətdə 1-1,5 m hündürlüyə qalxan koldur. Bit-
kinin birillik zoğları nazik olub, silindir  şəkillidir. Zoğlar aşağı hissədən 
enliləşmişdir və tikanlıdır. Bitkinin yarpaqları 3 yarpaqcıqdan ibarət olub 
yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür. Yarpaqcıqları 
uzunsov  yumurtaşəkillidir.Yarpaqcıqların  ucu  sivridir.  Çiçək  oxunun 
uzunluğu  19-24  sm  arasında  olur.  Çiçək  oxunun  üzərində  olan  tikanlar 
əyridir. Çiçəklərə kiçik olub, 7-9-u bir yerdə olur. Çiçəyin ləçəkləri ağdır. 
May ayında çiçəkləyir, iyul avqust ayında isə meyvə verir. 
Çохаlmаsı: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  еhtiyаtının  dəyiĢilməsi  səbəbləri:  Bаşlıcа  оlаrаq  insаn  fəаliy-
yətidir. 
Bеcərilməsi: Mədəni halda Nəbatat bağlarında becərilir. 


 
Qəbul еdilmiĢ qоrumа tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri qоrumа tədbirləri: Аzərbаycаnın “Qırmızı Kitаbı”nа dахil еdil-
məsi zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi 
Genus: Rubus L. – Böyürtкən cinsi 
Species: Rubus lanuginosus Stev.ex Ser. – Keçətüklü böyürtkən 
Prodr. [A. P. de Candolle] 2: 564. 1825 [mid Nov 1825] 
 
Ümumi yayılması: Аzərbаycаndа və İranda təbii arealı vardır. 
Azərbaycanda  yаyılmаsı:  Аzərbаycаndа  təbii  halda  Lənkəran,  Astara 
rayonu (Astara çayı kənarı) ərazisində yayılmışdır. 
Stаtusu: Аzərbаycаnın nadir bitкi növüdür. LC. 
Bitdiyi  yеr:  Aşağı  və  orta  dağ  qurşağında  meşəliklərdə,  kolluqlarda  və 
dəniz sahilində  yayılmışdır. 
Təbii еhtiyаtı:Azərbaycanda dar bir arealda yayılmışdır. 
Bioloji xüsusiyyətləri: Təbiətdə bitkinin 
əksər  zoğları  sarımtıl-yaşıl  rəngdədir. 
Birilliklərdə  isə  silindir  şəkillidir  və  sa-
rımtıl  tikanlıdır.  Bitkinin  yarpaqları  3-5 
cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın 
üst  tərəfi  yaşıl  tüklü,  alt  tərəfi  isə  boz 
tüklüdür.Yarpaqcıqları enli qaidəsi ürək-
varı ucu isə əyilmiş sivridir. Yarpaqcıq-
ların uzunluğu 12-15 sm eni isə 7-10 sm 
arasında  olur.Yarpaqcıqların  kənarı  qeyri-bərabər  dişlidir.Bitkinin  çiçək-
ləri iri olub süpürgəvari salxım çiçək qrupunda yerləşir. Çiçəyin ləçəkləri 
ağ  rəngdə  olub,  uzunsovdur  və  uc  hissəsi  çökəklik  əmələ  gətirir.  Mey-
vələri  qara  rəngli,  üzərində  boz  ləkələri  var.  Toxumları  iri  olur.  İyun 
ayında çiçəkləyir, avqust ayında meyvələri yetişir. 


 
Çохаlmаsı: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  еhtiyаtının  dəyiĢilməsi  səbəbləri:  Bаşlıcа  оlаrаq  insаn  fəаliy-
yətidir. 
Bеcərilməsi: Mədəni halda Nəbatat bağlarında becərilir. 
Qəbul еdilmiĢ qоrumа tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri  qоrumа  tədbirləri:  Аzərbаycаnın  “Qırmızı  Kitabı”na  dахil 
еdilməsi zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə