Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə50/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   46   47   48   49   50   51   52   53   ...   135

 

 

180 



Oğlan  şirin  yuxuda  yatmışdı.  Deyərlər  ki,  səhərin 

yuxusu  ölümdən  betərdi.  Qardaşlar  onun  ayağını  kəndirnən 

bərk  sarıyıb  gətirib  Yusiф  kimi  bir  quyuya  salırlar.  Səhər 

tezdən  bütün  qəфlə–qatırı  yükləyib  hazırladılar.  Bili–Bilqeyis 

xanım soruşdu:  

– Bəs oğlan hanı?       

 

Qardaşlar  dedilər  ki,  o  gecəynən  atama  muştulux 



aparıb.  

 

Hər  şeyi  hazırladılar,  amma  nə  qədər  elədilərsə, 



Süleymani–Ərəbat  onlara  baş  vermədi  ki,  vermədi.  Axırda 

gördülər  ki,  tuta  bilməyəcəklər,  onu  çar–naçar  buraxıb  atların 

içindən  bir  yaxşı  at  seçdilər.  Süleymani  Ərəbatsız  yola 

düşdülər.  Gəlib  yetişdilər  atalarının  hüzuruna.  Ataları  şeyləri 

görüb çox sevindi. Kiçik oğlunu soruşdu, dedilər:  

 

– O, heç bir şey gətirə bilməmişdi, ona görə də üzüqara 



olduğundan sənin yanına gələ bilmədi.  

 

Əlqərəz,  padşahı  aldatdılar.  O  da  bunların  dediklərinə 



inandı.  Bili–Bilqeyis  xanım  üçün  məxsusi  bir  otaq  ayırdılar, 

yaşamağa başladılar.  

 

Onlar  öz  yaşamaqlarında  olsunlar,  sənə  kimdən  xəbər 



verim, kiçik oğlandan.  

 

Bir  vaxt  səhərin  yeli  onun  burnuna  dəyəndə,  ayılıb 



gördü  ki,  bir  quyunun  içindədi,  qardaşlarının  xəyanətini  başa 

düşdü, dedi:  

 

– Hey gidi dünya, mən onlara nə elədim, onlar mənə nə 



elədilər…  

 

Ancaq  gec  idi.  Əlləşdi  ki,  bir  təhər  quyudan  çıxsın, 



ancaq  quyu  çox  dərinidi,  heç  bir  dənə  də  ayaq  yerisi  yoxudu. 

Odu ki, çıxa bilmədi.  

 

Yadınızdadırmı Süleymani–Ərəbat onlara baş verməyib 



burda qalmışdı, öz sahibini axtarırdı. Qoxuluya–qoxuluya gəlib 

quyunun  başına  çatdı.  Gördü  ki,  oğlan  quyudadı.  Gedib 

yaxındakı  ağaclardan  bir  az  meyvədən,  zaddan  yığıb  gətirib 



 

 

181 



quyuya  saldı.  At  həmişə  belə  eləyirdi,  gecələr  də  quyunun 

başında yatırdı.  

 

Bir  gün  bir  karvan  gəlib  burda  düşdü.  Baxdılar  ki, 



quyunun  başında  yaxşı  bir  at  var.  Istədilər  onu  tutsunlar.  Nə 

qədər  elədilərsə,  at  baş  verməyib  elə  quyunun  ətraфında 

dolanırdı. Axırda dedilər ki, qoy görək bu quyuda nə sirr var ki, 

bu  at  burdan  o  yana  getmir.  Quyuya  səsləndilər.  Oğlan  ordan 

səs  verdi.  Qərəz,  oğlanı  quyudan  çıxartdılar,  əhval–pursanlıq 

elədilər, o da açıb bütün başına gələnləri danışdı, sonra onlara 

razılıq  eləyib,  Süleymani–Ərəbatın  üstünə  süvar  oldu,  üz 

qoydu  öz  şəhərlərinə.  Gəlib  şəhərin  qırağında  atdan  düşdü, 

tükündən bir az çəkib cibinə qoydu, cilovun boynuna dolayıb, 

ötürdü. Gedib bir aşbaza şəyird oldu.  

 

Bu  burada  işləməyində  olsun.  Bir  gün  padşah  adam 



göndərirdi, Bili–Bilqeyis xanıma ki, hazırlaşsın, onu alır böyük 

oğluna.  Bili–Bilqeyis  xanım  padşahla  heç  görüşməmişdi. 

Hazarandastan  bülbülüynən  gülü  də  vermirdi.  Çəkilib  öz 

otağında qara geyinib yasa batmışdı. Padşahın siфarişinə cavab 

göndərdi  ki,  mənim  nişanlım  hələ  gəlməyib,  kim  məni  almaq 

istəyirsə, gərək məni yıxa, sonra ala.  

 

Padşah oğluna əmr elədi ki, onu yıxsın.  



 

Oğlan onun gücünü bilirdi, yaxşı bilirdi ki, onu yıxmaq 

bunun çörəyi deyil. Odu ki, özün vurdu naxoşluğa. Oğlanın bu 

naxoşluğu çox uzun çəkdi. Padşah vəzirdən soruşdu:  

 

– Vəzir, bu məsələdən ağlın nə kəsir?  



 

Vəzir dedi:  

 

–  Şah  sağ  olsun,  sənin  oğlun  məhəbbətin  gücündən 



naxoşlayıb, toy olmayınca o, sağalmayacaq.  

 

Padşah  əmr  elədi,  toy  tədarükü  başlandı.  Bili–Bilqeyis 



xanım gördü ki, işi zorla başladılar, öz ürəyində dedi:  

 

– Yaxşı, mən də özüm bilərəm nə edərəm.  



 

Bəli, toy quruldu, carçılar car çəkdi, qonaqlar çağırıldı, 

gəldi toyun axırıncı günü ki, gəlin gedəcəkdi, atlılar atlandı, at 



 

 

182 



çapmağa  başladılar.  Padşah  da  öz  əyan–əşraфıynan  oturub 

tamaşa eləyirdi. Bili–Bilqeyis xanım da pəncərədən baxırdı.  

 

Aşpaz  bizim  oğlanı    dükanda  qoyub  at  çapmağa 



getmişdi.  Elə  ki,  o  getdi,  oğlan  durub  ayağa,  atın  tükünü 

çıxardıb  tutuzdurdu.  At  hazır  oldu,  ayaq  üzəngiyə,  diz 

qabırğaya,  yatdı  atın  boynuna,  badi–sərsər  kimi  özünü  vurdu 

çapışanların  arasına.  Padşah  bir  də  gördü  ki,  budu  bir  oğlan 

gəlir, bir at minib, bir at minib ki, daha nə deyim. At  yernən, 

göynən əlləşir.  Oğlan bir o  yana çapdı, bir bu  yana  çapdı, bir 

məhmizdə  bütün çapışanları keçdi… üçüncü dəфədə padşahın 

böyük oğlunun boynunu vurdu, qaçdı.  

 

Padşah nərə çəkdi ki:  



 

–  Amandı  tutun,  kim  tutsa,  varımın  yarısını  ona 

verəcəyəm.  

 

Atlar  düşdülər  oğlanın  dalına,  oğlan  gördü  budu  bütün 



pəhləvanlar  gəlir.  Hərçənd  ki,  o  onların  heç  birindən 

qorxmurdu,  amma  bildi  ki,  dayanıb  dava  eləsə  onu 

tanıyacaqlar, odu ki, üzün ata tutub dedi:  

 

– Süleyman eşqinə, at, məni götür!    



 

Elə söz ağzından qurtarmamışdı ki, at iki əlləri üstündə 

qalxdı  göyə,  ucadan  bir  kişnədi,  elə  götürüldü  ki,  elə  bil  ox 

yayından  çıxıb,  bir  göz  qırpımında  gözdən  itdi.  Toy  yasa 

döndü, hər şey qara boyandı. Bütün şəhər qırx gün yas saxladı. 

Amma  Bili–Bilqeyis  oğlanı  tanımışdı.  Indi  daha  lap 

arxayınlamışdı ki, oğlan sağdı, özü də burdadı.  

 

Bu işdən düz bir il keçdi. Elə həmişə aşpaz heyiфsilənib 



deyərdi:  

 

– Köpəkoğlu conənbər görmüş, hardansa gəlib toyu yas 



elədi.  Amma  oğlan  da  əntiqə  oğlanıdı  ha…  adamın  heç 

dilindən gəlmir ki, ona qarğış eləsin.  

 

Oğlan da həmişə cavabında deyərdi:  



 

–  Vay  köpəkoğlu,  amma  heyiф  ki,  mən  getməmişdim 

görəm.  



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə