Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə23/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

Sədrəddin Hüseyn 
72
 
Və ya: 
Zahid, cünuni kamili-bədnamlıq mənim,  
Sən saxla əqli-naqisü, namusü arüvi.
176
  
– deyə “aşiqi risva” Raci başqa bir yerdə “səri-kuyinin səfasını” 
hətta “Musaya görünən təcəllaya” belə vermir.
177
  
Ə.Raci təsvir elədiyi gözəllərin zahiri aləmini də nəzərdən 
qaçırmır. Zülf, yanaq, xal, qaş, kiprik və s. kmi elementlər Raciyə 
xas  bir  şəkildə  vəsf  olunur.  Zülfünün yanağını,  üzünü örtməsi, 
bürüməsi şairi halbahal edir və çox maraqlı, orijinal mənzərələr 
yaradır. Qaş çox halda mehraba bənzədilir. Şair sevgilisinin ün-
vanını da dəqiq göstərir. O, Cənubi Azərbaycandandır. Ya Təbriz-
lidir, ya Həmədanlı. Onun qəzəlləri qəzəlçilik tariximizdə ayrıca 
mərhələ təşkil edir. “Dil təmizliyinə, məna aydınlığına, fikirlərin 
tutumuna, hisslərin səmimiliyinə, məhəbbətin ülviliyinə və reallı-
ğına, gözəlliyin fəlsəfi şərhinə,... humanist ruhuna, orijinal üslu-
buna, zəngin bədii ifadə  vasitələrinə,  novatorluğuna,...görə  bu 
qəzəllər diqqəti cəlb edir.”
178
 Racinin lirikası süjetsiz lirikadır. Çox 
az şeiri var ki, konkret bir mövzunu əhatə eləsin. Onun beytləri, 
hətta misraları o qədər bitkin, orijinal və bədii cəhətdən yüksək 
səviyyədədir ki, hər birini ayrıca təhlil etmək lazım gəlir. Hər biri 
sanki ayrıca bitkin bir əsərdir. Hətta “Görmüşəm”, “Mənim eşqim”, 
“Dutubdur”,  “Vallahi-billahi”,  “Çəkirəm”,  “Özğədir”,  “Baxgilən”, 
“Yerinə”, “Vermərəm”, “Olasan”, “Kimin var?”, “Tövbə”, “Gətirməz”, 
“İstər”, “Eşidür”, “Əl çəksün”, “Deyillər”, “Mən”, “Kamimcə”, “Tap-
mışam”, “Ta- pıldı”, “Eylədi” və s. rədifli şeirlərində daha çox möv-
zudan kənar məsələlərdən danışlıır. Füzulidəki kimi hər beytdə 
müstəqil fikir söylənir.  
                                                           
176
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                      
Bakı: Sabah,1992, səh.50, 53.42,41 
177
  Yenə orada , səh. 43 
178
  Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın 
xəbərləri. Ədəbiyyat.  Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh. 35 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
73 
Dağıtdı dəsteyi-zülfün yüzündə məşşatə,  
Şil olsun əlləri hər kim bu zülfə şanə vurar.
179
  
Raci sevgilisini beləcə görmək istəyir. “Arizi-cananı” zülfə 
bürünmüş halda. Bu zülflə zülf içində hərdən görünən yanaqları 
arasında rəngarəng bədii lövhələr yaradır. Gah: 
Nigar naz ilə zülfi-siyahə şanə vurar,  
Əbirdən rəhi-Maçinə bərxanə vurar.  
...Nə çürm edibdü könül bilmirəm o mahvəşə,  
Çəkib kəməndə o zülf ilə taziyanə vurar. 
Gah da pərişan könlünü yarın dağınıq zülfünə bənzədir: 
Bilsə əgər nə növ pərişandu bu könül,  
Xatircəm ol ki, sındıru məşşatə şanəsin. 
Yalvarır ki, o pərişan saçlar necə var, elə də qalsın. Çünki o 
saçlar ürək quşunun yuvası imiş. Bu saçlar şair üçün yeddi pad-
şahın  xəzinəsindən  qiymətlidir.  Ona  görə  də  məşşatədən  rica 
edir ki, “zülfü-mişkinini” dağıtmasın, çünki “Yığılur qaşi qətlüvə 
əlbir olunur”. “Zülfü boynunda zəncir kimi görür. …zəncirdə di-
vanə əgləşsin”-deyir. 
Könlüm gərək o zülfdə zəncirə çəkilsün,  
Əmma özümü kuhü biyabanə yazublar.
180
  
Gah da sevdiyi xalını zülfündə tələdəki dənə bənzədərək 
“navəki-müjganından” əlhəzər eyləyir, məşşatələr ona zib (bəzək) 
vuranda sanki aşiqin əyninə qəm libası geydirirlər. Bəzən isə saçı 
qaranlıq gecəyə, yanağını şamın şöləsinə, özünü pərvanəyə bən-
zədir.  
Arizin meydən əgər ərəqriz olu, zülfə düzülür,  
O qara riştədə çün şəddeyi-mərcan görünür.  
                                                           
179
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 29 
180
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                        
Bakı: Sabah,1992, səh. 28,35,39 


Sədrəddin Hüseyn 
74
 
Aç pərü baluvi, ey dil quşu, pərvanə kimi,  
Şöleyi-arizi çün şəmi-şəbistan görünür.
181
  
Vaqif yaradıcılığının bir hissəsini təşkil edən erotik duyğular 
və onların vəsfi az da olsa Raci qəzəllərində də yer almaqdadır. 
Fərq burasındadır ki, Raci daha qısqanc, daha kübardır, daha çox 
üstüörtülü-eyhamla yazmağı xoşlayır. Allahın bu lütfünə qarşı o 
qədər minnətdardır ki, sevgilisinin gözəlliyindən sadəcə zövq al-
mağı daha üstün tutur. Zülfü ilə o qədər əylənir ki, bir də görür: 
Yarı gecə olunca deyər kakilün könül,  
Məşquli zülf olur, gecə çün yaridən keçə.  
Çünki bu “zülfi-mişkin ləli-şəkərbar üstünə dağıdılanda nə 
qönçə xəndan olar, nə sünbül mütərranələnər”. Burada “yarı” sö-
zündən çox incə bir cinas yaradıb: Bir yarını gecə olunca görmək, 
bir də gecə yarı olanda görmək mənalarında.  
Belinin incəliyini tari-zülflə müqayisə edir və bu anda bel 
o qədər incədir ki: 
Əzbəs ki, tari-zülfi kimi incədir beli,  
Təşxis vermək olmuri bir tar ilən belə. 
Klassik poeziyada bədii tapıntılar, orijinal təsvir və ifadə va-
sitələri,  bənzətmələr  çox  olub,  ancaq  saçları  kipriklə  daramaq 
istəyi Raciyə məxsusdur.  
Məşşatə, vurma şaneyi-şümşad o kakilə,  
Müjganım ilə, qoy edərəm yaxşı şanə mən.
182
  
Kanon ədəbiyyatında İskəndərin dirilik suyu üçün zülmətə 
getdiyindən çox bəhs edilir. Buna müxtəlif mənalar verilir. Raci 
isə bu zülməti “zülfi-siyahda, abi-həyatı qönçə dəhanda” tapır. 
Gah  da  zülfü  üzə  örtülən niqaba  bənzədərək  sevgilisinin  qara 
bağlaması, ona matəm saxlaması kimi mənalar verir: 
                                                           
181
  Yenə orada, səh. 48 
182
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 56, 57, 60 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə