Az?Rbaycan


  Hazarandastan bülbülü



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə48/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   44   45   46   47   48   49   50   51   ...   135

 

 

174 



Hazarandastan bülbülü 

 

 



Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın 

bir  bağı  var  idi  ki,  ruzigarın  gözü  belə  bir  bağ  görməmişdi. 

Gül–gülü çağırır, içindən göz yaşı kimi çeşmələr axırdı. Bağın 

içində  padşah  dünyanın  hər  tərəфindən  cürbəcür  ağaclar 

gətirdib, əkdirmişdi. Qərəz, nə deyim bağda can dərmanı desən 

vardı.  Bu  bağın  şöhrəti  bütün  ətraф–əknaфa  yayılmışdı. 

Dünyanın  hər  tərəфindən  dəstə–dəstə  adamlar  tamaşasına 

gəlirdi.  

Bir  gün  yenə  ayrı  şəhərdən  üç  nəфər  bu  bağı  görməyə 

gəlmişdi.  Padşahnan  bağı  gəzdilər,  dolandılar.  Bağın 

qapısından eşiyə çıxanda, qonaqlardan biri bir ah çəkib dedi:  

–  Çox  gözəl  bağdı,  amma  heyiф  ki,  Hazarandastan 

gülüynən Hazarandastan bülbülü bu bağda yoxdu.  

Ikinci qonaq bir ah çəkib dedi: 

 

– Çox gözəl bağdı, heyiф ki, Bili–Bilqeyis xanım burda 



deyil.  

 

Üçüncü qonaq da eləcə bir ah çəkib dedi:  



 

– Çox gözəl bağdı, amma heyiф ki, Süleymani–Ərəbat 

bu bağın içində deyil.  

 

Qonaqlar  getdilər,  padşah  düşdü  фikrə,  vəzir  vərəvurd 



eləyib gördü ki, padşah çox фikirdədi, dedi: 

 

– Padşah sağ olsun, nə oldu фikrə getdin?  



 

Padşah dedi:  

 

– Vəzir, qonaqların sözü məni фikrə saldı. Hər nə təhər 



olsa  gərək  Hazarandastan  bülbülü, Bili–Bilqeyis  xanım,  bir  də 

Süleymani–Ərəbat bu bağa gətirilə.  

 

Vəzir dedi:  



 

–  Padşah  sağ  olsun,  burda  nə  var  ki,  səni  фikrə  salır? 

Şükür olsun üç oğlun var. Çağır, əmr elə, gedib gətirsinlər. Bəs 

onlar nə vaxt sənə lazım olacaqlar?  




 

 

175 



 

Padşah  görür  ki,  vəzir  doğru  deyir.  Onun  doğrudan  da 

üç  oğlu  vardı.  Əmr  elədi  çağırdılar.  Elə  ki,  oğlanların  üçü  də 

gəldi padşahın bərabərinə, padşah dedi:  

 

–  Oğlanlarım,  mənim  bağım  misli  görünməmiş  bir 



bağdı.  Amma  dörd  dənə  əsgiyi  var,  onlar  da:  Hazarandastan 

bülbülü,  Hazarandastan  gülü,  Bili–  Bilqeyis  xanım,  bir  də  ki, 

Süleymani–Ərəbatdı.  Bilmirəm,  göy  göbəyini  yerə  dayasa  da, 

gərək onları tapıb gətirəsiniz.  

 

Oğlanlar  atalarının  əlindən  öpüb  atlarını  minib  yola 



düşdülər.  Günə  bir  mənzil,  təyyi–mənazil,  yetişdilər  üç  yolun 

ayrıcına.  Atlardan  düşüb  bir  az  rahatlanandan  sonra  oradakı 

böyük bir daşın altına bir üzük qoydular ki, hansı tez gələrsə o 

birilərinin  dalınca  getsin, atlarını minib, vəli–vəsilərini eləyib, 

öpüşüb ayrıldılar.  

 

O biri qardaşları getməkdə olsunlar, sizə kimdən deyim, 



kiçik qardaşdan.  

 

Bu  kiçik qardaş  bir  neçə gün  yol  gedəndən  sonra gəlib 



bir şəhərə yetişdi. Bir evin qabağında atdan düşüb gördü ki, bir 

qoca kişi dayanıb qapıda, dedi:  

 

– Qoca, qəribəm, yol adamıyam, bu gecəni məni qonaq 



saxlayarsanmı? 

 

Qoca: 



 

– Niyə saxlamıram, bala?! Qonaq Allah qonağıdı.  

 

Ev  yiyəsi  qoca,  gün  keçirmiş,  dünyanın  isti–soyuğun 



görüb,  acı–şirinin  dadmış  bir  adamdı.  Gecə  söhbət  vaxtı 

oğlanın Süleymani–Ərəbatdan ötrü bura gəldiyini bilib dedi:  

 

–  Bala,  sən  gəl  bu  sevdadan  əl  çək!  Çox  igidlər,  çox 



pəhləvanlar bunun üçün gedib, bir də dala qayıtmayıblar. Hələ 

sənin  dimdiyinin  sarısı  heç  getməyib,  ağızından  hələ  süd 

qoxusu gəlir.  

 

Oğlan dedi:  



 

– Yox, dədəmə söz vermişəm, gərək eləyəm. Onda qoca 

dedi: 



 

 

176 



 

– Oğlan, indi ki, belə oldu qoy sənə deyim. O at hər gün 

bir çeşmə var, gəlib o çeşmədən su içir. Onu ancaq orda tutmaq 

olar. Ancaq o çeşmənin yanına getmək üçün gərək  yeddi dənə 

odlu dərədən keçəsən.  

 

Oğlan  hər  şeyi  ondan  öyrənib  səhər  atı  mindi.  Yola 



düşəndə qoca dedi:  

 

–  Çeşmənin  başında  bir  ağac  var.  Çıxıb  həmin  ağacda 



gizlənərsən.  Sübhi–sadıx  zamanı  bir  dəstə  at  gələcək,  cəhd 

eyləyib kəməndi qabaqdakı atın boynuna sal, özün də tez denən 

«at,  Süleyman  peyğəmbər  eşqinə  dayan!».  Əgər  elə  deməsən, 

at səni də ağacı da yerindən oynadıb həlak edər. Elə ki, mindin 

ata,  dala  baxmadan  dörddəmiyə  çap!  Daldan  çoxlu  səslər 

gələcək ki,  «ay tutun, ay vurun»! nəbadə dönüb dala baxasan, 

baxsan daş olarsan.  

 

Oğlan  atı  sürdü,  az  getdi,  çox  getdi,  bir  də  gördü  ki, 



uzaqdan  işıq  gəlir.  Yaxınlaşdıqca  işıq  yekəldi,  elə  oldu  ki,  elə 

bil  uzaqda  məşəl  yanır.  Bir  az  getdikdən  sonra  baxdı  ki, 

qabaqdakı işıq qocanın dediyi odlu dərədi. Dərənin istisi oğlanı 

təngişdirməyə  başladı.  Ancaq  buna  фikir  verməyib  yoluna 

davam  elədi.  Getdi  yetişdi  odlu  dərənin  başına.  Dərə  nə  dərə, 

elə bil Allah cəhənnəmi bura köçürdüb.  

 

Oğlan  baxmayıb  özün  vurdu  odun  içinə.  Dərədən 



çıxanda göy guruldadı, şümşürük oynadı, bir gurultu qopdu ki, 

həmlə  arvad  olsa,  qorxudan  uşaq  salardı.  Oğlan  qocanın 

dediyinə  əməl  eləyib,  heç  bir  tərəфə  baxmayıb,  özünü  ikinci 

dərəyə vurdu. Belə–belə dərələrin  yeddisini də keçib çıxdı bir 

düzəngaha.  Bir  qədər  atı  sürəndən  sonra  gəlib  bir  çəmənzara 

çıxdı.  Çəmənin  ortasında  uca  bir  ağac  var  idi.  Ağacın  altında 

bir çeşmə çıxıb, abi–zəmzəm suyu kimi axırdı. Oğlan baxdı ki, 

elə qocanın dediyi yerdi ki, var. Atdan düşdü, əyləşib çəmənin 

başında bir az toqqasının altını bərkidəndən sonra, çıxıb ağacda 

oturub gözləməyə başladı. 

 

Səhərə  yaxın  bir  də  gördü  ki,  budur  yer  titrədi,  göy 



şaqqıldadı,  şümşürük  oynadı,  təpənin  dalından  bir  dəstə  at 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə