müvafiq olaraq öz mənfəətləri hesabına
maliyyələşdirməlidirlər.
İB-nin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə
onun tərkibində olan müəssisələrindən aşağıdakıların
özəlləşdirilməsi münasib sayıla bilər:
1.
Tikinti təşkilatları - cəmi 4 təşkilat;
2.
Nəqliyyat idarələri və sexləri ( texnoloji və xüsusi
texnikadan, parkdan başqa);
3.
Fəhlə Təchizatı Birliyi;
4.
Mənzil-Kommunal Kontoru;
5.
Hərbiləşdirilmiş Mühafizə İdarəsi;
6.
Fontana qarşı Dağ-Mədən Xilasetmə
Hərbiləşdirilmiş Hissəsi;
7.
AzərNEQA;
8.
«Azərinformatika»;
9.
Dalma qurğularının Təmiri və Kirayəsi üzrə
Eksperimental Müəssisəsi.
Qeyd olunduğu kimi, Neftçi Sağlamlıq Mərkəzi,
Neftçilər Xəstəxanası və Neft Təsərrüfatı Jurnalı, ARDNŞ-in
strukturuna ayrıca daxil edilə bilər. Digər müəssisə və
təşkilatların da strukturları dəyişə bilər, burada birləşmə,
iriləşmə, ləğv etmə prosesləri vəziyyətə uyğun olaraq hesablaşa
bilər.
İB-də aparılan islahatlar onun mərkəzi aparatının yenidən
təşkil olinmasını zəruri edir. Burada ilk nüvbədə şöbə və
bölmələrin işinin keyfiyyət göstəricisini yüksəltmək, onların
fəaliyyətinə yeni iqtisadi münasibətlər baxımından yanaşmaq,
buradakı işçilərin attestasiyasını təşkil etmək səmərəli olardı.
Ən vacib məsələlərdən biri QNQÇİB-in aparat işçilərinə,
aparıcı mütəxəssislərinə iqtisadi islahatların aparılmasının
zərurliyini aydınlaşdırmaq, onalrı iqtisadi islahatların həyata
keçirilməsinə səfərbər etməkdən ibarət olmalıdır. Bu məqsədlə
QNQÇİB-nin şöbələrində neft və qaz hasilatının yüksəldilməsi,
hasilata nəzarət məsələlərinə dəqqətin artırması, maksimum
111
təmin edilməlidir. Keçmiş planlı iqtisadiyyatın hakim olduğu
dövrdə idarəetmə strukturlarının daxilində ayrı-ayrı şöbələrin
funksiyaları müəyyən edilsə də, məsuliyyət problemi işin son
nəticələrinə maraq məsələsi ilə, əlaqələndirilmirdi. Müvafiq
proses indi də davam etməkdədir. Bütün bunları nəzərə alaraq
təşəbbüskarları, səmərəliləşdiriciləri fərdi qaydada
mükafatlandırmaq prosesinə də baxılmalıdır. Bu da bir
həqiqətdir ki, QNQÇİB-də mövcud mərkəzləşdirilmiş
hesablaşma, ödəmə sistemi, çoxsaylı məhdudiyyətlər, ümumi
təchizat, inzibati metodlarla idarəetmə müəyyən mərhələyə
kimi fəaliyyət göstərə bilər. Azad bazar iqtisadi münasibətləri
şəraitində İstehsalat Birliyinin daxili strukturunda hər bir
şöbənin funksiyaları inzibatçılıq, amirlik üsullarından fərqli,
yeni iqtisadi münasibətləri nəzərə alaraq müəyyən edilməlidir.
Əsas nöqtə, daha doğrusu ağırlıq mərkəzi bilavasitə NQÇİ-lər
keçrilməlidir. Ola bilsin ki, bir müddətdən sonra hər bir
meftqazçıxarma idarəsi tam müstəqil təsərrüfat subyekti kimi
fəaliyyət göstərsin. Burada heç bir qeyri-qanuni ziddiyət, süni
maneə ola bilməz. Bir məsələni də qeyd etmək lazımdır ki,
iqtisadi islahatların bu və ya digər regionda müəyyən
xüsusiyyətlərini nəzaərə almaqla yanaşı, azad iqtisadiyyat
qurmuş ölkələrdə idarəetmə strukturunda baş verən proseslər,
meylər inkar olunmamalıdır.
Hazırda dünyada çox qlobal dəyişikliklər baş verir.
Bunlar iqtisadiyyata, xüsusilə sənayenin inkişafına böyük təsir
edir. Dünya ölkələri üzrə istehsal olunmuş daxili milli
məhsulda ölkələrəarası ticarət rolunun artması, texnoloji
inkişafın sürətlənməsi, beynəxalq maliyyə bazarlarının
dəyışməsi prosesi gedir. Belə bir dəyişikliklər şəraitində ayrı-
ayrı sahələrin yenidən qurulması işində dövlətin prioritetləri
müəyyən olunmalıdır. Bu heş də o demək deyildir ki, dövlət
əvvəlki planlı iqtisadiyyat dövründə olduğu kimi müəssisələrin
üzərində tam hökmranlıq etməlidir. Müasir şəraitdə dövlət ilə
meəssisələr arasında partnyorluq özünü bazarların yaradılması,
112
istehsalçıların sarsıntılardan qorunması, dövlətin mənafeinə
xidmət edən proqramların həyata keçirilməsinə xidmət
etməlidir.
4.3. İdarəetmədə perspektiv mütərəqqi formalar
Quruda Neftqazçıxarma İstehsalat Birliyi strukturunun
müəyyən edilməsi Azərbaycan Respublikası Dövlət Neft
Şirkətindəki struktur dəyişiklikləri ilə üzvi sürətdə bağlıdır. Bu
gün bağlanmış mühüm neft kontraktları ilə əlaqədar olaraq
ARDNÇ-in strukturunun yenidən təşkili prosesləri həyata
keçirilir. Bu bir neçə istiqamətdə təşəkkül tapır. Belə struktur
dəyişikliklərindən birini Rusiyanın «Lukoyl» neft şirkətinin
struktur bazssı əsasında Azərbaycan Elmi-Tədqiqat Neft
Prosesləri İnstitutunun mütəxəssisləri təklif edirlər. Bundan
başqa ARDNŞ-in «Azərenerji» «Azəriqaz» Səhmdar
Cəmiyyətləri ilə bir kompleksdə birləşməsi ideyaları da artıq
müzakirə obyektinə çevrılmışdır. Bu təkliflərə görə müvafiq
qurumları əhatə etməklə respublikada Yanacaq Energetika
Nazirliyinin yaradılması nəzərdə tutulur. Əlbətdə, bu təklifin
müsbət cəhətləri çoxdur və belə bir nazirliyin yaradılması
respublikada yanacaq-energetika resusrlarından kompleks
istifadə edilməsinin strateji xəttini müəyyən etməyə imkan
verər. Yanacaq-Energetika kompleksi, qeyd edilditi kimi, yaxın
və uzaq gələcəkdə müstəqil Azərbaycan respublikasının
iqtisadi, siyasi müstəqilliyinin möhkəmləndirilməsində,
Azərbaycanın dünya inteqrasiyasına qoşulmasında həlledici
amillərdən biri olacağı şöbhəsizdir. Belə bir qlobal problemin
mövcudluğu şəraitdə bu kompleksin bir idarəetmə strukturu
tərəfindən əlaqələndirilməsi müstəsna əhəmiyyət kəsb edir.
Digər tərəfdən belə bir nazirliyin yaradılması neft, qaz, elektrik
enrjisi kimi strateji resurslardan qənaətlə istifadə olunması,
burada dünya standartlarına uyğun gələn tədbirlərin, illər boyu
mövcud olan qarşılıqlı ittihamların, debitor və kreditor
113
Dostları ilə paylaş: |