|
Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük
267
QALX AYAĞA, AZƏRBAYCAN!
Dahi Azərbaycan şairi, ustad Şəhriyarın adı ilə əl-
əl gəzən, dildən-dilə düşən şeirin onun qələmindən
çıxdığına şübhə etdim, yenidən yazmağı və bəzi
misraları, ifadələri saxlamağı lazım bildim.
Sürünmüsən iki əsr,
Övladların əsiryesir.
Nə qəm, adın çəkiləndə
Yad hələ də zağzağ əsir.
Gecəgündüz səngərdəsən,
Sən yaralı, sən yarımcan.
Ovcunla sıx yaranı sən,
Qalx ayağa, Azərbaycan!
Sən can dedin, çor dedilər.
Haqqını basıb yedilər.
Pak, müqəddəs torpağını
Parçalayıb çeynədilər.
O qurdlara sən vermə can,
Qalx ayağa, Azərbaycan!
Səngəri gen, ürəyi dar
Gör nə qədər düşmənin var.
Mini gizli, beşi aşkar
Dişi qanlı canavarlar
Əl çəkəcək səndən haçan?
Qalx ayağa, Azərbaycan!
Qaranlığın bağrında xal –
Od kürəsi neçə tonqal.
Bəsdir hava uddun... indi
Alovlarla sən nəfəs al.
268
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Gecələrin laləzarı
Odlar təki qalxıb ucal!
Çınqılarmı, tüstülərmi,
Ya özünsən qanad açan?
Səməndərsən, Prometeysən –
Qalx ayağa, Azərbaycan!
Bu meydanın dörd yanı tank,
Sən tank ara qocaman dağ.
O eybəcər tırtılları,
O zirehi... alovvarı
Pak nəfəsin yandıracaq!
Bu gün bəxtin öz əlində,
Eraların özülündə
Ey əbədi yanar ocaq!
Şumerəcən, Oderəcən
Ey şöləsi göynən uçan!
Qalx ayağa, Azərbaycan!
Kim çağırdı o tankları,
Tanı yurdu satanları!
Atıb yurdu, atıb xalqı,
Yalnız rütbə tutanları!
Hüzuruna çıxa bilmir
Kömürdən də üzüqara.
Papağını təhvil versin
Kişi ruhlu qadınlara.
Ey dostundan uzaq düşüb,
Düşmənini bəzən qucan,
Seç qaradan ağı, ayır,
Qalx ayağa, Azərbaycan!
Aləm bilir, sən nə qədər
İstiqanlı, mehribansan.
Güllərini dosta, yada
Bəxş eləyən gülüstansan.
269
Bu sahildə Odlar yurdu,
O sahildə Türküstansan.
Müsəlmanlıq sədlərinə
Sığışmayan müsəlmansan.
Xaçpərəst də, buddaçı da
Üzündəki nura heyran.
Sevir türkü altı qitə,
Sevməyənlər türkə qurban.
Ey qaranlıq gecələrdə
Ülkər kimi oyaq qalan,
Daş asfaltdan, yaş asfaltdan
Antey kimi qüvvət alan,
İldırımdan sürət alan,
Qasırğadan cürət alan,
Yandırdığı ocaqlar tək
Bu dünyaya şölə saçan,
Qalx ayağa, Azərbaycan!
Neçin şeirim sona yetmir?
Çünki qanlı bir ümmansan.
Əsrlərin arxasında
Tomris – dişi bir arslansan.
Keyxosrovlar qılıncını
Qırıb atan pəhləvansan.
Günəş taclı Şah Xətai,
Ulu Babək, Cavidansan.
Yazıb inək dərisinə
“Avesta”nı yaşadansan.
Qoşqarından ayrı düşən
Qaflankuhsan, Savalansan.
Asimanlar genişlənər,
Bir gün qalxıb havalansan.
Əvvəlaxır susacaqdır
Zingildəyən, donquldayan.
Karvanını saxlayammaz
270
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Nə “ov”, “zadə”, nə “pur”, nə “yan”
Beş qitəyə nurun əyan,
Haqqın özü sənə hayan.
Suyu şərbət, daşı mərcan –
Qalx ayağa, Azərbaycan!
Göz yaşını silib oxşa,
Ağlamasın nalan balan.
Yığ, birləşdir, yaraqlandır! –
Hər nəfəri döyüş qalan.
Təbriz səda verir sənə,
Susmayacaq darda qalan.
Dayansın neft kəmərlərin,
Saxla, bitsin qarət, talan.
Can şəhdini kimə verir
Bakın, Makun, Zaqatalan?
Varyoxunu yerlidibli
Səndən xüms, zəkat alan
Əl çəkəcək səndən haçan?
Qalx ayağa, Azərbaycan!
Dəmirbeton qapıları
Taytay açan, şölə saçan,
Yer titrədən, göy gurladan,
Ulduzları öpüb qucan,
Nə yaralı, nə yarımcan,
Bizə nəfəs, bəşərə can –
Qalx ayağa, AZƏRBAYCAN!
Türkan, 25 qasım, 1988
271
SİLAHLAN!
Bu sərt, ağır günlərdə
Mən – Ali Baş Komandan
olsam, olmasam belə
Azərbaycan adından
Əmr edirəm: Silahlan!
Silahsız dayanmağa bir qırpım da haqqın yox!
Gözlərin – qoşalülə... Kirpiklərin güllə, ox!
Bilirəm, düşmənlərin bərk durub keşiyində,
Alınmışdır əlindən hətta ov tüfəngi də.
Nə qəm, kinlə silahlan!
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən güclü
qeyrətinlə silahlan!
Arxalı köpəklərə nifrətinlə silahlan!
Xiyabani ruhunu alışdır nəfəsinlə,
cürətinlə silahlan!
Bilirəm, Elbrusdan, Savalandan ağırdır
çiynində sənin yükün.
Telegüzgü, radio, mətbuat çoxdan ölgün.
Yox... sən ölməməlisən!
Hələ ki gedib gələn nəfəsinlə silahlan!
Qəfəsdəsənmi? Qır, sök, qəfəsinlə silahlan!
Sən bizim şeirimizdən, nəsrimizdən güclüsən.
Əsrimiz qəhrəmandır, əsrimizdən güclüsən.
37də batmış, 46da vurulmuş
nəslimizdən güclüsən.
Dodaqlarından qopan neçin amandır, ahdır?
Alçaqlara qəzəbli bir baxış da silahdır.
Baxışınla, qanınla, vücudunla silahlan!
Dön Səməndər quşuna... Yan... odunla silahlan!
Dəyənəklə, kürəklə, daşkəsəklə silahlan!
Nuş et ildırımları, bir şimşəklə silahlan!
272
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Onlar səni silahsız, pənahsız görmək istər,
Sən nəğməylə, marş ilə, nümayişlə silahlan!
Bayraq elə özünsən,
Qalx, döyüşlə silahlan!
Silahlan insanlığa sonsuz məhəbbətinlə,
Humanizm adlanan ən böyük sərvətinlə!
Hələ heç bir fitvaya, felə, məkrə uymayan,
Bircə qarışqanı da tapdamağa qıymayan,
Qəlbi ümmandan dərin,
bənövşədən də kövrək,
hətta düşmənlərinə
duzçörək verən xalqım!
Çəkinmə, bu döyüşdə aləm sənə pənahdır,
Sənin gül təmizliyin, saflığın da silahdır.
Qanında saflıq adlı daşqın ilə silahlan!
Dünyaya məhəbbətin, eşqin ilə silahlan!
Vurçatdasın içində elə bilmə ki, təksən:
Yer də, göy də sənindir. Sən qalib gələcəksən!
1988
GƏNCLİYİM
Badam bağlarına gəlib çatanda
Heyrətdən az qala birdən bayıldım.
Bayıldım, ayıldım, baxdım bir daha
Min dəfə şükr etdim ulu dərgaha.
Yerdənmi çıxmışdır, ya göydən enmiş
Süd kibi ağappaq, bəmbəyaz bahar?!
Türkanla Qalanın arasındaca
Üfüqlər boyunca qatarbaqatar
Ağ paraşüt açan bu gülnaz bahar?!
Dostları ilə paylaş: |
|
|