257
Ustad! Nəyə gərəkmiş bu qədər hündür hasar?
Bu cür hasarlar içrə yetişərmi bəhrə, bar?
Bağa rüzgar gərəkdir, ətirli, təzə rüzgar,
Şeir kimi müqəddəs, yeni, pakizə rüzgar.
Xəzinədir, deyirlər, bizim Xəzər dənizi,
Qumunda milyonmilyon balıqların cəsədi,
Cəsədi yox, bəlkə də ətri, qanı, şirəsi,
Xəzərdən qum gətirən dalğalar xəzinədi.
Rüzgar da xəzinədi, açsın qoynunu bağlar.
Bu hasar dörd tərəfdən kəsib yolları bağlar.
Bu zoğlar, o budaqlar yeni yellər soraqlar.
Külək görməsə ağlar, xəzəl olan yarpaqlar.
Razılaşdı mənimlə şair Süleyman Rüstəm,
İyirminci illərdə, inan, bambaşqaydı bağ.
Bu qaysı ağacının hər bir şaxəsi üstə
Yüz meyvə saralardı, hərəsi bir çilçıraq.
On beş, on altı ərik, inan kilo gələrdi,
Girvənkədən ağırdı qara şanı salxımı.
Badam bar gətirəndə üzün, gözün gülərdi,
Tamaşaydı püstənin boy atımı, qalxımı.
Ağsaqqalı dinlədim, ətirli çay qabaqda,
Qələm götür, gənc şair, deyim, dəftərinə yaz:
Otuzuncu illərin havası var bu bağda,
Əbəs gəlmişəm, burdan calaq aparmaq olmaz.
1986
258
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
YAZAĞZI
Gəlmişəm bağa ki, bir az bel vurum,
Heyhat, vermir aman tufan, qasırğa.
Yüz yerdən gurlayır göy gurumgurum,
Tökülür səmadan od dalğadalğa.
Gurlayır qasırğa... qırır qapını,
Dağıtmaq istəyir pəncərələri.
Ancaq ordanburdan tumurcuq ətri,
Bir də quş cəhcəhi dolur içəri.
Gurlayır qasırğa... çəkib kəməri,
Geyirəm didilmiş əlcəklərimi.
Çiynimdə yapıncım – qızıl dan yeri
Dan yeri uzaqda laləzar kimi.
Bizmi qorxmalıyıq küləkdən, qardan?
Əl boyda quşcuğaz qorxmursa əgər.
Min dəfə güclüdür ildırımlardan
Quşun ağzındakı xoş cükkültülər.
Gurlayır qasırğa... gurlasın, nə qəm.
İndicə təzə şum saçacaq ətir.
Çayırlı, çəmənli aləm əl boyda
İti bel ağzında görünəcəkdir.
Gurlayır qasırğa... gurlasın, nə qəm,
Qapının ağzını daha yaz alıb.
Candakı baharı hələ demirəm,
Novruz bayramına üçcə gün qalıb.
1987
259
QASIRĞADAN GÜCLÜLƏR
Vədələşmə günündə
Martın 21də... lapdan qopdu qasırğa.
Dedim gəlməzlər daha nə Tahir, nə də Teymur.
Bəlkə Yusif tək gələ. O, bir azca yovuqdur.
Qasırğanın nəfəsi şimal kimi soyuqdur.
Türkan hara, Ordubad, Borçalı, Bakı hara?
Qasırğa həsrət qoyur bizi əziz dostlara.
Gedim bir az bel vurum...
düşünərkən mən bu cür
Uca boylu Yusifim düz qarşımda görünür.
Darvazanı açmağa mən heç macal tapmamış
Hasardan hoppanaraq gəlir Tahirlə Teymur.
Necə qucaqlaşırıq! Könül doymur! Göz doymur!
Dodaqlardan od keçir varlığıma, qanıma.
Xoş gəlib arkadaşlar müqəddəs Türkanıma!
Atıb lingi, külüngü, miz ardına keçirik.
Yer üzünün ən dadlı badəsini içirik.
Qasırğanın boynunu qollarımla ölçürəm
Sağlıq üçün ən dürüst, bircə sözü seçirəm.
Qasırğadan güclülər!
Xoş gəliblər Türkana üç dilavər, güclü ər,
Urağanın, çovğunun dizlərini bükənlər.
Lapdan sönür işıqlar, yəqin tufan hardasa
Qırıb atıb naqili... qalxıb şam yandırıram.
Dörd yanımız qaranlıq... yanır xonçada dörd şam.
Yanır xonçada dörd şam, dörd igidin bağrı tək.
Ağ, ucaboy şamların alovu necə yüksək.
Xonçanın kənarında dörd piyalə nurlanır.
Piyalədən elə bil xatirələr boylanır.
260
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Hardansa uçub gəlir pərvanələr işığa.
Səssiz düşür şamların göz yaşı axaaxa.
Damlalar necə şəffaf, damlalar necə iri.
Hey süzülür, xonçada donur mum qətrələri.
Bayaq büdrəyən şamın indi bərkimiş yeri.
Biz kimlərik?
Bəlkə də əsrin pərvanələri.
Dörd şamın dövrəsində bəlkə də dörd mayağıq.
Ümmanları içsək də ayıqlardan ayığıq.
Göz qoyuram Yusifə.
Azca tüklənib üzü.
Fəqət aydın gözləri məramının güzgüsü.
Göz qoyuram Teymura, Ordubadlı tərlana
Şamlardan şölə düşüb geniş polad alnına.
Nə qasırğa səngiyir, nə də işıqlar yanır.
Çölə çıxsan görərsən zülmət tutub hər yanı.
Xanbalıqdan Londona, Nildən Berinqə qədər
Qanad gərmiş zülmətlər.
İkinci mərtəbədə.
Qasırğadan güclülər.
Üçüncü mərtəbədə döyüş gedir elə bil.
Şiferləri silkələyir kor qasırğa, qara yel.
Titrəyir, dəmir qapı, mat şüşəli pəncərə.
Tarixlər aydınlaşır gözümdə birdənbirə.
Nə Atilla ölübdür, nə Gültəkin, nə Mete.
Mütləq dağıdacağıq nur ilə bu zülməti.
Yer də bizik, göy də biz. Dörd yox, altı cəhətik.
Ekvator xətti kimi əzəmətik, qüvvətik.
Darmadağın etmişik yüz səngəri, min səddi.
Bizim təpiyimizə tab eləməz Çin səddi.
261
Hələ dünən Asiyanı Avropaya qatan biz!
Ən uca zirvələrə göydən kəmənd atan biz!
Konstantinopolu bir nəfəsə tutan biz!
Aralıq dənizindən daha böyük dəniz biz!
Bəlkə də dörd ümmandır bizim dərd piyaləmiz.
Açın pəncərələri! Açın qapıları da!!
Bax beləcə...
çağırın qasırğanı, qarı da.
Heç nə qorxutmur bizi, nə fırtına, nə şaxta
Biz saxta ehkamların qıracağıq belini.
Əziz Teymur! Minillik dağlardı arxan sənin.
Xoş gəlib bu aləmə cocuğun Orhan sənin.
Əgər biz bacarmasaq Orhan elə özü tək
Bütün qasırğaları bir qədəhdə içəcək.
Qırılmış naqilləri bağlayacaq ucuca,
Uçauça qalxacaq bəlkə Aya, Marsa da.
Qanımızı coşdurur bu qasırğa, bu səda.
Şarakşarak! Nədir bu?
İldırımmı, ya şimşək?
Qasırğa şəhərləri yerlə yeksan edəcək!
Şarakşarak!
Nədir bu?
Bəlkə şifer layını
Üçünçü mərtəbədən qaldırıb atdı külək!
Aşqın Xəzər dənizi
Pəncərəyə çırpılıb bəlkə çağırır bizi.
Nə qəm, burax çırpılsın köksümüzə dalğalar.
Bizdən imdad istəyir bu pakizə dalğalar.
Bizdən mədəd istəyir bağlı qalan qönçələr.
Dünən o çilçıraqban, bu gün zülmət gecələr.
Zirvələr də bilir ki, Everestdən qəlbiyik,
Ulduzların baş tacı, dənizlər dibindəyik.
Dostları ilə paylaş: |