Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə45/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   41   42   43   44   45   46   47   48   ...   135

 

 

164 



 

Məlik Əhməd kağızı aldı ki, oxuya, qarı oyana, bu yana 

baxıb dedi:  

 

–  Ay  bala,  bizi  burada  görüb  səhər  sicirrəmə  söz 



qoşarlar, gəl həyətdə oxu!  

 

Elə  Məlik  Əhməd  həyətə  girmişdi  ki,  qapı  bağlandı. 



Gördü ki, bəli, düşüb tilsimə. Qarı əlində bir çubuq zahir oldu.  

 

–  De  görüm  Gül  Sənavərə  neynədi,  Sənavər  Gülə 



neynədi?  

 

Məlik Əhməd məəttəl qalıb dedi:  



 

– Mən nə bilim?  

 

Qarı onun başına bir çubuq vurdu.  



 

– Onda sən də ol daş!... 

 

Bu  da  qalsın  burda,  sənə  kimdən  xəbər  verim,  üçüncü 



qardaş  Məlik  Məhəmməddən.  Məlik  Məhəmməd  gördü  ki, 

qardaşı  Məlik  Əhməd  də  getdi,  gəlib  çıxmadı.  Bir  çox 

xahişdən,  iltimasdan  sonra  atasından  izin  alıb  düzəldi  yola. 

Həmin  yoldan  gəlib  keçəndə  kəllə  bunu  da  Məlik  Cümşüdə 

oxşadıb dedi:  

 

– Məlik Cümşüd, bu nədi? Yenə bu hala düşdün?  



 

Məlik  Məhəmməd  anladı  ki,  qardaşları  bu  yol  ilə 

gediblər.  De  özün  nişan  verməyib,  фənd  ilə  kəllədən  bütün 

əhvalatı  öyrənib  gəldi  dərvişin  qalaçasına.  At  bunu  görcək 

soruşdu:  

 

– Məlik Cümşüd, yenə balamı itirdin?  



 

– Itirdim. 

 

– Ürəyini sıxma gəl, min öz üstümə!  



 

Bəli,  Məlik  Məhəmməd  atın  özünü  mindi,  aslanın  özü 

də  düşdü  bunun  yanına,  zümrüd  də  oğlanın  başının  üstündə 

yola düşdü. Bu da kəllənin dediyi kimi sularda çimdi, gözünə, 

qaşına  çəkdi,  yanaqlarına  sürtdü,  başını  yudu  gəlib  axırda 

padşahın şəhərinə yetdi. Bunu da padşah gəlib pişvaz elədi. Bu 

da  qılıncın  ortaya  qoyub  gecəni  yatdı.  Səhər  bazara  gedəndə 

qarıya  rast  gəldi.  Qarı  nənə  əlində  kağız  ağlayırdı.  Elə  Məlik 

Məhəmmədi görcək aldadıb içəri saldı:  



 

 

165 



 

–  De  görüm,  Gül  Sənavərə  neynədi,  Sənavər  gülə 

neynədi?  

 

Məlik Məhəmməd bir balaca фikirləşəndən sonra dedi:  



 

–  Mənə  qırx  gün  möhlət  ver!  Qırx  gündən  sonra  sənə 

deyərəm.  

 

Qarı bunu daş eləməyib ötürdü. Məlik Məhəmməd çıxıb 



tükü oda tutdu, at, quş və aslan üçü də hazır oldular. Ata dedi:  

 

– Götür məni Sənavər padşahın vilayətinə! 



 

At dedi:  

 

– Bu yol çox əziyyətli, qorxulu, tilsimli yoldu. Mən səni 



qırx  günə  aparıb  gətirə  bilmərəm.  Yaxşısı  budu,  qoy  səni 

zümrüd quşu aparsın.  

 

Məlik Məhəmməd yol üçün lazım olan şeyləri alıb, özü 



də  zümrüd  quşuna  minib  qalxdılar  göyə.  Bir  neçə  gün  sonra 

zümrüd  quşu  bir  qalaçanın  yanında  düşüb,  Məlik Məhəmmədi 

yerə qoyub dedi:  

 

–  Bax,  Məlik  Məhəmməd,  Sənavər  padşah  indi  bu 



qalaçada olur. Al tükümü, qorxma get, lazım olcaq yandırarsan, 

mən gələrəm.  

 

Məlik  Məhəmməd  quşu  buraxıb  qalaçanın  qapısını 



döydü. Soruşdular:  

 

– Kimsən, kimi istəyirsən? 



 

Dedi:  


 

–  Qəribəm,  bu  gecə  Sənavər  padşaha  qonaq  olmaq 

istəyirəm.  

 

Qapını  açıb,  Məlik  Məhəmmədi  Sənavər  padşahın 



yanına  gətirdilər.  Baxdı  ki,  Sənavər  qoca  bir  kişidi.  Bəli, 

görüşdülər, xoş–beş, on beş, Sənavər ondan soruşdu:  

 

– Nə işin var, bala?! 



 

Məlik Məhəmməd dedi:  

 

– Qibleyi–aləm sağ olsun, mən Gül ilə sənin əhvalatını 



bilməkdən ötrü sənin yanına gəlmişəm.  

 

Sənavər padşah gülüb dedi:  




 

 

166 



 

– Bala, məndən hər nə istəsəydin çox razılıqla verərdim. 

Amma  bunu  deyə  bilmərəm.  Bu  bir  sirrdi  ki,  bunu  gərək  bir 

allah bilə, bir də mən.  

 

Məlik  Məhəmməd  çox  təvəqqe  elədi,  heç  bir  şey 



çıxmadı.  Sənavər  padşah  razı  olmurdu  ki,  olmurdu.  Bir  az 

söhbətdən sonra xörək gəldi.  

 

Məlik  Məhəmməd  baxdı  ki,  qabaqca  ipək  yorğan–



döşəkdə  bir  it  gətirdilər.  Xörəyi  qabaqca  qoydular,  itin 

qabağına. It yeyib doyandan sonra, artığını qoydular göyərçinin 

qabağına.  Göyərçin  yemədi.  Ondan  sonra  bir  adam  kəlləsi 

gətirdilər,  bir  ağacla  onu  döydülər.  Göyərçin  bunu  görəndə 

yanıqlı  bir  ah  çəkib  başladı  yeməyə.  Məlik  Məhəmməd  lap 

qaldı  məəttəl.  Özünü  saxlaya  bilmədi,  Sənavər  padşahdan 

soruşdu:  

 

–  Qibleyi–aləm,  mən  bu  məsələyə  lap  mat  qaldım.  Bu 



nə kəllədi? O nə itdi? O nə göyərçindi? Bu nə məsələdi?  

 

Sənavər padşah gülüb dedi:  



 

–  Elə  bunu  sənə  desəm,  onda  sən  Güllə  mənim 

əhvalatımı bilmiş olarsan. Bu it də, bu göyərçin də, bu kəllə də 

hamısı bu məsələdə olublar.  

 

Məlik Məhəmməd dedi:  



 

 

– Qibleyi–aləm, mənim marağım birə–beş artdı. Ölsəm 



də bu əhvalatı bilməmiş, buradan gedən deyiləm.  

 

Sənavər padşah dedi:  



 

– Indi ki, belədi, mən bu əhvalatı sənə danışaram, ancaq 

bir şərtlə. O da budu ki, əhvalatı danışıb qurtarandan sonra səni 

öldürərəm.  

 

Məlik Məhəmməd razı oldu. Sənavər padşah başladı:  



 

– Mən qırx ölkədən bac–xərac alan bir padşah oğluyam. 

Bu Gül  də  mənim baş  hərəmim idi. Mənim  bir  yaxşı  atım var 

idi  ki,  həmişə  ona  kişmiş  yedirdərdim.  Amma  nə  qədər  xərc 

qoyurdumsa,  bu  günü–gündən  dala  gedib  arıqlayırdı.  Axır  bir 

gün  mehtəri  çağırıb  soruşdum  ki,  balam,  bu  ata  mən  bu  qədər 

xərc qoyuram, bu niyə kökəlmir!  



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə