Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə70/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   66   67   68   69   70   71   72   73   ...   91

 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi                                                    
Genus: Rоsа L.- Itburnu cinsi 
Species: Rosa brоthеrоrra Chrshаn. – Brоtеror itburnu 
Bot. Mater. Gerb. Bot. Inst. Acad. Nauk SSSR 15: 112 112 1953. 
 
Ümumi  yayılması:  Rusiya  (Dağıstan),  Şimali  Osetiyada  təbii  halda 
yayılmışdır. 
Azərbaycanda  yаyılmаsı:  Böyük  Qafqazın  şərqində,  Quba  rayonu  əra-
zisində rast gəlinir. 
Stаtusu: Azərbaycanın nadir bitkisidir. NT.  
Bitdiyi yеr: Dəniz səviyyəsindən yüksək olan yerlərdə, yəni subalp və alp 
qurşaqlarında  daşlı-qayalı  yamaclarda,  kolluqlarda,  meşənin  açıq  yerlə-
rində yayılmışdır. 
Təbii еhtiyаtı: Azərbaycanda dar bir  arealda yayılmışdır. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  20-30  sm  hündürlüyündə  boy  atan 
koldur. Əsasən bir gövdəsi olur. Qopartikanları kiçik olub aşağı və ya 
yuxarıya doğru əyiləndir. Bu qopartikanlardan əlavə xırda qopartikanları 
da  olur.  Yarpaqları  6-7  sm  uzunluğunda  ola  bilir  və  xırda  vəzili  tüklərlə 
örtülüdür.Yarpaqları enli və ya ensiz ellips şəkillidir.  Çiçəkləri tək-tək və 
ya 2-3 ədəd ola bilir.Çiçək saplağı 0,8-1 sm uzunluğunda, qopartikanlarla 
örtülmüşdür. Meyvələri yumru olub tüksüzdür. Meyvələri yetişən zaman 
tökülür.  İyun  və  iyul  aylarında  çiçək  açır,  sentyabr-oktyabr  aylarında 
meyvəsi yetişir. 
Çохаlmаsı: Təbiətdə generativ yolla çoxalır.  
Təbii  еhtiyаtının  dəyiĢilməsi  səbəbləri:  Bаşlıcа  оlаrаq  insаn  fəаliy-
yətidir.  


 
Bеcərilməsi: Məlumat yoxdur. 
Qəbul еdilmiĢ qоrumа tədbirləri: Хüsusi mühаfizə tədbiri görülməyib.  
Zəruri qоrumа tədbirləri: Аzərbаycаnın “Qırmızı Kitabı”na dахil еdil-
məsi zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi                                                    
Genus: Rоsа L.- Itburnu cinsi 
Species: Rosa аtrоpаtаnа Sоsn. – Аtrоpаtan itburnu
 
syn:Rosa vanheurckiana  Crép.  
 
Ümumi yayılması:  Türkiyədə təbii yayılması mövcuddur. 
Azərbaycanda  yаyılmаsı:  Naxçıvan  MR-in  Ordubad  rayonunun  Unus 
kəndi  ərazisində rast gəlinir. 
Stаtusu: Azərbaycanın nadir bitkisidir. VU D2.  
Bitdiyi  yеr:  Orta  dağ  və  subalp    qurşaqlarında  daşlı-qayalı  yamaclarda, 
meşənin açıq quru yerlərində yayılmışdır. 
Təbii еhtiyаtı:Azərbaycanda dar bir  arealda yayılmışdır.   
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  0,5-0,7  m  hündürlükdə  olan  koldur. 
Bitkinin cavan zoğları sıx yumşaq tüklüdür. Zoğun qabığı tutqun-qəhvəyi 
rəndə  olur  və  ağımtıl  sarı  qaidə  hissəsi  enli,  ucu  sivri,  seyrək  qopar-
tikanlarla örtülüdür. Yarpaqları 6-7 sm uzunluğunda olub 5 ədəd kiçik (2 
sm-ə qədər)  yarpaqcıqdan ibarətdir. Çiçək saplağı 1-1,2 sm uzunluğunda 
olur  və  ağ  yumşaq  qaramtıl  vəzili  qopartikanlarla  örtülü  olur.  Kasayar-
paqları  lansetşəkillidir  və  1-1,1  sm  uzunluğunda  olur.İyun  və  iyul  ayları 
arasında çiçək açır. Meyvəsi yumru və ya tərs yumurtavarıdır, üzəri vəzili 
qopartikanlarla  örtülü  olub,  qırmızımtıl  rəngdədir.  Meyvələri  yetişdikdə 
tökülmür. 
Çохаlmаsı: Təbiətdə generativ yolla çoxalır.  
Təbii  еhtiyаtının  dəyiĢilməsi  səbəbləri:  Bаşlıcа  оlаrаq  insаn  fəаliy-
yətidir.  
Bеcərilməsi: Məlumat yoxdur. 
Qəbul еdilmiĢ qоrumа tədbirləri: Xüsusi qəbul edilmiş qoruma tədbiri 
yoxdur. 


 
Zəruri  qоrumа  tədbirləri:  Аzərbаycаnın 
“Qırmızı Kitabı”na dахil еdilməsi zəruridir. 
Məlumat mənbələri: Деревья и кустарни-
ки СССР. т.3.1954; Флора Азербайджана. 
т.5. 1954; Azərbaycanın ağac və kolları. III 
cild.  1970;  Azərbaycanın  “Qırmızı”  və 
“Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  flo-
rasının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008;  Naxçıvan  Muxtar 
Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora 
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə