Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   44   45   46   47   48   49   50   51   52

147
ilə  cəmiyyətlərdə  maraq  oyatmışdır.  Bir  sı ra  vilayət  və  şəhərlərə  səyahətə 
çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün 
artmasına təkan vermişdir. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə 
və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim 
və səyyahlarla görüşmüşdür.
Xurşidbanu  Natəvan  parlaq  istedada  və  qabaqcıl  ideallara  malik  olan 
şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin 
izlər  qoymuşdur.  Bu  fenomenin  meydana  gəlməsinin  bir  neçə  əsas  səbəbi 
vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin 
– Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu 
iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, 
Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar 
nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin 
adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi 
vaxtilə  Qarabağ  bəylərbəyisi  olmuşdurlar.  Natəvan  yaradıcılığının  böyük 
tədqiqatçısı  Bəylər  Məmmədov  “Natəvanın  şair  qohumları”  kitabında  (B., 
1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən 
çıxan  şairlərdən  söz  başqa  kitablarda  da  açılır  Füzuli  adına  Respublika 
əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır 
və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.
MARAQLI ŞƏXSİYYƏTLƏR
QARA QARAYEV
Qara  Qarayev  1918-ci  il  fevralın  5-də  Bakı  şəhərində  məşhur  həkim-
pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan  
olmuşdur.  Qara  Qarayev  nəslində  özünü  musiqi  sənətinə  həsr  eləmiş  ilk 
adamdır. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy 
Axundov  isə  Şamaxının  məşhur  nəsillərindən  idi.  Bu  ailə  20-ci  əsrin  Bakı 
ziyalıları  kimi  çox  da  zəngin  deyildi.[1]  1926-cı  ildə  Azərbaycan  Dövlət 
Konservatoriyası  yanında  musiqi  məktəbinə  qəbul  edilmiş,  1930–cu  ildən 
Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor 
Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan 
Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq 
musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur.
1937–ci  ildən  Azərbaycan  Bəstəkarlar  İttifaqına  üzv  qəbul  edilmişdir. 
1938–ci  ildən  1940-cı  ilədək  P.İ.Çaykovski  adına  Moskva  Dövlət 
Konservatoriyasında  bəstəkarlıq  sinfinin  (A.N.Aleksandrov)  tələbəsi  olmuş, 
Çap üçün deyil


148
1941–ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət 
Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur.
1944–cü  ildə  Azərbaycan  Bəstakarlar  İttifaqının  İdarə  Heyəti  sədrinin 
müavini  və  yenidən  1946-cı  ilədək  Moskva  Dövlət  Konservatoriyasında 
bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olmuşdur.
1946–cı  ildən  Azərbaycan  Dövlət  Konservatoriyasında  bəstəkarlıq 
sinfində müəllim kimi işə başlamış, elə həmin il Cövdət Hacıyevlə birlikdə 
yazılmış “Vətən” operasına görə SSRİ Dövlət mükafatı laureatı olmuş, SSRİ 
Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmiş və “Əməkdə igidliyinə 
görə” medalı ilə mükafatlandırılmışdır.
1948–ci  ildə  SSRİ  Bəstəkarlar  İttifaqı  idarə  heyətinin  üzvü  seçilmiş, 
Azərbaycan  Dövlət  Konservatoriyasının  dosenti,  “Leyli  və  Məcnun”  sim-
fonik poemasına görə Dövlət mükafatı laureatı olmuş və Azərbaycan Elmlər 
Akademiyasının  memarlıq  və  incəsənət  İnstitutunun  musiqi  bölməsinə 
rəhbərlik  etməyə  başlamışdır.  1949-1953-cü  illərdə  Azərbaycan  Dövlət 
Konservatoriyasının  direktoru  olmuşdur.  1950–ci  ildə  SSRİ  Nazirlər  Soveti 
yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilmiş, 1952–ci 
ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilmişdir.
1953–cü  ildə  Leninqrad  Dövlət  Kiçik  (“Malıy”)  opera  teatrında “Yeddi 
gözəl” baletinin ilk tamaşası qoyulmuşdur.
1954–1982-ci  illərdə  SSRİ  Lenin  və  Dövlət  mükafatları,  1955–ci  ildə 
Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1958–ci ildə Azərbaycan SSR 
xalq artisti adlarını almışdır.
1956–1973-cü  illərdə  Azərbaycan  Bəstəkarlar  İttifaqının  birinci  katibi 
işləmiş, 1957–ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü, “Bir məhəlləli 
iki  oğlan”  filminin  musiqisinə  görə  birinci  Ümumittifaq  sovet  filmləri 
festivalının laureatı, 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin 
üzvü  olmuşdur.  1955-1976-cı  illərdə  IV-IX  çağırış  SSRİ  Ali  Sovetlərinin 
deputatı olmuşdur.
1959–cu ildə SSRİ xalq artisti, Azərbaycan Dövlət Konservatoriyasının 
bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının aka-
demiki. 1960–cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 
üzvü seçilmişdir.
Çap üçün deyil


149
1961-ci  ildə  Cənubi  Afrika  yazıçısı  Piter  Abrahamsın  eyniadlı  əsəri 
əsasında yazdığı “İldırımlı yollarla” baletindən İkinci süitanın ifası ilə bağlı 
Los-Ancelesdə  I  beynəlxalq  çağdaş  musiqi  festivalının  iştirakçısı  olmuş, 
həmin il “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılmışdır.
1963–ci ildə Leninqrad Kiçik (“Malıy”) opera teatrının qastrolları zamanı 
Qahirədə  “Yeddi  gözəl”  baletinin  tamaşaya  qoyulması  ilə  bağlı  Misir  Ərəb 
Respublikasında  səfərdə  olmuşdur.  1964–cü  ildə  SSRİ  Böyük  teatrının 
qastrolları zamanı “İldırımlı yollarla” baletinin tamaşaya qoyulması ilə bağlı 
“Varşava payızı” çağdaş musiqi festivalında iştirak etmişdir.
1965–ci  ildə  “Antoni  və  Kleopatra”  tamaşasına  yazdığı  musiqiyə  görə 
M.F.Axundov  adına  Mukafatın  laureatı,  aprelin  21-i  Moskvada,  iyunun  2-i 
Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.
1966-cı  ildə  Dirijorların  İkinci  Ümumittifaq  musabiqəsində  münsiflər 
heyətinin  sədri  olmuş,  sovet  mədəniyyət  və  incəsənət  ustaları  arasında 
İspaniyaya səfər etmiş, Bakıda “Klassik süitanın” ilk ifası olmuşdur.
1967-ci  ildə  “İldırımlı  yollarla”  baletinə  görə  Lenin  mükafatı  və  Lenin 
ordeni ilə təltif olunmuşdur. 1968–ci ildə aprelin 21–də Qorki (indiki Nijni 
Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün 
Konsertin ilk ifaları olmuşdur.
1969–cu  ildə  “Yeddi  gözəl”  baletinin  və  “Leyli  və  Məcnun”  simfon-
ik  poemasının  musiqisinə  balet  tamaşasının  göstərilməsi  ilə  bağlı  Parisdə 
keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları 
arasında Yaponiyaya səfər etmişdir.
1971–ci  ildə  “Qoysa”  filmininə  yazdığı  musiqi  ilə  bağlı  çəkiliş  bölüyü 
ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuş, həmçinin həmin il 
Oktyabr  inqilabı ordeni ilə mükafatlandırılmışdır.
1972–ci ildə “Varşava payızı” çağdaş musiqi festivalında və bəstəkarlar 
İttifaqları  katibliklərinin  toplantılarında  keçirilən  balet  artistlərinin  İkinci 
beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.
1973-cü  ildə  P.İ.  Çaykovski  adına  V  beynəlxalq  musiqi  musabiqəsinin 
münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən 
beynəlxalq konqresdə iştirak etmişdir.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə