490
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Qanlı dodaqlardan başqa bir nəğmə,
Budur, Marselyeza yüksəlir, baxın:
Nəğməm susmayacaq mən sussam belə,
Qalxın, ey dənizlər, ayağa qalxın!
ELZA – MƏNİM MƏHƏBBƏTİM
Səni qısqanıram yağan yağışa,
O yağışlar səni öpmək istəyir.
Kiməsə nur verən qara gözlərin
Üstümə od, alov səpmək istəyir.
Səni qısqanıram o cib güzgünə,
Arıların səni dişləməyinə.
Gecələr yuxuna, gül yastığına,
Gündüzlər şövq ilə işləməyinə.
Telini oxşayan narın yellərə,
Çıxdığın yollara qısqanıram mən.
Qızğın qısqanclığım, gülüm, inan ki,
Gecə yuxumu da alır gözümdən.
Otlara, güllərə, evəeşiyə,
O tumar verdiyin xallı pişiyə,
Çəkdiyin aha da qısqanıram mən,
Almaq istəyirəm ahı sinəndən.
Sən qəmlənən çağda, kaş mən qəm olum,
Bir şəbnəm istəsən, min şəbnəm olum.
Xatirən, xəyalın, fikrin, hər şeyin...
Sənin düşündüyün bir aləm olum.
Səni o yazdığın ağ vərəqlərə,
Qara sətirlərə qısqanıram mən.
491
O saysız sətirlər, nur içir, gülüm,
Sevdiyim gözlərin od çeşməsindən.
Dərdiyin güllərin ləçəklərinə,
Daldığın qürubun şəfəqlərinə,
Otaqda əlinlə yanan işığa,
Səndən işıq alan yaryaraşığa,
Mindiyin qayığın avarlarına,
Çıxdığın dənizin rüzgarlarına,
Ürəyindən keçən xoş arzulara,
Ovcunda tutduğun ayna sulara,
Sularda açılan hörüklərinə,
Qucduğun dalğanın köpüklərinə,
Dörd aya, dörd fəslə... yaz, payız, yay, qış
Səni qısqanıram, ay canı yanmış!
Kimə vurulmusan bilmirəm, kimə?
O qızıl sancağı sənə kim verib?
Gözlərin aləmə sevinc, səadət,
Yalnız bircə mənə qüssə, qəm verib.
Sənə bəzək verən o qızıl sancaq
Mənim ürəyimə batır ox kimi.
Yeganə təsəllim baxmaqdır ancaq,
Gəzirəm ardınca ağlı yox kimi.
Hardasa gözəl bir gitara ötür,
Bəlkə səndən deyir həmən gitara.
Səni qısqanıram sarı simlərə,
O simlərdən qopan odlu ahlara.
492
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
İTALİYA POEZİYASI
FRANÇESKO PETRARKA
52-ci SONET
Alqış o aya, günə, o ilə, o saata,
Alqış o qırpıma ki, səni gördüm, vuruldum.
Müqəddəsdir o yurd ki, səni vermiş həyata,
Baxdı ilahi gözlər, ey büt, əsirin oldum.
Eşq olsun mənə dərdlər, mənə qəmlər verənə.
Bu dərd məni ucaltdı buludların tuşuna.
Elə bir ox atdı ki, tanrım, allahım mənə,
Bilmədim haçan dəydi ürəyimin başına.
Müqəddəsdir mənim də fəryadlarım, ahlarım,
Naləm yatan ormanı uyğusundan oyatdı.
Buludların üstündən enib gələn nigarım
Məni cənnətdən üstün bir cəhənnəmə atdı.
Eşq olsun sənə, şeirim, nə incisən, nə ləlsən,
Öydüyün madonna tək ilahisən, gözəlsən.
493
YUNAN POEZİYASI
TASOS LİVADİTİS
ÜRƏYİMİ NİŞAN ALMA
Mənim keşikçi qardaşım,
Dünənki arkadaşım!
Eşidirəm qar üstə sənin addım səsini,
Eşidirəm şaxtada sənin öskürəyini.
Tanıyıram mən səni,
Sən də məni tanıyırsan, qardaşım!
Mərc gələrəm, nədən desən,
Cibində bir qız şəkli var.
Mərc gələrəm, nədən desən,
Ürəyin də köksündə, sol tərəfdədir.
Yadındamı, məktəbdə
Quş şəkli çəkərdin dəftərinə sən.
Mən də arzulardım nəyi, gör nəyi:
Küçədə səninlə qoşa getməyi!
Hələ də alnındadır o əyri çapıq yeri,
Sapandımla atdığım yumru daşın izləri.
Hələ də qoruyuram sənin göz yaşlarını
Mən öz cib yaylığımda.
Sənin bazar günləri geydiyin ayaqqabı
Hələ də küncündədir bizim köhnə dəhlizin.
Hələ də saxlanır bizim divarda
Bir gün təbaşirlə sən yazdıqların –
Uşaq arzuları... o uzaq ulduz.
494
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Sənin ağ saçlı anan indi süpürgəçidir,
Nazirlikdə pillələri süpürür.
Axşam qayıdarkən, burulub tini
Bir az kömür alır mənim atamdan.
Onlar durub gözgözə, səssiz gülümsəyirlər.
Sənsə məni vurmaq üçün tüfəngi doldurursan.
Sənin uşaq baxışını boz dəbilqə gizlədib.
Sənin uşaq əllərin...
tüfəng qundağının davamı olub.
Üzülmüşük hər ikimiz.
Bir nəfəs dərimi – şirin yuxuya,
Bir göz çimirinə, şaqraq gülüşə
həsrət qalmışıq.
Eşidirəm qar üstə səslənir addımların!
Yatacaqsan bir azdan.
Mənim qəmli qardaşım, get, dincəl, gecən xeyrə!
Əgər başın üstündə iri bir ulduz görsən,
Bil ki, mənəm, o mənəm, başın üstə yanıram.
Ancaq unutma bunu:
Tüfəngini bucağa qoyan kimi... yenə sən
Sərçəyə dönəcəksən.
Məni öldürmək üçün əmr alanda, icra et!
Ancaq ürəyimi nişan alma sən.
Mənim ürəyimin dərinliyində,
Əlçatmaz guşədə durur hələ də
Sənin uşaq üzün, uşaq surətin,
Qorxuram onu sən yaralayasan.
1950
495
Papiros qutusu üstünə yazılmış şeirlər
VƏTƏN
Yekə qarınları tarım çəkilmiş
Qadınlar doğdular səni, ey Vətən,
Gözəl kəndli qadınlar.
Əlləri qabarqabar
əkinçilər tutdular,
Doğuldun qışqırıq və qan içində.
Uf demədən, uğrunda
yüzyüz, minmin ölənlər,
Bu qanlı torpağına biryolluq bükülənlər
Doğdular səni, Vətən!
Ormanları dolaşan
yorğun odunçu gəlib
Ya bir kötük, ya bir daş
üstündə əyləşəndə,
Çöldə axşam düşəndə
bil ki, o yalqız deyil.
Onu, torpaq altından sənin qanın çağırır.
Ölənlər doğdular səni, ey Vətən!
DÖYÜŞDÜK
Azadlıq uğrunda döyüşdük, ey dost,
Bir vaxt çilingağac oynadığımız
Küçənin uğrunda döyüşdük bir də.
Bir də anamızın, o talesizin
Sökülüb dağılmış qəbri uğrunda.
Bir də sal ki yada... atıldıq oda
Altında ilk dəfə öpüşdüyümüz
Ağacın yamyaşıl tacı uğrunda.
Dostları ilə paylaş: |