Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə91/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   87   88   89   90   91   92   93   94   ...   113

468

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Saf, ala gözləri yuxusuz, yorğun.

Köksünü yandıran düyünmü, dağmı?

Görəsən Əhmədi sağalacaqmı?

Hələ öz dərdini çəkməyir ana.

Bəlkə öz mərəzi məchuldur ona.

Arıq qollarının cansızlığına,

Taxta sinəsinə göz yetirirəm.

Qəlbimi yüz yerdən yumruqlayır qəm.

Nə üçün bu qədər balacalaşıb?

Gəlin çöhrəsində dərdlər iz açıb.

Kəsib, kimlər kəsib onun boyunu?

Kimlər cavan ikən qocaldıb onu?

Hörüyü nazilib, rəngi solubdur.

O qora vaxtında mövüc olubdur.

Güzgüdə özümü görürəm birdən,

Mən də sınıxmışam bir az deyəsən.

Düşür xatirimə Cəfərzadənin

Xaçbulaq üstündə açdığı məzar.

Skelet şəklində qalan adamlar

Boyu iki arşın, ikidən də çox.

Alnı qaya kimi, qollar qılınc, ox,

Fəqərə sütunu ev sütunu tək.

Yəqin ki, köksündə çırpınan ürək

Böyük, güclü imiş Araz, Kür kimi.

Onlar öz əcdadım, babam deyilmi?

Xallı bəbirlərim, xallı şirlərim,

Ulu Babəklərim, Cavanşirlərim,

Qəhrəman Tomrisim, canım, ciyərim,

İldırım qılınclı Xətailərim!

Bu qədər ucaykən... məni kim aldı,

Sıxdı caynağında, kiçiltdi belə?

Yanır bəbəklərim kinlə, qəzəblə.

Dağ boyda Sabirim kiçikdi boydan.

Onu kim ayırdı soyaddan, soydan?

Mənim addımlayan ensiklopedim,

Ağ saçlı, nurani, böyük Zərdabim

Nə üçün bu qədər cansız, arıqdı?



469

Kimlər pəncəsində Möcüzü sıxdı?

Natəvan hüsnündə günü söndürən

Dərdləri dərk elə, öyrən, ey Vətən!

Tarix İnstitutu yardıma qoşsun,

Ağ saçlı tarixi dindir, danışdır.

Səhhətin canından səhhəti alan,

Neçə romanını yanğına salan

On səkkizinci il, Şamaxı dərdi

Hələ bir kitaba yazılmamışdır.

Hanı Babəkdəki bahadırlıq, əzm?

Kimlər boyumuzu kiçiltdi bizim?

Deyirlər Günəşdir Azərbaycanım.

Cahan cənnətidir Milim, Muğanım.

Qızıl mədənidir Xəzərim, Kürüm.

Bəs neçin bu qədər qısadır ömrüm?

Neçə yaşda öldü Asəf Zeynallı?

Bülbüllər ötüşür dörd bir yanımda,

Yeddi iqlim yaşar Lənkəranımda.

Gülöyşə narlarım can dərmanıdır.

Tel­tel zəfəranım ürək qanıdır.

Qışda qar altından çıxan tərhunum,

Mirvari tək buğdam, qar kimi unum,

Küncütüm, pambığım, neftim var mənim.

Bu sonsuz mədənlər, tarlalar mənim!

Hər şaqraq bulaqda gözəllik daşar.

Yazım dörd fəsillə qol­boyun yaşar.

Bəs neçin boylarda ucalıq yoxdur?

Cansız, cır adamlar bu qədər çoxdur?

Hansı keçidlərdə qaldı o vüqar?

Hanı çinar boylu amazonkalar?

Düşür xatirimə Muğan qızları.

Astara qızları, Şirvan qızları.

Əlinin qabarı gövhərim, zərim

Yük alıb başında gəzdirənlərim.

Balağı palçığa, lilə batanlar,

Qız üzü qırışıb köşkə atanlar!

Mən şeir yazıram yenə bu səhər




470

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Mənə bir limonlu çay gətirirlər.

O çayı özümə haram bilirəm,

Yadıma düşəndə çay yığan sənəm.

Qafi yə xətrinə “sənəm” söylədim.

Onda sənəmlikmi qalıb?

 

Nə bilim?



Günün sazağında, qışın qarında,

Avqustun cəhənnəm cırhacırında.

İstiyə, soyuğa döş gərənlərim,

Dünyaya süd, pambıq, çay verənlərim!

Dinləyin, nə deyir cansız Xədicə,

Gözündə parlayır zülmət bir gecə.

Dinləyin, “İraq”a “Əraq” deyir o,

Gülsə də, üzərdə gülümsəyir o.

Nəfəsi yanıqlı, sözləri titrək.

Bir az həyəcanlı, bir az da ürkək.

Mən ürkək deyirəm, fi kir verin bir.

Qorxaq söyləməyə ürəyim gəlmir.

Hansı məngənədə sıxılmışdır o?

Taxta sinəsində nədir bu alov?

Danışır “plastik əməliyyə”dən

Oğlunun qanını sümürüb içən.

Boğazda uzanır bəzi saitlər,

Başqa ahəng alır bəzi samitlər.

Almaya azqala “əlma” deyir o

Sözləri əyməklə məni əyir o.

Danışır “plastik əməliyyə”dən

Bu söz ərəbcədir, fi kir ver, öyrən.

­ Balamın iliyi qan yapmır! ­ deyir

Ağ qan qırmızını sürətlə yeyir.

Yenə əlim çənəmdə,

Yenə başım ovcumda

Həqiqətin böyüyü yenə dilim ucunda…

1965



DÜNYAYA PƏNCƏRƏ

Mən topladım öz başıma hər obadan

Ən qüdrətli məğrur, cəsur şairləri. 

Ürək qanı, göz yaşıyla söz yaradan

Qaranlıqda hər sətri nur şairləri.


472

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



İNGİLİS POEZİYASI

VİLYAM ŞEKSPİR

23-cü SONET

Öz rolunu pis bilən artistə bənzəyirəm,

Karıxmışam səhnədə, dilim topuq vurmada.

Çılğın dəlilər kimi oddan paltar geyirəm,

Aşıb­daşan qüvvətim öz qəsdimə durmada.

Dayanıram qarşında dilsiz kimi, lal kimi,

Bəlkə elə bilirsən buza dönmüş ürəyim?!

Yox, gülüm, məhəbbətdir qıfıllayan dilimi,

Sözüm o qədər çox ki, bilmirəm necə deyim!

Nə qəm, qoy əvəzimə kitablarım danışsın,

Bir də lal peyğəmbərim, ­ gözlərim gəlsin dilə.

Nəğmələrim meh kimi saçlarında dolaşsın,

Gör nə boyda məhəbbət qol­boyundur səninlə.

Lal eşqi dərk etməyə görüm varmı hünərin?

Qışqıran bir ürəyi eşidirmi gözlərin?

25-ci SONET

Səadət ulduzunun altında doğulanlar

Fəxr edir ki, böyükdür hökmü, hakimiyyəti.

Mənimsə nə ad­sanım, nə də taxtım­tacım var

Yalnız məhəbbətimdir səadətim, sərvətim.

Al günəşdən nur alan günəbaxan kimidir

Şahzadənin sirdaşı, hökmdarın həmdəmi.

Ancaq günəş batdımı, onlar da qürub edir,

Günəşsiz günəbaxan qalır müqəvva kimi.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə