Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə49/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   44   45   46   47   48   49   50   51   52

144
şer və musiqi məclisləri fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxanal-
ar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur 
şair Xaqani Şirvaninin əmisi - alim və həkim Kafiəddin tərəfindən yaradılmış 
Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Nəsiminin məktəb illəri 
belə bir mühitdə keçib.
Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlərdən təhsil aldıqdan 
sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən 
bəhrələnmişdir.  Səfərlərinin  hamısında  özünün  şeyx  mürşidi  Nəimi  ilə  yol 
yoldaşı olmuş və onun qızı ilə evlənmişdir. 
Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı 
universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. 
O,  klassik  Şərq  və  qədim  yunan  fəlsəfəsini,  habelə  ədəbiyyatını  dərindən 
mənimsəmiş,  İslamın  və  xristianlığın  əsaslarına  yaxından  bələd  olmuş, 
tibb,  astronomiya  və  astrologiya,  riyaziyyat  və  məntiq  elmlərinə  dərindən 
yiyələnmişdi.  O,  dilləri  elə  yaxşı  öyrənmişdi  ki,  Azərbaycan,  fars  və  ərəb 
dillərində eyni dərəcədə gözəl şerlər yaza bilirdi. Onun azərbaycanca şerlərinin 
dili  həm  zənginliyi,  həm  də  xalq  nitqinə  yaxınlığı  ilə  seçilir,  atalar  sözləri, 
zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri 
Azərbaycan xalq şeri nümunələri olan bayatılara çox yaxındır.
Nəsiminin  poeziyasında  Azərbaycanın,  eləcə  də  digər  Şərq  ölkələrinin 
məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, 
Xaqanini, Nizamini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mah-
mud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərmək olar.
Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda 
Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur 
olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb 
şəhərində edam olunub. Nəsiminin edamı haqqında İbn əl-İmad Hənbəli yazır: 
“O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, 
iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi 
soyuldu, çarmıxa çəkildi”.
Nəsimi  öz  ideyalarını  peşəkar  filosof  kimi  ayrıca  traktatlarda  bitkin 
sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi 
əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac 
duyulmurdu.  Hürufiliyin  nəzəri  əsaslarına  gəldikdə,  Nəiminin  əsərlərində  o 
artıq işlənib hazırlanmışdı.
Çap üçün deyil


145
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycan 
Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir.
ŞAH İSMAYIL XƏTAYİ
Şah İsmayıl 1487-ci il 17 iyulda Ərdəbil şəhərində anadan olmuşdur. Şeyx 
Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun 
Həsənin qızı Aləmşah Həlimə bəyimdir.
1488-ci  il  9  iyulda  atası  Şeyx  Heydər  Tabasaranda  Şahdağın  ətəyində 
Şirvanşahın  birləşmiş  qüvvələri  ilə  qızılbaşlar  arasında  baş  verən  döyüşdə 
öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən İsmayıl anası və qardaşları – 
Sultanəli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında həbsdə 
5 il saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən 
sonra Uzun Həsənin nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil 
hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Baysunqur Mirzəyə qarşı yürüşdə 
Sultanəli də Rüstəm Mirzə ilə birlikdə çıxış etdi. Əhər yaxınlığındakı bu döyüş 
Rüstəm Mirzə ilə Səfəvilərin birləşmiş qüvvələrinin qələbəsi ilə nəticələnir. 
Baysunqur öldürüldü. Sultanəli qələbə ilə Təbrizə qayıtdı. Ərdəbildə Səfəvi 
tərəfdarlarının güclənməsi Rüstəmi qorxuya saldı. Onlara qəsd təşkil edildi. 
Qəsdin üstü açıldı. Sultanəli qardaşları və yaxın adamları ilə birlikdə Təbrizi 
tərk edərək Ərdəbilə doğru irəlilədi. Rüstəm onların arxasınca 5 min süvari 
göndərdi.  Döyüş  başlanana  qədər  Sultanəli  sufi  əmirlərinin  yığıncağında 
İsmayılı  Səfəviyyə  ordeninin  başçısı  kimi  xələfi  təyin  etdi.  Qardaşlarını 
Ərdəbilə  yola  saldı,  özü  isə  düşmən  tərəfə  döndü.  Şəməsi  adlanan  yerdə 
(Şəməsi döyüşü) döyüşdə (1494) qızılbaşlar məğlub oldular. Sultanəli həlak 
oldu.
1494-1495-ci  illərdə  Rüstəm  yenidən  Ərdəbili  və  Səfəvilərin  digər 
mülklərini zəbt etdi. Ağqoyunlu sərkərdəsi Əbih Sultan Ərdəbilə daxil olan 
kimi, Səfəvilərin xeyli hissəsini qılıncdan keçirdi. Lakin qızılbaş tərəfdarları 
şahzadələri,  xüsusən  İsmayılı  xilas  edə  bildilər.  Səfəvi  müridləri  İsmayılı 
Lahicana-Gilanın Biyəpiş vilayətinin hakimi, Kərkiyə sülaləsindən olan Mirzə 
Əlinin sarayına apardılar.
Rüstəm Mirzə dəfələrlə Kərkiyə Mirzə Əliyə hədələyici məktub göndərib 
İsmayılı tələb etdi. O isə İsmayılı zənbildə sıx yarpaqlı ağacdan asdı və Qurana 
and içib onun Gilan torpağında olmamasını 300 süvari ilə gəlmiş Qasım bəyə 
bildirdi.
Çap üçün deyil


146
Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi 
altında  Lələ  Hüseyn  tərəfindən  tərbiyə  olunur.  İsmayıl  təqribən  6  il  burada 
qalır, tanınmış əmir və alimlərdən dünyəvi, hərbi və dini biliklər öyrənir.
İsmayıl 6 il Lahicanda qaldı. Rumdan, Qaracadağdan(Qaradağ vilayəti), 
Ərdəbildən yanına çoxlu tərəfdar gəlir, onunla həmrəy olduqlarını bildirirlər. 
Ağqoyunlularla döyüşdən qabaq Şah İsmayılın dilə gətirdiyi belə bir söz var 
idi ki, “Ölümə gedən yolda qalibiyyət yoxdursa, ölüm vardır!”
XURŞİDBANU NATƏVAN
Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada ana-
dan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. 
Xurşudbanu  ailənin  yeganə  övladı,  həm  də  Qarabağ  xanlıqlarının  sоnuncu 
vərəsəsi оlduğu üçün, оnu sarayda «Dürrü yeкta» (Təк inci), el arasında isə 
«Xan qızı» çağırmışlar.
Balaca  Xurşudbanunun  ilk  tərbiyəçiləri  sarayın  təcrübəli  dayə  və 
mürəbbiyələri  оlmuşdular.  Məktəb  yaşına  çatdıqda  isə  evdə  dövrün  alim 
və  sənətkarlarından  dərs  almağa  başlamışdır.  Məşğələ  zamanı  Xurşudbanu 
“Quran” ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də 
tanış оlmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma 
dili ilə bərabər, ərəb və fars dili, оnun sərfi-nəvi təlim edildiyindən, Xan qızı 
da  bu  dilləri  öyrənmiş,  оnların  vasitəsilə  klassik  şeirin  qayda-qanunlarını 
mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdiкdən sоnra müntəzəm surətdə 
mütaliə  ilə  məşğul  оlmuşdur.  Dahi  şərq  şairlərin  ələ  düşən  nadir  kitabları, 
qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.
Natəvanın  dünyagörüşünün,  bədii  zövqünün  fоrmalaşmasında  yaxın  və 
uzaq  qоhumlarının  əməyi  az  оlmamışdır.  Qasım  bəy  Zakir,  Mirzə  Cavan, 
Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər 
öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri 
ilə  Xurşudbanuda  şeirə  və  sənətə  оlan  şövq  və  həvəsi  qüvvətləndirmişlər. 
Həyatının  çiçək  açdığı  bir  dövrdə  Xurşudbanu  Tiflisdə  yaşamalı  olmuşdur. 
Şəhərin  səfalı  yerləri,  təbii  mənzərələri  ona  xoş  gəlsə  də,  burada  yaşamağa 
məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. 
Natəvan  bu  şəhərdə  rus,  gürcü  mədəni  cəmiyyətlərinə  qoşulmuş,  özü  də 
milli  ənənəsi,  kübarlara  məxsus  davranışı  və  üç  dildə  sərbəst  danışması 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə