Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə49/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   45   46   47   48   49   50   51   52   ...   135

 

 

177 



çıxdı.  Atlar  üz  qoydular  çeşməyə  tərəф  getməyə.  Oğlan  yerin 

möhkəmləndirib  kəməndi  hazırladı.  Atlar  gəlib  çeşməyə 

çatdılar. Oğlan baxdı qabaqdakı ata, gördü doğrudan da at bir 

atdı ki, Qırat onun yanında bir pula dəyməz.  

 

Oğlan kəməndi atdı atın boynuna. At iki əlləri üstündə 



qalxdı göyə, oğlanı çəkdi, oğlan düz düşdü onun belinə. At bir 

də qalxdı ki, onu vursun yerə, oğlan dedi: 

 

– Ay at, Süleyman eşqinə dayan!.. 



 

At həzrət Süleymanın adını eşitcək dayandı. Oğlan onu 

dəhnə  çilov  vurub,  başın  döndərdi.  Daldan  nə  qədər  qışqırtı, 

bağırtı  gəldisə,  oğlan  dönüb  baxmadı,  birbaşa  atı  sürdü.  Beş 

günə  gəldiyini  iki  saatda  keçib  qocanın  olduğu  şəhərə  çatdı. 

Oradan  keçib  birbaş  yola  düzəldi.  Gəldi  haman  üç  yolun 

ayrıcına yetişdi. Daşın altına baxıb gördü ki, üzük ordadı. Bildi 

ki,  hələ  qardaşları  qayıtmayıblar.  Odu  ki,  üz  qoydu  ortancıla 

qardaşının getdiyi yola. Günə bir mənzil gəlib çatdı bir şəhərə. 

Şəhərin  qırağında  düşüb  atın  tükündən  bir  az  çəkdi,  özü  girdi 

şəhərə,  baxdı  ki,  möhkəm  acıb,  dedi:  Gedib  bir  az  yemək 

yeyim.  Bu  фikirnən  gəlib  bir  aşbaz  tükanına  girdi.  Əyləşib 

xörək istədi. Aşpaz şəyirdi xorək gətirəndə oğlan gördü ki, öz 

qardaşıdı, soruşdu:  

 

– Bəs qardaş, bu nə hal?  



 

Qardaşı  dedi:  –  Qardaş  işim  tutmadı,  heç  bir  şey  tapa 

bilmədim.  Axırda  aşpazxana  sahibinə  yataqxana  pulu  verə 

bilmədiyimə görə, indi məni burda şəyird eləyib işlədir. Oğlan 

onun borcunu verib aşpazdan aldı, şəhərdən də ona bir at aldı, 

sonra da lazım olan başqa şeylər alıb şəhərin qırağına gəldilər. 

Oğlan 

cibindən 



Süleymani–Ərəbatın 

tükünü 


çıxarıb 

tutuzdurdu.  Süleymani–Ərəbat  badi–sərsər  kimi  gəldi.  Hər  iki 

qardaş  mindi,  sürüb  birbaş  çatdılar  üç  yolun  ayrıcına.  Daşın 

altına  baxıb  gördülər  ki,  üzük  ordadı.  Kiçik  qardaş  ortancıla 

dedi:  

 

– Qardaş, sən qal burda, mən gedim böyük qardaşımızın 



dalınca.  


 

 

178 



 

Ortancıl  qardaş  orda  qaldı,  bizim  bu  kiçik  mazarat 

üçüncü yola düzəldi. Az getdi, çox getdi, gəlib bir şəhərə çatdı. 

Baxdı  ki,  böyük  bir  qəsr  var.  Bu  qəsrin  balaxanasında  bir  qız 

oturub, bir qız oturub ki, gözəlliyi göylərdən bac istəyir. Amma 

qəsrin  qabağında  bir  dəstə  фəhlə  palçıq  ayaxlayır.  Oğlan 

yanaşdı  фəhlələrə  ki,  soruşsun  görsün,  bu  balaxanadakı  qız 

kimdi.  Bir  də  nə  gördü?!  Böyük  qardaşı  фəhlə  paltarında 

qıçlarını da çirmələyib, burada palçıq ayaxlayır. Bunu görəndə 

oğlanın az qaldı ki, ruhu bədənindən uçsun, dedi:  

 

– Qardaş, bu nə haldı?  



 

Qardaşı dedi: 

 

– Qardaş, bu qızı ki görürsən, bu Bili–Bilqeyis xanımdı. 



Hazarandastan gülü ilə, Hazarandastan bülbülü də ondadır. Bu 

palçıq ayaxlayanlar da ki, hərəsi bir padşahın oğludu. Gəliblər 

ki,  onu  alsınlar.  O  da  hər  gələnnən  güləşib  yıxıb,  hər  yıxılana 

beləcə ömrünün axırınacan burada palçıq ayaqlatdırır.  

 

Oğlan dedi:  



 

–  Qorxma,  qardaş,  bu  saat  onun  saçlarını  əlimə 

dolayaram.  

 

Başını yuxarıya qaldırıb dedi:  



 

– Qız, düş aşağı! 

 

Qız dedi:  



 

– Nə istəyirsən?  

 

Oğlan dedi:  



 

– Sənnən güləşmək istəyirəm.  

 

Qız gülüb dedi:  



 

–  Bir  baxginən  bu  palçıq  ayaxlayanlara.  Bunlar  hərəsi 

bir  pəhləvandı.  Indi  burda  palçıq  ayaxlayırlar.  Mənim  sənə 

yazığım  gəlir.  Sən  yaxşı  bir  oğlansan,  özünü  bədbəxt  eləmə, 

çıx get!  

 

Oğlan dedi: 



 

–  Uzun  danışmağın  yeri  yoxdu.  Bunları  da  görürəm, 

səni də, düş gəl yerə!  

 

Qız dedi:  




 

 

179 



 

–  Get  oğlan,  sənin  ağzından  hələ  süd  qoxusu  gəlir. 

Anan yazıqdı, sənin hələ bələnməli vaxtındı, get özünü bədnam 

eləmə!  


 

Oğlan dedi:  

 

–  Sənin  cənginə  indiyə  kimi  görünür  ki,  pəhləvan 



düşməyib,  indi  məndən  gözün  qorxduğuna  görə  aşağı  düşə 

bilmirsən.  

 

Qız hirsləndi: 



 

–  Oğlan,  mən  sənə  qıymırdım,  sənə  yazığım  gəlirdi. 

Indi  ki,  sən  belə  danışdın,  çox  yaxşı,  gəl  güləşək.  Ancaq  bir 

şərtnən.  Sən  məni  yıxa  bilsən,  ixtiyar  sənindi,  nə  istəsən  elə, 

mən səni yıxdım başını kəsəcəyəm.  

 

Oğlan dedi:  



 

– Mən razıyam, şərtin gözüm üstə.  

 

Meydan sulandı, süpürüldü, küştü başlandı. Üç gün, üç 



gecə  güləşdilər.  Oğlan  axır  canın  dişinə  yığıb  bir  tilişdirmə 

vurub qızın arxasın qoydu yerə.  

 

Qız dedi:  



 

– Ixtiyar sənindi, öldürə bilərsən.  

 

Oğlan əlini onun kürəyinə vurdu. Qız dedi:  



 

– Bu gündən mən sənin qulunam.  

 

Oğlan  palçıq  ayaxlayanların  hamısını  azad  elədi. 



Hazarandastan bülbülünü, Hazarandastan gülünü, Bili–Bilqeyis 

xanımı,  bir  də  ki,  qardaşını  götürüb  yola  düşdü.  Günə  bir 

mənzil gəlib çatdılar üç yolun ayrıcına, gördülər ortancıl qardaş 

orda  bunların  yolunu  gözləyir.  Çadırlar  quruldu,  qazanlar 

asıldı, yedilər, içdilər, hərə öz çadırına yatmağa getdi. Gecə nə 

ortancıl qardaşın, nə də böyük qardaşın gözünə yuxu getmədi. 

Onlar  bilmirdilər  ki,  atalarının  yanına  nə  üzlə  çıxacaqlar. 

Gecənin  bir  vaxtı  böyük  qardaş  durub  getdi  ortancıl  qardaşın 

yanına. Bir az götür–qoy eləyəndən sonra bu qərara gəldilər ki, 

qardaşlarının  əl–ayağını  bağlayıb  salsınlar  quyuya.  Onun 

gətirdiyi  bütün  bu  şeyləri  aparıb  öz  adlarından  versinlər 

padşaha.  




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə