Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə39/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   35   36   37   38   39   40   41   42   ...   135

 

 

145 



 

At dedi:- Oğlan, dua elə ki, anan namaz üstə idi. Hərgah 

pilləkənlərin  axırında  yadına  düşsə  idi,  bu  dəm-dəsgah  hamısı 

yox  olmuşdu.  Qərəz,  oğlan  atı  rahat  eləyəndən  sonra  yuxarı 

çıxdı,  gördü  ki,  özlərindən  qabaqda  Keçəpapaq  qırx 

qulluqçusuynan bərabər hazırdılar.  

 

Bunlar burda yaşamaqda olsunlar. 



 

Padşah  o  gündən  ki,  şikardan  qayıtmışdı,  oğlanın 

фikrini  ürəyindən  çıxara  bilmirdi.  Vəziri  çağırıb  dedi:-  Vəzir, 

hazırlaş, sabah şikara çıxacağıq. Vəzir əhvalatı bilirdi. Istəyirdi 

ki,  birtəhər  padşahın  başından  şikar  фikrini  çıxarsın.  Onun 

üçün padşaha dedi: 

- Qibleyi-aləm, bir az başımız qatışıqdı, gəl şikarı təyin eləyək 

bir neçə gündən sonraya. Padşah bu səфər vəzirin sözünü qəbul 

eləməyib dedi: 

-  Mən  nə  deyirəm,  ona  qulaq  as,  sabah  şikara  çıxmalıyıq,  özü 

də  həmin  o  dəyirmançı  oğlunun  çəmənliyinə.  Qərəz,  vəzir 

naəlac  qalıb  padşahın  sözünü  qəbul  elədi.  Sabah  oldu,  padşah 

vəzir, əyanlar, bir qədər də qoşun götürüb yola düşdülər. Oğlan 

qalaçada oturub söhbətə məşğul idi. Bir də gördü ki, qatırların 

ucu açıldı. Elə güman elədi ki, padşah şikara çıxmışdı. Bu dəфə 

qəzəblənib  Qırx  Qönçə  xanıma  dedi  ki,  mən  gedib  padşaha 

deyəcəyəm ki, birinci dəфə sənə hörmət elədim. Ikinci dəфə nə 

haqnan bizim çəmənliyə səyahətə gəlmisən. Qırx Qönçə xanım 

əhvalatı bilirdi. Oğlanı soyudub dedi:   

-  Ayıbdı,  necə  olsa,  yenə  padşahdı,  biz  gərək  onu  qonaq 

çağıraq.  Sən  sabahdan  get,  padşahı,  vəzirini,  baş  hərəmini  və 

bir  neçə  adamını  da  qonaq  çağır.  Oğlan  Qırx  Qönçə  xanımın 

sözünə baxıb getdi. Padşah yenə çəmənlikdə oturub eyş-işrətlə 

məşğul  idi.  Birdən  oğlanı  görüb  yenə  фikri  dağıldı.  Oğlan 

padşaha  yanaşıb,  təzim  eləyib  salam  verdi.  Padşah  salamı 

alandan  sonra  oğlanı  öz  yanında  oturtdu.  Yemək-içməkdən 

sonra oğlan ayağa qalxıb ehtiramnan padşaha dedi: 

-  Sabah  zəhmət  çəkib  öz  vəzir,  vəkil,  bir  də  hərəmləriniznən 

bizə qonaq gələrsiniz.  



 

 

146 



 

Padşah  razı  oldu.  Bir  gün  qabaq  oğlan  çoxlu  ov 

vurmuşdu.  Qırx  Qönçə  xanım  əmr  elədi  ləzzətli  təamlar  hazır 

olundu.  Vaxt  oldu,  padşah  dəstəsiynən  oğlana  qonaq  gəldi. 

Padşah,  əyanlar  qaydaynan  oturub  çay  içəndən  sonra  yeməyə 

başladılar.  Qırx  Qönçə  xanım  süфrəyə  oturandan  qabaq,  iki 

balaca it küçüyü hazır eləmişdi. Birinci tikəyə başlayanda, Qırx 

Qönçə  xanım  küçükləri  içəri  buraxıb  süфrəyə  çağırdı.  Böyük 

nimçədə  onların  qabağına  yemək  qoydu.  Padşahın  baş  hərəmi 

bu əhvalatı görüb, payız  yarpağı kimi əsməyə başladı. Vəzirin 

rəngi  qaçdı.  Əlqərəz,  bunlar  özlərini  itirmişdilər.  Padşah  bu 

işdən xeyli rəncidə oldu, ancaq məsələni öz ürəyində o yan-bu 

yana  çevirirdi.  Təam  yeyiləndən  sonra  padşah  özünü  saxlaya 

bilməyib, Qırx Qönçə xanımdan əhvalatı xəbər aldı.  

 

Padşah bir az da qəzəblənib getmək istədi. Qırx Qönçə 



xanım  özünü  itirməyib  cavab  verdi.  Padşah  burda  bir  sirr 

olmasını  bilib,  sözün  dalısına  qulaq  asdı.  Qırx  Qönçə  xanım 

yenə sözünə davam eləyib dedi: 

-  Padşahım  sağ  olsun,  bir  insannan  itin  süфrədə  xörək 

yeməsində  nə  böyük  iş  varmış?  Padşah  tez  barmağını  dişlədi, 

qəzəblənib  işin  həqiqətini  bilmək  istədi.  Qırx  Qönçə  xanım 

ayağa  durub  oğlanın,  qızın  əlindən  tutdu,  padşahın  yanına 

gətirib dedi: 

- Qibleyi-aləm, bu sənin oğlun, bu da sənin qızın, mən də sənin 

gəlinin.  

Keçəpapağı da gətirib dedi: 

- Bu da sənin yeznəndi. 

 

Padşah o saat əmr edib vəziri, baş hərəmi, qarını, bir də 



həmin  mama  ki,  uşağı  tutmuşdu  onu  dəli  qatırın  quyruğuna 

bağlayıb,  qatırı  qovdurdu.  Bir  azdan  sonra  hər  tikələri  bir  daş 

arasında  qalıb  öldülər.  Padşah  əmr  elədi  naxırçı  qızını 

gətirdilər.  Hər  gün  xörəklərin  artığını  yeyən  bu  arvad  əriyib 

çöpə  dönmüşdü.  Arvad  gəlib  oğlunu,  qızını  gördü,  əhvalatı 

bilən  kimi  ürəyi  keçib  qəşş  elədi,  tez  gülab  səpib  bunu 

ayıltdılar. Qırx gün, qırx gecə toy eləyib, naxırçı qızını da baş 



 

 

147 



hərəm  yerinə  qoyub  keyф  elədilər.  Yedilər,  içdilər, 

mətləblərinə çatdılar. 

 

 



 

 

148 



Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi 

 

 

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın 



malının,  dövlətinin  həddi–hesabı  yox  idi.  Amma  özündən 

sonra,  gözündə  çıraq  yandıran  heç  bir  uşağı  yox  idi.  Bu  фikir 

padşahı  salmışdı  malxulyaya.  Bir  gün  bir  dərviş  gəldi  qapıya. 

Baxdı ki, padşah çox фikirdədi. Dedi:  

 

– Padşah sağ olsun, sənə nə olub, de bəlkə dərdinə çarə 



elədim.  

 

Padşah dedi:  



 

–  Eh,  bütün  həkimlər,  təbiblər  yığıldı  bir  çarə  eləyə 

bilmədilər, sən neyləyəcəksən?  

 

– Sən de, padşah, mən çarə edərəm.  



 

Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi:  

 

– Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının 



birinə  ver!  Doqquz  aydan  sonra  hər  arvaddan  bir  oğlun  olar. 

Ancaq bu şərtlə ki oğlanlarının biri mənimdi.  

 

Padşah  razı  oldu.  Dərviş  ona  üç  alma  verib  getdi. 



Padşah dərvişin tapşırdığı kimi hər almanın bir üzünü özü yedi, 

bir üzün də arvadlarına verdi. Doqquz ay, doqquz gün, doqquz 

saat,  doqquz  dəqiqə,  doqquz  saniyədən  sonra  padşahın  hər 

arvaddan  bir  oğlu  oldu.  Birinin  adın  qoydular  Məlik 

Məhəmməd, birinin adını Məlik Əhməd, üçüncüsünün də adın 

qoydular Məlik Cümşüd. Bəli, bu uşaqlar böyüdülər. Xoruzlar 

banladı,  səhərlər  açıldı,  çaqqallar  uladı,  axşamlar  oldu,  günlər 

dolandı,  illər  keçdi,  bu  oğlanlar  on  beş–on  altı  yaşlarına 

çatdılar.  Padşah  hərdən  oğlanlarının  boyuna  baxıb  фəxr 

eləyirdi. Bunlar belə yaşamaqda olsunlar, günlərin bir günündə 

dərviş  qapını  döydü.  Bunu  ötürdülər  padşahın  yanına.  Padşah 

bunu  görcək  vədəsi  yadına  düşdü.  Əhvalı  qarışdı.  Dərviş 

oturdu, bir az o yandan, bu yandan söhbət edəndən sonra, gəldi 

çıxdı mətləbin üstünə ki:  

 

– Padşah sağ olsun, əhdi minəlbəфa!  




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə