Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə40/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

 
Restruktizasiyanın reallaşmasında  əsas cəhətlərdən biri 
də odur ki müəyyən sahələrdə üç növbəli iş recimindən bir 
növbəli recimə keçməklə müvafiq sahənin tam bağlanmasının 
qarşısı alına bilər. Restruktizasiya prosseslərinin həyata 
gırilməsində sahə elminin iqtisadi və ekoloji strategiyası mühüş 
əhəmiyyət kəsb edir. Restruktizasiya məsələsində elmi 
yenidənqurma prioritet sahələrdəndir. Buna görə  də sahənin 
təsərrüfat sisteminin restruktizasiyası sahə elminin yenidən 
qurulması olmadan mümkün deyildir. Bu elmin qarşısında 
aşağıdakı məsələlər durur: 
 
proqnozlaşdırmanın metodologiyası  və bazara 
təlabatın proqnozu; 
 
sahənin geoloji ehtiyat bazasının səmərəliliyinin 
qiymətləndirilməsi; 
 
ayrı-ayrı kömür hövzələri və sahələrinin inkişaf 
strategiyasının hazırlanması; 
 
kömürçıxarma sənayesinin rəqabət qabiliyyətinin 
artırılması yollarının müəyyən edilməsi; 
 
kömür sənayesində investisiya siyasətinin prinsip və 
strategiyasının işlənib hazırlanması; 
 
kömür sənayesində istehsal güclərinin 
restruktizasiyası yollarının elmi əsaslandırılması; 
 
kömür sənayesinin inkişafı sahəsində dövlətin 
köməyi və tənzimlənməsi formalarının istiqamətinin 
müəyyən olunması; 
 
bazara keçiddə kömür sənayesi müəssisələrinin 
maliyyələndirilməsinin prinsipi və mexanizmi; 
 
sahənin sosial siyasətinin  əsas məqsədləri və 
istiqamətləri; 
 
xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsini 
səmərəli formaları və istiqamətləri; 
 
sahədə sahibkarlığın mülkiyyətin təsərrüfat 
qanunvericiliyinin hüquqi problemləri; 
 
 
124


 
Göründüyü kimi Rusiya Federasiyanın kömür 
sənayesinin hazır ki, vaxtda üzləşdiyi problemlərə 
Azərbaycanın yanacaq energetika kompleksinin, xüsusən 
neftçıxmanın problemləri bir çox məqamlarda həmahəngdir və 
bizim tədqiqatda bu aspektlərin müəyyən hissəsi 
araşdırılmışdır. Buna görə də, restruktizasiya və diversifikasiya 
strategiyasının neftqazçıxarma istehsalında da əhəliyyətli 
olduğunu nəzərə alaraq biz bu məsələni geniş diopozonda 
açıqlanmasını lazımı bilmişik. 
Quruda neftqazçıxarma sənayesində restruktizasiya ilə 
bağlı  nəzəri cəhətləyin  əvvəlki fəsilərdə  də araşdırıldığına 
istinadən bir daha qeyd edirk ki, Azərbaycanın neftqazçıxarma 
sənayesində aparılacaq genişmiqyaslı islahatlar istehsalın 
restruktizasiya və diversifikasiya strategiyasından yan 
keçmiyəcəkdir. 
 
125


 
V FƏSİL 
 
QURUDA NEFTQAZÇIXARMA SƏNAYESİNDƏ 
İQTİSADİ İSLAHATLAR VƏ ONLARIN 
DƏRİNLƏŞMƏSİ PROBLEMLƏRİ 
 
5.1 Quruda neftqazçıxarma sənayesində iqtisadi 
islahatların aparılmasının zəruriliyi 
 
Azərbaycanın müstəqilliyinin erkən çağlarında akademik 
A.X.Mirzəcanzadə münasibələrinin birində neftqazçıxarma 
sənayesində böhranlı  vəziyyətdən çıxış yollarını çox düzgün 
olaraq belə ifadə etmışdır, «Azərbaycanın iqtisadiyyatının 
aparıcı sahəsi olan neft sənayesi son illərdə laqeyd münasibət 
və  səriştəsizlik ucbatından böhranlı  vəziyyətə düşmüşdür. Bu 
gün hökümət orqanları neftqazçıxarma müəssisələrində 
müstəqil fəaliyyət göstərməkdə  və bazanın sərt qanunları ilə 
hər müəssisənin dünya standartları ilə  işləməsinə kömək 
etməlidir. Quymətqoyma və vergi mexanizmi ilə müəssisələri 
minimum məsrəflə maksimum miqdarda neft və qazçıxarma 
maraqlandırmalıdır. Neftqazçıxarma sənayesinin 
normallaşdırmaq məqsədilə  həmin sahənin yeni inkişaf 
proqramı yaradılmalıdır»
21

1996-cı ildə Bakıda keçirilmiş «Xəzərneftqaz-96» 
beynəxalq sərgisində amerikalı advokat Y.Entizari 
Azərbaycanın neft qaz sənayesi və onlarla bağlı iqtisadiyyat 
sahələrini inkişaf etdirməkdən ötəri daha ardıcıl və mükəmməl 
qanunvericiliyin gərəkli olmasını söyləmişdir. Həmin sərgidə 
eyni zamanda Dünya İnkişaf və Yenidənqurma Bakının 
eksperti M.Levitski qeyd etmişdir ki, «Azərbaycanda neft 
sektoru fərqli inkişaf edir. Belə ki, respublikada müvafiq 
qanunvericilik işlənib, hazırlanıb, tətbiq edilməlidir»
22 
 
                                                           
21
 «Azərbaycan» qəzeti 29 aprel 1993-cü il. 
22
 «Ayna» qəzeti 8 avqust 1996-cı il.
 
 
126


 
Azərbaycanın neftçı\geoloq alimi X.B.Yusifzadə quruda 
neftqazçıxarma sənayesinin böhranlı  vəziyyətdən çıxış yolunu 
aşağıdakı məsələlərin həll olunmasında şərtləndirir
20.
 
1.
 
Əsas yataqlarda neft və qaz ehtiyatını dəqiqləşdirmək. 
2.
 
Aşağı debitlə  işləyən quyularda, fəaliyyətsiz quyu 
fondunda təmir-bərpa işlərinin məqsədə uyğunluğunu 
müəyyən etmək üçün təhlil prosesinin həyata 
keçirilməsi. Əmək və texniki intizamı kəskin artırmaq, 
işçilərin maddi və  mənəvi rifahının yüksəldilməsinə 
nail olmaq. 
3.
 
Böyük neft hasilatı gözlənilən yataqlarda qazma 
tempini artırmaq. 
4.
 
İstehsalatda elmi-texniki yüksəlişə nail olmaq, neft 
vermini artırmaq məqsədilə, fiziki-kimyəvi metodların 
tətbiqinə diqqəti artırmaq
23

Göründüyü kimi problem o qədər ciddidir ki, onun həlli 
yalnız məsələyə sistem halında yanaşılması  şəraitində 
mümkündür. Neftqazçıxarma sənayesi respublika 
iqtisadiyyatının digər sahələri ilə o dərəcədə sıx əlaqədardır ki, 
iqtisadi islahatları burada təcrid edilmiş şəkildə aparmaq qeyri 
mümkündür. Bu baxımdan respublika iqtisadiyyatında 
bütünlükdə iqtisadi islahatların ümumi xarakter daşıyan 
prinsipial istiqamətlərini müəyyən etmək və onların 
neftqazçıxarma sənayesində xüsusiyyətlərini nəzərə almaqla 
tətbiqi vacib məsələdir. 
Keçid dövründə iqtisadiyyatı azad bazar prinsipləri 
əsasında qurmaq, iqtisadi sarsıntılardan imkan daxilində xilas 
etmək zəruriliyi tələb edir ki, iqtisadiyyatın tənzimlənməsində 
dövlətin rolu düzgün müəyyən edilsin. Təəsüfə qeyd 
olunmalıdır ki, müstəqilliyin ilk illərində «planlı  təsərrüfat 
sistemi heç bir işə qadir deyil», «bazar iqtisadiyyatı dövlətin 
rolunu heçə endirməlidir» fikrini rəhbər tutan başıbəla 
islahatçılar demək olar ki, MQB ölkələrinin hamısında xeyli 
                                                           
23
 Azərbaycan neft təsərrüfatı 1996-cı il. 
 
127


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə