Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   44   45   46   47   48   49   50   51   52

138
Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski 
icra edirdi. Vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış 
körpülərin partladılmasına icazə vermədi və yeni sovet höküməti digərlərindən 
fərqli olaraq Əliağa Şıxlinskiyə toxunmadı.
SƏMƏD BƏY MEHMANDAROV
Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan 
olmuşdur. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II 
Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında 
podporuçik  rütbəsi  almış  və  üçüncü  dərəcəli  “Müqəddəs  Stanislav”  ordeni 
ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-
ci  ildə  polkovnik,  1904-cü  ildə  general-mayor  rütbəsi  almışdır.  Rus-Yapon 
müharibəsində  böyük  rəşadət  göstərmiş  S.Mehmandarova  1908-ci  ildə  tam 
artileriya generalı rütbəsi verilmişdir.
I  Dünya  müharbəsi  başlanarkən  Varşava  ətrafında  xidmət  edən  general 
S.Mehmandarovun  komandir  olduğu  21-ci  piyada  diviziyasının  tərkibində 
dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı 
və 84-cü Şirvan alayı. Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-ci 
diviziya, 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Səlyan 
alayları da var idi.
Diviziya  komandiri  S.Mehmandarov  Lodz  istiqamətində  aparılmış 
döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.
1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 
1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, 
Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.
1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda 
idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, 
bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.
General  S.Mehmandarov  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökümətində 
1918-ci  ilin  25  dekabrından  Hərbi  Nazir  vəzifəsini  tutmuş  və  müstəqil 
Azərbaycanın  qısa  müddətdə  30  minlik  ordusunu  yaratmağa  nail  olmuşdu. 
1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi 
Nazir  S.Mehmandarov  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  başçısı 
Çap üçün deyil


139
Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi 
dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi 
aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I dünya 
müharibəsi  illərində  ona  verdiyi  ordenləri  İngiltərə  hökumətinə  qaytarmağı 
Azərbaycan hökumətindən xahiş etmişdi.
Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Nəriman  Nərimanovun  şəxsi 
zəmanəti  əsasında  hərbi  fəaliyyətini  davam  etdirmiş  və  Azərbaycanda 
yaradılmış  hərbi  komandirlər  məktəbində  1921-1928-ci  illərdə  müəllimlik 
etmişdir. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri 
İ.Ç.Yakir 1925-ci ildə yazmışdı: “Mehmandarov nadir artilleriyaçıdır”.
General  Səməd  bəy  Mehmandarov  1924-1927-ci  illərdə  Azərbaycanda 
hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci  ildə  general  S.Mehmandarov  səhhətinə  görə  orduda  xidmətdən 
tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
General-polkovnik S.Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən 
biri olmuşdur. O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son 
üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.
General Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat 
etmişdir.
HƏZİ ASLANOV
İkinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il 
iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi 
özünü bacarıqlı sərkərdə kimi göstərdi. O, öz döyüşçüləri ilə Donbas ətrafında 
düşmənin şiddətli hücümlarını düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 
1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə 
Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən 
döyüşlərdə  Həzinin  başçılığı  ilə  55-ci  tank  briqadasının  tankçıları  düşmənə 
ağır  zərbələr  endirdilər.  Aslanovun  tankçıları  vuruşa–vuruşa  40  km-dən 
artıq  yol  gedib  Stalinqrad-Salsk  dəmir  yolunu  tutub  almanları  Stalinqrad 
qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli 
qüvvəsini və texnikasını sıradan çıxardı.
Aslanovun  döyüşçüləri  Kotelnikovo  yaxınlığında  gedən  döyüşlərdə 
Çap üçün deyil


140
böyük  şücaət  göstərdilər.  Düşmənin  30  əks-hücumunu  dəf  etdilər,  bir  bata-
lyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə 
göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda So-
vet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa 
səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zireh-
li tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. 
Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 
13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun 
axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. 
Belarusiyanın  iri  şəhər  və  dəmiryollarını  azad  etdikdən  sonra  Aslanovun 
tankları Vilnüsə hücumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-
dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 
35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci 
dərəcəli Suvorov ordeninə layiq görüldü.
1944-cü  il  avqustun  1-də Aslanovun  briqadası  başqa  ordu  hissələri  ilə 
birlikdə  Yelqava  şəhərini  düşməndən  təmizlədilər.  O,  Volqadan  başlamış 
Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi 
göstərmişdi.  Təkcə  1944-cü  ilin  hücum  döyüşləri  dövründə  8  dəfə Ali  Baş 
Komandanlıq tərəfindən təşəkkür almışdır.
Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən ka-
pitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə və 
komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı Ulduz or-
deni ilə təltif edilmişdir. O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin 
tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir.
Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali 
Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının 
döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və 
şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq 
etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir. 
Aslanovun  polkuna  isə  qvardiya  adı  verilmişdir.  Aslanovun  polku  Rostov, 
Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak 
etmişdir.
1944-cü  ildə  Aslanovun  35-ci  qvardiya  tank  briqadası  Belorusiyanı, 
Pribaltika  respublikalarını  azad  etmək  uğrundakı  vuruşmalarda  xüsusilə 
fərqlənmişdi.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə