Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə31/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

161

Mən yenə bunları demərəm... bu gün oynanmasa

təzə, qanlı dramlar.

Zəmilər yerində betonlaşmasa ölüm,

qan nəfəsli aerodromlar.

Bəlkə də susaram, min xəzinəmi

toplar dağıtmasa,

tanklar eşməsə.

NATO­lar, SENTO­lar plandan çıxıb

yollarda, evlərdə gürzələşməsə.

Bu gün uşaqlarımın gözündə xora varsa,

pambıq cəhənnəmində qızlarım qarıyırsa,

Firudinim, Ruzbehim

ölümü qul olmaqdan daha üstün bilirsə,

Neftimə susayanlar

esmineslə gəlirsə, təyyarəylə gəlirsə,

Danışma hərzə­hərzə, ey ürəyi, gözü dar!

Demə ki, ali irqəm, cüzidir bu uluslar,

bu gün Şərq – inqilablar, təlatümlər vətəni.

Mənsiz təsəvvür etmə bəşər səadətini.

Şərqəm, elə Şərqəm ki, qərblilər də mənimdir

Hamlet öz doğma balam, Şekspir də mənimdir.

Qoy təzədən qaldırsın

Təbriz rəsədxanası səma xəritəsini.

Uluqbəyin qəbrinə qoyaq çiçək yerinə

ulduzlar dəstəsini.



Bakı, 1968

***

Çıxardı köynəkdən tavar sazını.

Sıxdı ürəyinə, çaldı, nə çaldı.

Dünyalar dinlədi Şəmşəd Rzanı,

Çaldıqca gözləri doldu, nə doldu.

­ Çatdı hicran dəmi, ayrılıq çağı,




162

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Xəlil, bu yerləri öpək, ayrılaq.

Yad gözlər, pis üzlər onu görməsin,

Çəkək gül üzünə örpək, ayrılaq.

Bir gözündə sevinc, bir gözündə qəm,

Yan­yana yaşayır cənnət, cəhənnəm.

Götürək Göygöldən bir ovuc məlhəm,

Dünya dərdlərinə səpək, ayrılaq.

Səsləyək Göygölün qız maralını,

Payız maralını, yaz maralını.

Qucaq bu dağların naz maralını,

Gözünün yaşını silək, ayrılaq.

Dünya dedikləri eşqin səsidir.

Görüşlər, hicranlar kələfçəsidir.

Qəlbini əmanət versən, bəsidir,

Bu qızın qədrini bilək, ayrılaq.

Göygöl, 4 oktyabr 1968

GÖZÜN AYDIN, AZƏRBAYCAN!

Ustad Şəhriyarın bu taya gələcəyi

xəbərini eşidərkən yazılıb

Fəxr et, gözün aydın, Azərbaycanım!

Güz günü qoynuna ilk bahar gəlir.

Çiçək sərgisidir Milim, Muğanım,

Əllərdə titrəyən laləzar gəlir.

Mənim varlığımda bir şad xəbər var.

Desəm, buz içindən göyərər bahar.

Gərər qanadını qoca qartallar,

Görərsən yüz şahin, min şonqar gəlir.



163

Sığmır yatağına nə Araz, nə Kür.

Xəzərə qəlbimdən Xəzər tökülür.

Ayrılıq sədləri lay­lay sökülür.

Yurdumun yarısı mənə dar gəlir.

O tayda bir atəş, bir günəşdi o!

Arazın üstündən dalğın keçdi o.

Baxdı... gözlərilə nəhri içdi o.

Sərhədlər, məftillər tarimar gəlir.

Axır dağdan axan sellərlə birgə,

Çırpınır çöllərdə yellərlə birgə.

Açır qollarını ellərlə birgə,

Ana da, oğul da bəxtiyar gəlir.

Bir rəssam nəqş edib “Heydərbaba”nı,

Baxmağa çağırır eli, obanı.

Fırçası – kirpiyi, rəngi – öz qanı,

Əl boyda şəkildə dünyalar gəlir.

Mənim xəstə anam qalxır yataqdan,

Səsinə səs verir quşlar budaqdan.

Sevinci coşğundur çaydan, bulaqdan,

Cansız sinəsinə iqtidar gəlir.

Nədir əllərdəki, bu lalə, nərgiz?

Bu hansı rayihə, hansı ətirdi?

O, özü gəlmədi, onu sevgimiz

Canlı maqnit kimi çəkdi, gətirdi.

Gəlir, gözlərində sevinc dolu yaş,

Brilyant taclara əyilməyən baş,

Baş əyir müqəddəs Azərbaycana.

Öp o ağ saçları, ey qaya, ey daş!



164

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bu axşam hamının gözü ondadı.

Sənətin ən böyük sözü ondadı.

Yanar bir ocağın közü ondadı,

Çıxıb od içindən bir qatar gəlir.

“Hümayun” üstündə çalacaq özü,

“Segah”ı odlara salacaq bizi.

Üçcə tel üstündə ana Təbrizi

Dünyaya göstərən bir setar gəlir.

O incə tellərə qurban olum mən,

Arazım süzülür o pərdələrdən.

Gözümdə, könlümdə göz yaşı dən­dən,

Üstümə gah çiçək, gah da qar gəlir.

Bu gün sevincimdən divanəyəm mən.

Zərgər gəlib çıxıb, dürdanəyəm mən.

Gör hansı işığa pərvanəyəm mən,

Fikrimə az qala nağıllar gəlir.

Bir az gecikmisən, möhtərəm ustad!

Vahid çox gözlədi, görmədi, heyhat.

Mən elə bilirəm: bura bu saat

Sökülüb tökülən bir məzar gəlir.

Döndü gülüstana Fəxri Xiyaban.

Cabbarlı, Üzeyir, Vurğun yanbayan.

Hər iki sahili işıqlandıran

Qəlbimiz dünyaya məşəldar gəlir.

Mətin əqidəli, mərd etiqadlı,

Tərlan arzuları Təbriz qanadlı,

Koroğlu qılınclı, Babək inadlı,

Savalan kökslü sənətkar gəlir.




165

Can atır çayları Kürləşdirməyə,

Xırda duyğuları iriləşdirməyə.

Qüzeyi güneylə birləşdirməyə

Fəxr elə, ey Vətən, Şəhriyar gəlir!

1969

HÖRMƏT, NÜFUZ

Adın var, sanın var, danmıram bunu,

Ancaq gərəksizdir məncə bu ad­san.

Sən öz hörmətini, öz nüfuzunu

Sanki seyfə qoyub qıfıllamısan.

Ulduz, ay deyirsən özünə bəlkə,

Fəqət bir şamca da yanmayıb o ay.

Hələ bir kəsə də xeyrin dəyməyib,

Oğlundan, qızından, itindən savay.

Şişmisən, köpmüsən, kökəlmisən sən,

Yox, ucalmamısan, yekəlmisən sən.

Evlə iş arası həyat yolun var –

O daz başın kimi sığallı, hamar.

Xəzinə üstündə yatan kor ilan!

Dünyanı tutsan da tənhasan, təksən.

Get, verdim hökmünü: o nüfuzu sən

İşdən çıxan kimi dəfn edəcəksən.

1969



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə