Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə47/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   43   44   45   46   47   48   49   50   ...   135

 

 

170 



 

–  Mən  bunu  öyrənmək  üçün  minlərcə  adamları  daş 

eləmişəm.  Indi  ki,  sən  öyrənib  mənə  dedin,  ala  hamısın 

dirildim,  verim  sənə.  Ancaq  Sənavər  Gülü  elədisə,  gör  indi 

Gülün bacısı Sənavərin başına nə işlər gətirəcək… 

 

Qarı bir əфsun oxudu, daşlar hamısı oldu adam. Məlik 



Məhəmməd qardaşlarını tapdı. Gəlib Məlik Cümşüdün arvadını 

da götürüb öz vilayətlərinə getdilər.           

               

 

 

 

 

 



 

 

171 



Adil padşahın nağılı 

 

Biri  vardı,  biri  yoxdu,  yer  varıdı,  göy  yoxdu,  amma 

yerin  üsdündə  bir  padşah  vardı...  Onun  ədli,  insafı  bütün 

vilayətə  yayılmışdı.  Deyillər  ki,  bu  padşah  nəfəs  alanda  dağ–

daş,  otdar  sevinərdi  ki,  bizim  ətrimizi,  havamızı  udur,  məfəs 

verəndə gül, ətir qoxsu gələrdi. 

Onun  məmləkətində  aj–yalavaş  yoxudu.  Torpax 

arzusunda olana  torpax, mal–mülk  istəyənə mal–mülk  verərdi. 

O  qədər  səxavətliydi  ki,  Allah–tala  da  onnan  varın  qısmazdı. 

Xəzinəsi  ha  dolub  daşardı.  Amma  ki,  bu  paşahın  züriyyəti 

yoxuydu. Elə fikir eləyirdi ayə mənnən sora bu məmləkəti kim 

yolluyub  yola  verəcəh.  Padşah  çox  fikirrəşdi,  az  fikirrəşdi, 

böyüh vəziri yanına çağırıb dedi: 

Vəzir,  sən  bilisən  mənim  səltənətimdə  bir  ocax 

yandıranım,  bir  tüstü  çıxardanım  yoxdu.  Mən  istiyirəm  taxtı–

tacımı  elə  bir  adama  verim  ki,  mənnən  sora  rəyyətim  yenə 

halallıxdan sapıxmasın, bu vilayət dağılıb getməsin. 

Vəzir  bir  az  fikirrəşdi  dedi  ki,  paşşah  sağ  olsun  nə  tər 

desən həylə  də  bir  yön qılarıx,  inşallah hər  şey sənin  ürəyincə 

olar.  Paşah  taxtınnan  "Ya  Allah"  deyib  qalxdı.  Vəzirinə  əmr 

etdi  ki,  bu  ölkədə  nə  qədər  halal  adam  var,  caar  gətdir, 

sarayıma yığ, deynən padşahın fərmayışıdır. Qoy onnar gəlsin, 

mənim onnara tapşırığım var. 

Vəzir  padşahın  dediyi  kimi  də  elədi.  Vilayətin  hər 

yanına  adam  saldırdı  el  –  obada  kimi  halal  bildilər  padşahın 

sarayına göndərdilər. 

Elə ki, sabah açıldı, üzuza xeyirri sabahlar açılsın şahın 

sarayına xeyli halal adamnar cəmləşdi. Padşaha xəbər apardılar 

ki,  qibleyi  –  aləm  sağ  olsun  fərmayışınıza  kimininsə  malı  – 

mülkündə  gözü  qalmıyan,  halal  əkib  –  halal  biçənnər  saraya 

təşrif gətiriblər. 

Şah  xeyli  sevindi  onu  gözdüyənnərin  yanına  gəldi. 

Ağsaqqal qarasaqqal nə  xərtəm halal adam vardı, hamısına bir 



 

 

172 



– bir nəzər elədi. Əmma nədənsə padşahın gözdəri donux, bət – 

bənizi  soluxmuş  görükürdü.  O  bütün  səfin  qabağından  keçib 

taxtına əyləşdi. Əlini – əlinə vurup əmr etdi: 

–  Vəzir,  söylə  mənim  amanatdarımı  gətirsinnər.  Vəzir 

baş,  əyib,  dalı –  dalı  qapıdan  çıxdı. Bir az keşdi  nökər  –nayib 

əllərində  gül  dipçəyi  saraya  varid  oldular.  Padşah  yerinnən 

qalxdı hər halal adama bir dibçəh bir də bir tum verdi. Sora da 

əmr etdi ki, 40 günnən sora hər kəs becərdiyi güllə burda əmrə 

müntəzir olsunnar. Hər  kimin gülü  lap şux olsa, lap  ətirri  olsa 

bilsin  ki,  bu  varıdat,  bu  taxtac  ona  çatacax.  Baş  əyib  bir  –  bir 

mürəxxəs oldular. 

Günnər  keşdi,  vədə  tamam  oldu  əmma  padşahın 

gözdərində  bir  intizar,  üzündə  bir  təlaş  vardı.  Elə  bil  bu  Adil 

paşşah ayağ üstə bir müqəvvəydi. Heş dinib danışmırdı. 

Elə  ki,  sabah  açıldı,  üzuza  bir  də  xeyirri  sabahlar 

açılsın, halallar cəm oldu saray doldu ətiriynən. Padşaha xəbər 

getdi ki, bə adamlar gəlib, saray hələ belə behiş ətri görmüyüb. 

Şahın  qaş  –  qabağı  açılmırdı.  Eşdə  də  bir  göy  guruldayıp  bir 

yağış yağırdı ki, tut ucunnan çıx göyə. 

Padşah asta – asta bu halaladamların yanına gəldi. Hərə 

öz  dipçəyindəki  gülü  padşahın  qabağına  qoyub.  Təzim  edib 

dipçəyinin  yanında  durur.  Əmma  bu  adamnarın  içində  bir 

yetim cuvanəzən vardı ki, bət – bənizi ağappax idi. O, nə qədər 

əlləşmişdi  toxum  göyərməmişdi.  Heş  bura  gəlməx  də 

istəməmişdi.  Padşahın  onu  öldürəcəyinnən  qorxurdu.  Ancax 

anası demişdi ki, bala get gör təzə padşah kim olacax, barı səni 

orda görsün, bizdə kasıblığın daşın atax. 

Padşah  asta  –  asta  gəlib  bu  cuvanəzənin  qabağında 

durub təəccüblə ona baxdı, hökmlə dedi: 

–  Sən  niyə  mənim  fərmayışimi  pozmusan.  Hanı  səən 

gülün? 

Oğlan,  bu  yetim  ağappax  oldu,  qorxudan  dili  –  ağzı 



təpidi. Hannan hana bir tər gücünü yığıb dedi: 


 

 

173 



– Ey Adil padşah, Allah da şahıddır ki, mən naxələflih 

eləməmişəm.  Əmma ha  ona su  verdim,  ha  günə  görsətdim,  ha 

istiyə qoyub, sərinə daşıdım heş nə bitmədi ki, bitmədi. Bilirəm 

padşahın  fərmayışınnan  çıxanın  başı  kəndirdə  olur.  Ey  adil 

padşahı, sənnən bir ricam var. Məni öldürəsən, bilirəm. Əmma 

bir  qoca  anam  var.  Onun  kimi  –  kimsənəsi  yoxdu.  Ona  bir  az 

puldan – paradan ver ki, məndə ərxəyin gedim o dünyaya. 

Padşah səssiz – səmirsiz qəyıdıb taxtına çıxdı. O yetim 

cuvanəzəni  yanına  çağırdı.  Hamı  qorxu  içində  uşağa  baxırdı. 

Padşah  gülümsünüp  yerindən  qalxdı,  bu  cuvanəzənin  öz 

yerində taxdında əyləşdirdi, başınnan tacını götürüp dedi: 

Ey mənim  rəyyətim.  Bilin  və ağah olun.  Şükürər olsun 

məni  yaradana ki, Allah məni namud qoymadı. Məmləkətimin 

halal  adamı  elə  bu  oğlandı.  Mən  bütün  tumları  bişirip 

vermişdim  bu  adamnara.  Bilirdim  ki,  heç  nə  göyərmiyəcəh. 

Onnar  halal  olsalar  da  var  –  dövlət,  mal  –  mülk,  tax  –  tac 

hamısın  yoldan  çıxatdı. Bircə  bu  yetim  uşax haxdan  dönmədi. 

Odu ki, mən də sizi bu halal adama amanat etdim. 

Hamı çox şad oldu. Yağış kəsdi, gün  çıxdı. Göydən üç 

alma düşdü. Biri mənim, bir nağıl dənin, biri də özümün... 



 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə