proses daha geniş miqyasda davam etdirilməlidir.
Yalnız mütərəqqi təcrübəyə əsaslanmış belə istiqamət həm
respublikada, həm də onun
neft sənayesində iqtisadi
islahatların dərinləşməsinə və səmərəli inkişafına təkan verə
bilər.
4.4. Yanacaq sənayesinin restruktizasiya problemlər
SSSR-i dövləti dağıldıqdan sonra Rusiya Federasiyası
özünün yanacaq energetika kompleksində bazar iqtisadiyatına
keçidlə əlaqədar olaraq geniş miqyaslı islahat işlərinə
başlamışdır. Burada ilk əvvəl yanacaq energetika sisteminin
mühüm sahələri neft-qaz, kömür, energetika bir idarəetmə
kompleksində birləşmişlər.
Kompleksə daxil olan bir çox
qurumlar, sonradan səhmdar cəmiyyətlərə çevrilmiş, nəhəng
birliklərdə isə qismən özələşdirmə aparılmışdır. Bütün bunlara
baxmayaraq hazırda Rusiya Federasiyasının yanacaq
energetika kompleksində işlərin gedişi ayrı-ayrı sahələrdə o
qədərdə ürək açan deyildir. Xüsusən son dövrlərdə kömür
şaxtaçılarının məvaciblərinin vaxtlı-vaxtında verilməməsi ilə
əlaqədər onlaran narazılıq etiraz aksiyaları,
daha çox nəzərə
çarpmaqdadır. Hətta Rusiyada hökümət dəyişiklikləri, sahəyə
rəhbərlik edənlərin müntəzəm yeniləşdirilməsi burada əsaslı
irəliləyişləri təmin etməmişdir.
Rusiya Federasiyasının yanacaq energetika kompleksində
olan problemlərin müəyyən qisminin Azərbaycanın
neftqazçıxarma sənayesindəki oxşarlığı və parallel cəhətlərini
bir sıra alimləri tədqiqatlarındakı bəzi məqamlara diqqət
yetirək:
Kömür sənayesi Rusiyanın köhnə yanacaq sənayesi
sahələrindən
biridir ki, o da öz ənənələri ilə fərqlənir. Kömrün
Rusiya energetika balansında əhəmiyyəti hazırda aşağı
düşməkdədir (
1950 66,1%, 1990 20,9%).1989-cu ilə qədər
118
inkişafda olan Rusiyanın kömür sənayesi Sovetlər İttifaqınnın
dağılması
ərəfəsində
əmək məhsuldarlığı tempinin,
fondveriminin müntəzəm olaraq aşağı düşməsi prosesləri ilə
müşayət olunmuşdur.Artıq bu illərdə məlum olmuşdur ki,
kömür hövzələri müəssisələrinin əsas vəsaitləri həm fiziki,həm
mənəvi köhnəlmiş, elə bu baxımdan da şaxtaların yarıdan çoxu
rekonstruksiya və əlavə kapital qoyuluşları ehtiyacında
olmuşdur. Son 30 ildə sahədə heç
bir prinsipial texnoloji
yenilik şilənib hazırlanmamış və tətbiq olunmamışdır. Şaxtaçı
sənəti gənclər arasında şöhrət və nuffuzunu itirmiş, sahə
kütləvi işçi ehtiyacı zorunda qalmışdır. SSRİ-dağıldaqdan
sonra 574 kömür hasiledici sahədən 271-i Rusiyanın, qalanları
isə Ukrayna və Qazaxstanın sərəncamına qalmışdır. Rusiya-
Donbass, Karaqanda, Ekibastus kimi güclü kömür
hövzələrindən və çoxlu dağ-mədən maşınqayırma
zavodlarından məhrum olmuşdur.
Bütün Sovet tarixi ərzində kömür sənayesinin iqtisadi
göstəriciləri mövcüd reallığı əks etdirməmiş, təhrif olunmuş
şəkildə planlaşdırılmışdır. Sahəyə dövlət
tərəfindən qiymətlərin
qoyulması obrazlı deyilsə əyri güzgülər pavilyonunu
xatırlatmışdır. Qiymətlər kəskin aşağı salınmış, 50% şaxtalar
zərərlə işləmişdir. Bununla belə yeni şaxta tikililərinin
lahiyəsinin gerçəkləşdirilməsi də mövcüd qiymətlərlə
uzlaşdırılmamışdır. Bütün bunlara baxmayaraq belə inşaat
işləri «xüsusi tələbat» adı ilə həyata keçirilmişdir.
İşə belə münasibət isə heç şübhəsiz ki, sahədə çalışanlar da
iqtisadi təfəkkürün inkişafına kömək edə bilməzdi.
İttifaqın dağılması və 1990-cı illərin əvvələrində, bazar
iqtisadiyatına keçidlə əlaqədər olaraq müəyyən hazırlıq işi
aparılmadan sahədə qiymətlər sərbəst buraxıldı. Lakin
müəyyən kömür hasil edici müəssisələrə dövlət datasiyasının
tətbiqi dayandırılmadı.
Rusiya izafi kömür ehtiyatlarına malikdir və onun kömür
sənayesi bir çox faktorlara digər
ölkələrin müvafiq sənaye
119
sahəslərindən fərqlənir. Burada əsas kömür hövzələri ölkənin
Asiya hissəsində, çətin iqlim şəraitində infrastrukturların geniş
inkişaf etmədiyi yerlərdə yerləşir. Sahənin digər spesifik
cəhətləridə mövcüddür. Belə ki şaxtanın məhsulu 10-12 il
ərzində tükənir və o bağlanaraq növbəti aşağıdakı açılmış
sahəyə keçirilir. Bu prosses də çoxlu əlavə sərmayə tələb edir.
Lakin bu tarixi tendensiyadan qurtulmaq sahədə aparılan
iqtisadi islahatların gedişindən də tam aslı deyildir. Sahənin
səmərəli strateji inkişafını təmin etmək ölkədə keçirilən sosial-
iqtisadi siyasətin tempi, nəticələri və istiqaməti ilə də sıx
bağlıdır. Kömür sənayesinin strateji inkişafı həmçinin
tərkib
hissəsi olduğu yanacaq-energetika kompleksinin balans
perspektivindən və yerləşdiyi məkan amilindən də asılıdır.
Sahənin bohrandan çıxarılması üçün 2000-ci ilə qədər
onun dirçəliş planının stretegiyası hazırlanması, 2001-2010-cu
illərdə isə sabitliyin əldə edilməsi, rəqabət qabiliyətliliyinin
təminatı nəzərdə tutulur.
İqtisad elmləri doktoru A.Astaxovun fikrincə
iqtisadiyatın mineral-xammal sektorunda orta-strateci inkişaf
üçün 8-dən az olmayan strategiya mövcuddur
19
:
Axtarış, kəşfiyat strategiyası, yeni kömür hövzələrinin
sənayeləşdirilməsi. (
Bu strategiya əsasən geoloji
axtarış işlərinin maliyələşdirilməsi, işlənməsi və
mənimsətilməsini əhatə edir).
Əvvəl yaradılmış potensial gücdən maksimal istifadə
strategiyası. (
Bu strategiya mövcüd mineral xammala
təlabatın artmadığı vəziyyətdə qəbuldur).
Köhnə şaxta fondunu saxlamaqla geniş miqyaslı yeni
şaxta tikintisinin aparılması strategiyası. (
Bu
konservativ lakin dağ-mədən sənayesində uzun müddət
mövcud olan strategiyadır).
Fəaliyyətdə olan sahənin texnoloji yenidən təşkili
strategiyası. (
Bu strategiya fəaliyyətdə olan şaxta
19
Вопросы экономики №6.1997.стр. 67-83.
120