Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə48/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   44   45   46   47   48   49   50   51   52

141
KLASSİKLƏRİMİZ
MƏHSƏTİ GƏNCƏVİ
Məhsəti xanımın tərcümeyi-halında qəti müəyyənləşmiş səhifələr olduq-
ca azdır. Şairənin yaradıcılığı və həyatı ilə bağlı faktlar Rəfael Hüseynovun 
şairəyə böyük məhəbbətlə və yüksək peşəkar ustalıqla qələmə aldığı “Məhsəti 
necə varsa” kitabında toplanmışdır.
Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və öm-
rünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını 
isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə 
bir  neçə  rəvayət  vardır.  Bunlardan  birində  deyilir  ki,  guya  Sultan  Səncərlə 
söhbətlərindən  birində  Mənicə  öz  mühitində  hamıdan  kiçik  və  görünməz 
olduğunu  söyləyir.  Sultan  isə  onunla  razılaşmayıb  deyir  ki,”to,  meh-həsti” 
(yəni, “sən hamıdan böyüksən”). Və guya “meh-həsti”-”məhsəti”yə çevrilib, 
onun  təxəllüsü  olur. Abbasqulu  ağa  Bakıxanovun  “Gülistani-İrəm”  əsərinin 
“Nəticə” adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, “Məhsəti” “mah” 
və “səti” olmaqla iki sözdən ibərətdir və “böyük xanım” anlamına gəlir.[3] 
Nəhayət,  başqa  bir  ehtimala  əsasən,  bu  ad  “Mah”  və  “səti”  (“Ay  xanım”) 
sözlərindən düzəlib (Nizami Gəncəvinin Məhin Banusu (“Xosrov və Şirin”) 
da bunun analoqudur).
Məhsəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, aşağıdakı 
şəhər və vilayətlərdə olmuşdur: Rum, Mərv, Bəlx, Nişapur, Herat, Gəncə, Xo-
rasan, İraq, Zuzən, Arran və s. Bir müddət o, böyük Sultan Səncərin sarayında 
yaşamış,  onun  qəbullarında  və  burada  keçirilən  ədəbi  məclislərdə  iştirak 
etmişdir. Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan 
qar haqqında bədahətən söylədiyi bir rübai çəkmişdir: “Göylər sənə gümüşü 
xalça göndərib ki, atının nalı bulanmasın.” Sultan bu rübaini eşitdikdən son-
ra şairəni “Mə-histi” (“Ən böyük”) adı ilə mükafatlandırmış və onu öz yaxın 
əhatəsinə  qəbul  etmişdi.  Məhsəti  ömrünün  çox  hissəsini  Gəncədə  keçirmiş, 
Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında yaxından 
iştirak etmişdi.
Böyük  şairənin  həyatı  barədə  məlumatlar  əsasən  əlyazma  nüsxələri 
Azərbaycan Əlyazmalar institutunda, İstanbulda və Londonda saxlanan XIII 
əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülür. Azərbaycan 
ədəbiyyatşünaslarının  son  tədqiqatları  göstərir  ki,  “Dastan”ın  müəllifi  XIII 
əsrdə yaşamış Azərbaycan şairi və alimi Abdulla Cövhəri Zərgər Təbrizidir 
və buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı (Sultan 
Məhəmməd) və II Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir.
Çap üçün deyil


142
NİZAMİ GƏNCƏVİ
Nizami  Gəncəvi  yaradıcılığa  lirik  şeirlərlə  başlamışdır.  Əsərlərindən 
məlum  olur  ki,  şair  böyük  divan  yaratmış,  qəzəl  və  qəsidələr  müəllifi  kimi 
şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu 
qeyd  etdikləri  bu  divandakı  şerlərin  çox  az  hissəsi  dövrümüzədək  gəlib 
çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar 
poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin 
şerlərində ifadə etmişdir.
Nizami  Gəncəvi  lirikası  yüksək  sənətkarlığı,  məhəbbətə  dünyəvi 
münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin  Nizami  Gəncəvi  dünya  ədəbiyyatı  tarixinə  məsnəvi  formasında 
yazdığı 5 poemadan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olmuşdur. 
1177-ci  ildə  bitirdiyi  “Məxzənül-əsrar”  (“Sirlər  xəzinəsi”)  adlı  ilk  poeması 
şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı “Xos-
rov və Şirin” poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana 
göndərmişdir.  Cahan  Pəhləvanın  ölümündən  sonra  taxta  çıxan  Qızıl Arslan 
Gəncənin  yaxınlığında  öz  çadırında  şairlə  görüşmüş  və  onun  nəsihətlərini 
dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan 
hökumdarı I Axsitan şairə “Leyli və Məcnun” mövzusunda bir əsər yazmağı 
sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun 
təkidi ilə təklifi qəbul edib az müddətdə “Leyli və Məcnun” poemasını (Şərqdə 
ilk  dəfə)  yaratmışdır.  1196-cı  ildə  Əlaəddin  Körpə  Arslanın  adına  “Yeddi 
gözəl” əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-
fəlsəfi  görüşlərini  yekunlaşdırdığı  “İsgəndərnamə”  (təqr.  1203)  poemasını 
qələmə almışdır.
Nizami  Gəncəvinin  ilkin  Şərq  Intibahının  zirvəsi  olan  yaradıcılığında 
dövrünün  ən  humanist,  ümümbəşəri  ictimai-siyasi,  sosial  və  mənəvi-əxlaqi 
idealları parlaq bədii əksini tapmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli 
və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, 
fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast 
gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birin-
in milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq 
xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, 
insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Çap üçün deyil


143
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri 
Azərbaycanla  əlaqələndirməyə,  vətənin  keçmiş  günlərini  tərənnüm  etməyə 
çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yol-
unda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami  əsərlərini  fars  dilində  yazmışdır.  O,  türk  dilində  yazmamasını 
“Leyli və Məcnun” əsərində özünə qüsur tutmuş, sonra “Yeddi gözəl”də bu 
məsələyə bir daha toxunmuşdur:
Dilçə şerimizdə olsa da kəsir,
Mənaca böyükdür ondakı təsir.
Nizami Gəncəvi[4]
Nizami  Gəncəvi  Gəncədə  anadan  olub.  Nizami  Gəncəvinin  yaradıcılığı 
hümanizm,  yüksək  sənətkarlığı  ilə  Zaqafqaziya,  Yaxın  Şərq  xalqları  (fars, 
tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının 
inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə 
olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, 
Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, Lon-
don, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli 
incilər kimi qorunub saxlanılır.
Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi 
ucaldılmışdır.
İMADƏDDİN NƏSİMİ
Nəsiminin  həyatı  haqqında  geniş  məlumat  mövcud  deyil.  Mənbələrin 
əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının 
Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar 
onun  Şamaxıda,  başqaları  isə  Bursada,  Təbrizdə,  Bakıda,  Diyarbəkirdə  və 
hətta Şirazda anadan olduğunu iddia edirlər.
Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. 
Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü 
ilə şerlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı 
məlumdur.  İslamdan  sonrakı  dövrdə  Şamaxı  iri  mədəniyyət  mərkəzlərindən 
birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə