Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə42/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   38   39   40   41   42   43   44   45   ...   135

 

 

155 



 

Məlik Cümşüd dedi:  

 

– Görmürsüz?  



 

Kürəkənlər  baxdılar  ki,  bu  bir  əntiqə  oğlandı,  özü  də 

deyəsən sövdəgərdi. Dedilər:  

 

– Ay qardaş, bunlardan bir dənə bizə satarsan?  



 

– Çox bahadı ala bilməzsiz.  

 

–  Hər  neçəyə  olsa  biz  alarıq,  qayınatamız  naxoşdu, 



həkimlər  ona  ov  əti  buyurublar,  hər  yeri  axtarmışıq 

tapmamışıq.  

 

Məlik Cümşüd dedi:  



 

– Hə… Çox yaxşı… mən sizə bir ov verərəm, ancaq iki 

şərtlə.  Əvvəla  hərənizin  budundan  bir  damğa  basaram,  ikinci 

də ki, ovun başın özüm kəsərəm.  

 

Ikinci şərt asan şey idi. Nə olar, qoy özü kəssin. Ancaq 



birinci  şərt  bir  az  naqəhətli  idi.  Damğa,  özü  də  buddan… 

kürəkənlər  bir  az  фikirləşdilər.  Əgər  əliboş  qayıdıb 

qayınatalarının 

yanına 


getsələr, 

bu 


başdan–ayağa 

biyabırçılıqdı.  Hamı  da  deyəcək  ki,  iki–iki  öküz  boyda  adam 

gedib  bir  dənə  ov  vura  bilmədilər,  hələ  adlarınını  da  igid 

qoyublar.  Ovu  da  ki,  bu  zalım  oğlu  damğasız  vermir.  Axırda 

böyük kürəkən dedi:  

 

– Ay balam, bizim budumuzu kim görəcək ki, damğanı 



da görə, gəl razı olaq!  

 

Qərəz,  razı  oldular.  Məlik  Cümşüd  bunların  hərəsinin 



buduna bir damğa vurub, əsdər atı kimi nişanladı. Bir ov tutdu, 

yıxdı  yerə,  «dadı  başına,  dadı  başına»  deyə–deyə  başın  kəsdi, 

verdi  bunlara.  Bunlar  gedəndən  sonra  ovları  ötürdü,  atı,  quşu, 

aslanı da azad eləyib, ovun baş ayağını götürüb, gəldi evə. Qız 

bunu görcək dedi:  

 

– Haradan belə? Bunlar nədi?  



 

Məlik Cümşüd dedi:  

 

– Çölə getmişdim. Padşahın kürəkənləri bir ov vurdular, 



kəsib  cəmdəyin  apardılar,  baş  ayağın  da  atdılar  yerə.  Mən  də 

götürüb gətirdim ki, bişirəsən yeyək.  




 

 

156 



 

Qız  durdu  ayağa,  ocağı  yandırdı,  kəlləpaçanı  saldı 

çölməyə.  Təndirəsərin  divarındakı  qurumlardan  da  içinə 

tökülə–tökülə çölmək başladı qaynamağa.  

 

Kürəkənlər  ovu  gətirdilər.  Tez  bişirdilər,  gətirdilər 



padşahın  qabağına.  Padşah  qarnı  tutunca  yedi,  amma  heç  bir 

şey çıxmadı. Heç bir mənффət vermədi. Ətin heç dadı da yox 

idi. Padşahın  ağzında lap  kül  dadı verirdi. Bu tərəфdən  elə  ki, 

bizim  balaca  qızın  bişirdiyi  qurumlu  kəlləpaça  hazır  oldu,  bir 

nəlbəkiyə  bir  az  ətindən,  suyundan  çəkib  apardı  anasının 

yanına  ki,  “atama  pay  gətirmişəm”.  Padşahın  qızdan  o  qədər 

zəhləsi  getmişdi  ki,  yemək  də  istəmirdi,  ancaq  anası  ağlaya–

ağlaya yalvardı ki:  

 

–  Axı  bu  sənin  doğma  qızındı,  indi  bir  qələtdi  eləyib, 



ürəyi sınıqdı, heç olmasa barmağını batır! 

 

Qərəz,  padşah  bir  barmağını  batırıb  yaladı.  Baxdı  ki, 



ədə deyəsən gözləri işıqlanır. De bir tikə də bundan vurdu. Elə 

bil ki, dirildi. Bir  «hə» eyləyib elə nəlbəkini  yerli–dibli ötürdü 

içəriyə.  Azar  dünən  getmisən,  bu  gün,  elə  bil  ki,  padşahın 

dərdinin  dərmanı  bu  qurumlu  kəlləpaça  imiş.  Tamam  sağaldı. 

Sabahısı  əmr  elədi  onları  təndirəsərdən  çıxarıb,  ondan  bir  az 

yaxşı, divarları çatlamış köhnə bir saman damına köçürtdülər.  

 

Məlik  Cümşüd  gündə  gedib  bağa  quş  qovur,  axşamlar 



gəlib qız ilə bir yerdə kasıbçılıq ilə ömrünü keçirirdi. Padşaha 

bir  gün  xəbər  gəldi  ki,  ayrı  bir  padşah  gəlir,  bu  padşahla 

davaya. De hazırlıq başlandı. Foclar bölündü, meymənə verildi 

böyük  kürəkənə,  meysərə  verildi  ortancıl  kürəkənə,  dava 

başlandı.  Axşama  qədər  vuruşdular.  Düşmən  padşah 

qoşununun  lap  əhədini  kəsdi.  O  biri  günkü  davada  padşah 

basıldı,  yaman  qırğın  oldu.  Əgər  xoşbəxtlikdən  axşam 

düşməsəydi, düşmən şəhəri–zadı verli–veran eləyəcəkdi.  

 

Padşahın  gecə  səhərə  kimi  gözünə  yuxu  getmədi. 



Yuxuda  cürbəcür  qorxulu  vəqiələr  görürdü.  Bəli,  səhər  oldu, 

meydan quruldu, hamı girişdi davaya. Bizim Məlik Cümşüd də 

arvadına dedi ki:  



 

 

157 



 

–  Get  atanın  mehtərinə  denən,  mənə  də  bir  qatırdan–

zadan versin, gedim davaya.  

 

 Qız dedi:  



 

– Sən gedib davaya neyləyəcəksən? Gedib yıxılıb ayaq 

altda qalıb ölərsən.  

 

Oğlan dedi:  



 

– Heç olmasa yenə qaraltı olaram ki.  

 

Qərəz,  qız  gedib  mehtərə  dedi.  Mehtər  buna  bir  dənə 



qotur,  axsaq  qatır  verdi.  Məlik  Cümşüd  mindi  qatıra,  taytıya–

taytıya üz qoydu çölə. Gəldi, dərədə qatırdan düşdü. Ayaqların 

bağlayıb yıxdı yerə, cibindən tükü çıxarıb tutuşdurdu oda. Bəli, 

at, quş, aslan üçü də gəldilər. Atın yəhərinə əvvəldən bağlamış 

olduğu  qırmızı  paltarı  geyindi,  yeddi  yerdən  özünü  qıфılbənd 

eyləyib,  quş  kimi  qalxdı  atın  belinə.  Ayaq  üzəngidə,  diz 

qabırğada, üz qoydu dava meydanına.  

 

Düşmən  padşahın  qoşununun  lap  nəфəsini  təng 



eləmişdi.  Qoşun  az  qalırdı  ki,  sınıb  qaçsın.  Padşah  da,  vəzir, 

vəkil  ilə  durub  davaya  tamaşa  edirdi.  Bir  də  gördülər  ki, 

günbatan  tərəфdən  bir  toz  qalxdı.  Tozun  içindən  bir  at  çıxdı, 

yanında aslan, başının üstündə zümrüd quşu, düz birbaş özünü 

vurdu düşmən qoşununun içinə. Bir sağa hücum elədi, bir sola 

hücum elədi, düşmənin içinə bir vəlvələ saldı ki, qələm lazımdı 

yaza. Bir tərəфdən özü, bir tərəфdən at, bir tərəфdən aslan, bir 

tərəфdən quş, daha özün hesabını apar, gör nə olar… Padşahın 

qoşunu  bunu  görcək  qeyrətə  gəlib,  başladı  hücuma.  axşama 

yaxın  xeyli  düşməni  dala  oturtdular.  Elə  ki,  qaranlıq  başladı 

düşməyə, oğlan tez aradan çıxdı. Padşah ha istədi ki, gəlib ona 

kömək edən bu oğlanı bir görüb tanısın ki, kimdi, ancaq oğlan 

çoxdan aradan çıxıb getmişdi. De axşam hamı şad qayıtdı evə. 

Məlik Cümşüd də yenə axsaq qatırı minib taytıya–taytıya gəldi 

evinə.  

 

Sabahısı səhər tezdən yenə durub qatırını minib düzəldi 



yola.  Elə  ki,  dərəyə  çatdı,  tükü  tutuşdurdu  oda.  Yenə  mindi 

atına,  yanında  aslan,  başının  üstündə  zümrüd  quşu,  hücum 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə