Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə93/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   89   90   91   92   93   94   95   96   ...   113

478

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Ay oğlan, heyran qoyur məni sənin surətin,

Öz xoşuna gəlməsən, zorla gətirrəm yəqin”.

­ Ata, qoyma, o, məni çəkir, dartır yanına,

Məni zorla aparır öz zülmət məkanına”.

Heyrət sarır atanı. Qamçılayır atını,

Basır bağrına bərk­bərk zarıyan övladını.

Güc­bəla çatır evə. Yer də, göy də qaranlıq.

İsti qolları üstə uşaq soyuyub artıq.



1782

TAPILMIŞ

Kefimin bəyitək gəzirdim bir gün,

Gəzirdim meşəni elə özümçün.

Kölgədə nə gördüm: zərif bir çiçək,

Ulduz kimi parlaq, göz kimi qəşəng.

İstədim qoparım. Dedi: ­ A zalım,

Məgər mən layiqəm solum, saralım?

Çıxartdım torpaqdan köklü, köməcli,

­ İncimə! ­ söylədim – qadanı alım.

Köçürdüm bağıma, evin yanına,

O, indi boy atır sakit bir yerdə.

Ətrilə doldurub kainatımı,

Arabir gözündən gülümsəyir də.

1813



479

HAYNRİX HAYNE

FƏRYAD VADİSİ

Çardaq dəlmə­deşik... çovuyur çovğun,

Uzanıb çardaqda iki mehriban.

Ac, arıq, xəstəhal, rəngləri solğun,

Uyumaq istərlər barı bircə an.

­ Dola qollarını boynuma, gülüm,

Bir bax, buz kimidir bədənim, sinəm.

Amandır, ağzını sıx dodağıma,

Yaman üşüyürəm, bəlkə isinəm.

­ Qorxma, isidərəm səni indicə,

Sənin gözlərinə baxarkən, inan,

Bu aclıq, bu şaxta, bu dərd, bu zillət,

Bütün ağrılarım çıxır yadımdan.

Sıxıb əllərini bir­birlərinin,

Ah çəkir, öpüşür, ağlaşır onlar.

Gülürlər, nəğmə də deyirlər hətta

Axırda lal olub tamam susanlar.

Bir polis zabiti gəldi bu səhər,

Əyni ağ xalatlı həkim yanında.

Akt yazıb ölümü izah etdilər:

Qırıb yazıqları aclıq və şaxta.

Həkim yol göstərdi ah çəkənlərə:

Şaxtadan bir azca qorunmaq gərək.

İsti xörək gərək, bir də isti ev,

Üstəlik tərtəmiz bir yorğan­döşək.



480

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



annO

1

 1829

Bələnim qanıma, ölüm, dirilim,

Təki bu aləmi görməsin gözüm.

Qaralır nəfəsim, asiman verin,

Dəllal dünyasına məndə yox dözüm.

Yeyir də, içir də, tıxır da acgöz,

Ağzından payını qapır yetimin.

Dəyirman mədələr, cılız ürəklər

Rəmzidir köstəbək səadətinin.

Damaqda son dəbli, ətirli siqar,

Pul saymaq – çoxunun ağır zəhməti.

Hər şeyi üyüdür, həzm edir onlar,

Lakin özlərini həzm etmək çətin.

Bütün ölkələrdən qəndi, şəkəri

Hey çəkib gətirir tacir, möhtəkir.

Qaxsımış kimidir ancaq özləri,

Sudan çoxdan çıxmış balıqlar təki.

Əlhəzər o yağlı, tox sifətlərdən,

Hər şeyi sayğaca salan əllərdən,

Hətta əxlaqsızı, qulduru belə

Onlardan min dəfə şərəfli bil sən.

Dayanma, ey bulud, gəl apar məni,

Sənə qoşulmağa ehtiyacım var.

Uzaq Afrikaya, Laplandiyaya,

Ştettenə, hara istəsən apar.

Öldüm... qurtar məni... Sovuşur bulud,

Öyüd dinləməyə qərarı gəlməz.

Belə bir şəhərdə qalmağa, inan

Hətta buludlar da tab edə bilməz.

Hamburq, 1829

1

Anno ­ il




481

PARİSLƏ VİDALAŞMA

Əlvida, əlvida, sevimli Paris,

Gözəl Fransanın qızıl paytaxtı.

Gülən, çiçəklənən, şənlənən, coşan

Nəğməkar ölkənin taleyi, baxtı.

Bu alman könlümdə bir az qəmim var,

Qəmim çoxdan bəlli yaxına, yada.

Şimal ölkəsində bir həmdəmim var,

Yalnız o sağaldar məni dünyada.

Sağaldar... Güclüdür, məharətlidir,

Onun yer üzündə əvəzi hanı?!

Uçuram ardınca... bezdirib məni

Hərdən göndərdiyi damcı dərmanı.

Əlvida, mehriban fransız xalqı,

Mehriban, sevimli, şən qardaşlarım.

Axmaq bir kədəri atıb qaçıram,

Yenə qayıdacam mən sizə sarı.

Nə qədər əzizmiş odun, ocağın,

Hətta yandırdığın torfun iyi də.

Lüneburq çölündə şən keçilərin,

Turpun, baş kələmin, göbələyin də.

Gör nələr könlümdə dönmüş həsrətə:

Tütün çəkməyimiz, dalaşmağımız.

Gecə gözətçisi, pivə çəlləyi,

Hələ keşiş qızı, o gül rəngli qız.

Canımdan çıxacaq tamarzılığım,

Gedib görəcəyəm qoca anamı.

Ondan on üç ildir ayrı düşmüşəm,

O – gözümün nuru, ağzımın tamı.



482

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Əlvida, Fransam, sevgilim mənim,

Bəlkə əzabımı çox da duymazsan.

Bağrımın başına sıxdım ki, səni,

Qoy büksün boynunu yanımda hicran.

Qaçıram ən böyük səadətimdən,

Cırıram yaxamı gör neçə yerdən.

Mənə Almaniya havası gərək,

Görməsəm ölərəm qəmdən, qəhərdən.

Həsrətim od vurur sümüklərimə,

Dizlərim titrəyir... həyəcanım çox.

Alman torpağının yaxınlığını

Hiss edən canımda daha tutar yox.

Ancaq ümid böyük: tez sağalacam,

Bir də qayıdacam gözəl Parisə.

Qucağa sığmayan, evə sığmayan

Yeni il sovqatı verəcəm sizə.



1843


483

LEONQARD FRANK

DƏNİZÇİLƏR MAHNISI

(“Yad adam, yaxud şlyapaçılar” pyesindən)

Qaldırın lövbəri!

Əlvida, liman!

Göyərtə gözləyir dənizçiləri.

Qoy duzlu dalğalar alsın, aparsın

Bütün qayğıları, qəmi, kədəri.

Gələndə yalvardım: ­ Dua qıl, ana!

Sıxdı gözlərinə yaylığı qarı.

­ Oğul, ayrılırsan, bir söz de barı.

Bilsən nələr dedim yazıq qadına.

Okean dibində batsaq əgər biz,

Döyər pəncərəni bir ağ göyərçin.

Burax, əziz anam, girsin içəri,

Mənim öz ruhumdur qonaq göyərçin.

Qaldırın lövbəri, əlvida liman!

Göyərtə gözləyir dənizçiləri.

Qoy duzlu dalğalar alsın, aparsın

Bütün qayğıları, qəmi, kədəri.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə