Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə51/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   44   45   46   47   48   49   50   51   52

150
1976-cl  ildə  “Gənc  bəstəkarların  yetişdirilməsi”  simpoziumunun  işində 
iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli görüşündə iştirakı ilə 
bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir.
1978-ci  ildə  Sosialist  Əməyi  Qəhrəmanı[2]  adını  almış,  Ümumdünya 
müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, 
Moskva  operetta  teatrında  “Çılğın  qaskoniyalı”  müziklinin  ilk  tamaşası 
qoyulmuşdur.
1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda 
dəfn olunmuşdur.
SƏTTAR BƏHLULZADƏ
Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində ana-
dan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq 
Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 
1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur 
rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kom-
munist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü 
illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.
Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif 
olunmuşdur.
Əsərləri  R.Mustafayev  adına  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində 
və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin 
muzeylərində saxlanılır.
Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircan 
kəndində  dəfn  olunmuş,  qəbri  üstündə  ona  abidə  ucaldılmışdır.  Moskvadan 
qayıtdıqdan  sonra  Bəhlulzadənin  yaradıcılığında  tarixi  mövzülar  və  tarixi 
şəxsiyyətlərin  təsviri  (“Babək  üsyanı”,  “Fətəli  xan”,  “Xəttat  Mir  Əli”  və  s. 
əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft 
mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin 
yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında 
daha  bitkin  əsərlər  yaratmağa  başlamışdır.  1946-1947-ci  illərdə  Respublika 
bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri (“Buzovna neft mədənləri”, 
“Əmircan” və s.) nümayiş etdirilmişdir.
Çap üçün deyil


151
Bəhlulzadənin  gərgin  yaradıcılıq  axtarışlarının  məhsulu  olan  “Xəzər 
üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, 
“Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı” , “Əfsanəvi tor-
paq”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Vətənimin 
baharı”,  “Bakıda  atəşfəşanlıq”,  “Qudyalçay  vadisi”,  “Qızılbənövşəyə  gedən 
yol”, “Suraxanı atəşgahı,”Əmircan”, “Neft daşları”, “Şamaxı üzümlükləri” və 
s. əsərləri əsas yer tutur.
Onun  mənzərə-peyzajlarında,  intim-lirik  natürmortlarında,  incə  xalça 
ornamentlərinin  düzülüşünü  əks  etdirən  ənənəvi  xalq  yaradıcılığı  motivləri 
hiss  edilir.  Bəhlulzadənin  fərdi  sərgiləri  Əlcəzair,  Misir,  Livan,  Suriya  Tu-
nis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, 
Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. 
Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponat-
lar sırasındadır.
Çap üçün deyil


152
Fənlərarası inteqrasiya
Fənlərarası inteqrasiya zamanı ayrı-ayrı fənlər üzrə müraciət edilmiş 
məznun standartları:
Tarix
1.2.1. Dövrə aid hadisə, proses və təzahürləri verilmiş yazılı mənbələrlə 
əlaqələndirir.
1.2.2. Öyrəndiyi dövrə aid yazılı mənbələri təhlil edir, nəticələrini təqdim 
edir.
1.3.1.  Azərbaycan  ərazisində    yaşamış    insanların    həyat  tərzi  və 
məşğuliyyətlərin¬də  baş  vermiş  dəyişiklikləri  izləyir  və  onların  səbəblərini 
izah edir.
3.1.1.  Mərkəzləşmiş  dövlətin  yaranması  və  tənəzzülü,  Azərbaycan 
torpaqlarının birləşdirilməsi uğrunda mübarizənin xüsusiyyətlə¬rini şərh edir.
4.1.1. Azərbaycan  dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin 
(Şah I İsmayıl, Şah I Təhmasib, Şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, 
Hacı Çələbi) fəaliyyətini dəyərləndirir.
Coğrafiya
1.1.1. Yeni elm sahələrinin yaranmasını izah edir.
2.1.3. İqliməmələgətirən amilləri və dünyanın iqlimində baş verən dəyi-
şik likləri izah edir.
3.2.1. Ölkələri inkişaf səviyyəsinə görə təhlil edir.
3.2.3. Təsərrüfatın inkişafında təbii ehtiyatların rolunu qiymətləndirir.
Ədəbiyyat
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, 
hekayə, novella, dram poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən, 
sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla 
səciyyələndirir.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xü su siy-
yətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii 
təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
3.1.2.  Əlavə  məlumatlara  və  təəssüratlarına  əsaslanmaqla  mövzuya  və 
problemə münasibət bildirir.
Çap üçün deyil


153
QİYMƏTLƏNDİRMƏ CƏDVƏLLƏRİNDƏN NÜMUNƏLƏR
 
MƏZMUN  XƏTLƏRİ  ÜZRƏ  QİYMƏTLƏNDİRMƏ  CƏDVƏLİ
Şagirdin adı, soyadı  _________________________________________ 
Tarix                           _________________________________________
 
 
 
 
 
 
 
 
 
 
Cədvəl 1.  
Gözlənilən nailiyyətlər
Bəli Qismən Xeyr
Dinləyib-anlama: Dinlədiyi fikri anladığını nümayiş etdirir:
1. Dinlədiyi mətnin hissələrini müəyyənləşdirir.
2. Dinlədiyi mətndə əsas fakt və hadisələri qruplaşdırır.
Danışma: Şifahi nitq bacarıqları nümayiş etdirir:
1. Ahəng qanununa uyğun şəkilçi variantı seçməklə sözləri düzgün 
tələffüz edir.
2. Nitqini uyğun səs tonu ilə tənzimləyir.
3. Müzakirədə deyilən müxtəlif  fikirlərə münasibət bildirir.
4. Müvafiq nümunələrdən mətnin hissələrinə uyğun istifadə edir.
Oxu: Mətni mənimsədiyini nümayiş etdirir:
1. Mətndəki əsas nitq hissələrini qrammatik mənasına görə izah edir.
2. Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur.
3. Mətndəki cümlələr və abzaslar arasındakı əlaqələri müəyyənləşdirir.
Yazı: Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir:
1. Nümunələrdən istifadə etməklə fikirlərini əsaslandırır.
2. Cümlələr və abzaslar arasında əlaqələri gözləməklə mətn yazır.
3. Nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl 
edir.
4. Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır.
Müəllim şagirdlə birlikdə qiymətləndirməni həyata keçirir.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə