496
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
BÖYÜK DÖYÜŞ
Sən böyük döyüşə yola düşərkən
Bəlkə eşitmisən bir pəncərədən
Hərdən axıb gələn royal səsini.
Qızın ağ əlləri, yaxud kişinin
Qüvvətli əlləri
ahəstə, həzin,
Qəmli bir təranə ötdüyü anda,
Durub uşaqlığın göz qabağında.
Durub göz önündə birinci sevgin,
Əllərin yetməyən böyük diləklər,
Sənə qaytarılan solubsaralmış
Yasəmən budağı.
Daşa çırpılan,
Tapdanmış ürəyin.
Açıb ağzını
Yağışın altında qulaq asmısan,
Birdən duymusan ki, tələsmək gərək.
Gedir başqaları
burulub tini,
Uzaqda az qala gözdən itirlər.
Yüyrək addımlarla düşmüsən yola.
Bu vaxt duymusanmı:
birinci sevgin,
Əllərin yetməyən böyük diləklər,
Sənə qaytarılan solubsaralmış
Yasəmən budağı, daşa çırpılan,
Tapdanmış ürəyin.... hər bir diləyin
Təpədən dırnağa yaraqlanaraq
Səninlə yanbayan gedir döyüşə.
497
BİZİM ƏLLƏRİMİZ
Bizim əllərimiz gör nə qədər əllər sıxıb.
İşdir, namərdlik etsək,
İti almaza bənzər
işıqlı xatirələr
ovcumuzu doğrayar.
Borcumuzu ödəsək,
genişlənər ovcumuz,
Nəsə bir bütövlük, təmizlik duyar.
Elə bil tutarıq əllərimizdə
bütün Yer kürəsini.
POEZİYANIN TƏNQİDİ
Ey şairlər, deyin siz
neçin veyillənirsiz?
Atılın küçələrə,
qalxın avtobuslara,
dırmaşın qatarlara!
Şeir oxuyun və baxın
Maşinistin gülüşü
görün necə gül açır
Kömür tozu içində ağappaq güllər kimi.
Haydı, çıxın bazara.
Üfunət, basabas, hayküy içində
Sizin şeirinizi bəyənib gülsə
O kişi sifətli, ər təbiətli
üzü bir az çopur, taxta başmaqlı
Qüdrətli qadın.
Əgər o, bəyənsə bir şeirinizi,
Demək, əbəs deyil yaşamağınız.
Onun üç balası öldürülübdür.
O, burnu selikli şeircikləri əsla dinləməz.
Taxın caynaqları ayağınıza,
498
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Dırmaşın teleqraf dirəklərinə.
Bir daha, bir daha şeirlər qoşun,
Köksünüz altında döyünsün dəniz.
Alıb əlinizə ürəyinizi,
Sıxın ovcunuzda papağınız tək.
Açılan sabahı salamlayın siz!
İNSAN SƏADƏTİ
Əllərim göylərə yetmədiyindən
Bəzən ağlayardım uşaq vaxtı mən.
Həsrətlə baxardım ağ ulduzlara.
Sonralar, görünür, şöhrəti sevdim.
Didib çeynəyərək barmaqlarımı,
Uzun gecələri kirpik çalmadım.
Düşündüm: yəqin ki, ömrüm boyu mən
Bu cür alçaldılıb təhqir olunmuş
halda qalacağam.
İndisə yüzyüz,
Minmin, milyonmilyon qardaşlar ilə
Döyüşə gedirəm eyni cərgədə.
İndi mən xoşbəxtəm!
DOĞMA BİRLİK
Dünyanın yaranması hələ çatmayıb başa,
Onu başa çatdırır
şairlərlə fəhlələr
gündəlik zəhmətilə.
499
GENİŞ YOL
Uzun qış gecələri səni çox düşünmüşəm,
Yol çadırında, ana!
Demişəm: dönsəm geri günlərin bir günündə,
Sarılaram boynuna.
Sənin soğanlı şorban necə dadlıdır, məmə,
Ancaq döşək ağları üzülübsə, qəm yemə.
Nə vaxtdır can atıram deyim ürək sözümü,
Nədən ötrü əlinlə qapayırsan üzünü?
Mənim gözlərimə bax.
Geniş bir yoldur cahan.
Taxta ayaq ilə də o yolu keçmək olar,
Keçmək olar, anacan!
MƏZAR KİTABƏSİ
Qardaşlar, siz öldünüz,
Sizin adlarınızı unudacaq insanlar.
Ancaq al qanınızı
Köklər... hifz edəcəklər,
Vətən zəmiləri solmasın deyə.
500
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
MACAR POEZİYASI
ŞANDOR PETÖFİ
MƏNİ BİR ŞEY DÜŞÜNDÜRÜR
Məni bir şey düşündürür: qorxuram ki, bu dünyada
Ölüm məni yaxalaya birdənbirə çarpayıda.
Qorxuram ki, mən də sönəm unudulmuş otaqdakı
Küləklərin söndürdüyü zərif, solğun bir şam təki.
Xeyr, xeyr! İstəmirəm, istəmirəm belə ölüm,
Ulu tanrım, icazə ver istədiyim kimi ölüm.
Mən bir məğrur palıd olum, qoy yandırsın şimşək məni,
Bacarırsa, qoparsın qoy tufan məni, külək məni.
Gurhagurla göy gurlayıb ildırımlar çaxan zaman
Mən bir köklü qaya kimi qoy yıxılım ucalıqdan.
Köləliyin zəncirini parçalarsa xalqlar əgər,
Üsyan! deyə atılarsa döyüşlərə bütün ellər.
Od ürəkli bayraqlarda alışsa bu qızıl şüar:
“Azad olsun bəşəriyyət!”, “Azad olsun bütün xalqlar!”
Gündoğandan günbatana göy yarılsa nəğməmizdən,
Mən vurulum, məşəl olum, od alaraq bir gilizdən.
Ürəyimin qaynar qanı isladırkən daş səngəri,
Qoy saçılsın dodağımdan qalibiyyət türküləri.
Son nəfəsim qoy qarışsın şeypurların gur səsinə,
Güllələrin nəğməsinə, əsgərlərin “Vur!” səsinə.
501
Təki o vaxt eşidim mən başım üstə nal səsləri,
Qalib gələn bahadırlar atla çapsın qoy irəli.
Ey qardaşlar! Cəsədimə toxunmayın, o zaman siz,
Çapın,
çapın hey irəli!
Başqa bir vaxt gələrsiniz!
Həlak olan mərdlər üçün qazılar bir məzar onda,
Siz məni dəfn edərsiniz o qardaşlıq məzarında!
Şanlı zəfər bayraqları üstümüzə əyərkən baş,
Əzəmətlə gurlayar marş!
Ruhumuz da gülər onda,
yer altında yatsaq belə.
Ey Azadlıq! Qazanarıq
Səni yalnız bu ölümlə!
YETƏR!
Yetər! Yad əllərdə əyləncə olduq,
Orduya çevrilək gəl alayalay!
Yetər! Təskin etdi bizi fleyta,
Döyüş şeypurları qoparsın haray!
Döyür, itələyir hər yetən bizi,
Bəs hanı qılıncın, ey günü qara?
Bəlkə bir ildırım, göy nəriltisi
Gərəkdir bağrını alovlandıra?
Ey millət, bəs haçan ayılacaqsan?
Odlanır qanımda bir ülvi duyğu!
Haçan qıracaqsan bu tox, bu harın
Abırsız, ürəksiz yekəbaşların
Boynuna saldığı boyunduruğu?!
Dostları ilə paylaş: |