Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə46/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   42   43   44   45   46   47   48   49   ...   135

 

 

167 



 

Mehtər cavabında mənə dedi:  

 

–  Qibleyi–aləm  sağ  olsun,  at  haradan  kökəlsin  ki, 



gündüzlər yedirdib, gecələr səhərə kimi minirsən.  

 

Mən  фikrə  getdim,  necə  yəni  gecələr  səhərə  kimi 



minirsən.  Mən  gecələr  atı  minmirdim.  Bunu  minən  kimdi? 

Ancaq  bu  barədə  bir  söz  deməyib  onu  mürəxxəs  elədim. 

Фikrim bu idi ki, gecə mənim adımla atımı minəni tutum. Ona 

görə  də  gecə  özümü  yuxuya  vurub  gözləyirdim  ki,  görüm 

mehtəri kim səsləyəcək. Gecənin bir vaxtı gördüm ki, arvadım 

Gül  yavaşca  yanımdan  durdu.  Mənə  diqqətlə  baxdı  ki,  görsün 

yatmışam,  ya  yox.  Mən  də  bunu  görüb  özümü  lap  yuxuluğa 

vurdum. Elə bil ki, bir ildi yatmışam. Elə ki, Gül arxayın oldu 

ki,  mən  yatmışam,  mənim  paltarımı  geydi,  qılıncımı  çəkib  üç 

dəфə  başımın  üstündə  silkələdi,  sonra  yavaşca  qapıdan  çıxdı. 

Baxdım ki, həyətdə mehtəri çağırır.  

 

– Mehtər, atı ver!.. 



 

Mehtər atı gətirdi. Özü də yazıq deyirdi:  

 

–  Görürsənmi,  qibleyi–aləm.  Gecələr  belə  minirsən, 



səhər də məni danlayırsan ki, at niyə arıqlayır? Ta mən başıma 

nə kül töküm?  

 

Arvadım  Gül  bunun  sözlərinə  qulaq  asmayıb,  heç  bir 



cavab  da  verməyib  atı  minib,  yola  düzəldi.  Mən  də  yallah 

bunun  dalınca…  Gethaget,  gedib  bir  dağa  çıxdıq.  Dağın 

dibində Gül atdan düşüb bağladı, özü girdi mağaraya. Mən də 

onun  dalınca  özümü  mağaraya  soxub  qaranlıq  bir  bucaqda 

gizləndim.  Həmən  ipək  yorğan–döşəkdə  gördüyün  bu  it  də 

mənim  yanımca  evdən  gəlmişdi.  Baxdım  ki,  mağarada  yekə 

bədənli bir lotu əyləşib, özü də bir kiфirin biri. Gül özün verdi 

lotunun  yanına.  Lotu  heç  ona  фikir  də  vermədi.  Gül  qaravaş 

kimi  bir  az  qapıda  durdu,  durdu,  axırda  qabağa  gedib  qolun 

lotunun  boynuna  saldı.  Lotu  onu  itələyib  yıxdı  yerə,  qışqırdı 

üstünə ki:  

 

– Indiyə kimi hansı cəhənnəmdəydin? 



 

Gül ağlaya–ağlaya onun qabağında diz çökdü ki:  




 

 

168 



 

– Vallah ərimi indicə yuxuya verib gəlmişəm.  

 

Lotu  ona  bir  sillə  vurdu.  Gül  ona  yalvarmağa  başladı. 



Düzü  bu  mənə  çox  ağır  gəldi.  Mən  Sənavər  padşah  olum, 

mənim  baş  hərəmimi  bir  itin  birisi  sillə  ilə  vursun.  Lotu  ilə 

əlbəyaxa olduq. Az qalmışdı ki, lotunu yıxım, bir də baxdım ki, 

öz  arvadım  Gül  lotuya  kömək  eləyir  ki,  məni  öldürsün.  Bu 

hində həmin bu it mənim harayıma çatdı. Daldan lotunu yırtıb, 

mənə  kömək  elədi.  Lotunu  öldürdük,  Gülü  də  götürüb  evə 

gəldim.  Elə  qapıya  yetişəndə  Gül  arxadan  mənim  başıma  bir 

ağac vurub dedi:  

 

– Indi ki, sən mənim sevgilimi öldürdün, ol it!  



 

Mən  oldum  qotur  bir  it,  düşdüm  küçələrin  canına.  Iki 

gün  ac  küçə–bacanı  gəzdim.  Axırı  sürünə–sürünə  gəlib  bir 

qəssab  dükanının  yanına  çıxdım.  Deyəsən  qəssabın  mənə 

yazığı gəlirdi. Ancaq mənə nə qədər sümük atdısa itlər boğub 

əlimdən aldı. Itdikdə heç əlim yox idi, açıq görürdüm ki, mən 

iki–üç  günə  acından  ölərəm.  Gözlədim,  qəssab  axşam  dükanı 

bağlayıb  evinə  gedəndə,  mən  də  düşdüm  onun  dalına.  Gedib 

yetişdik,  qəssab  girdi  həyətə,  mən  də  onun  dalınca.  Qəssabın 

qızı oturmuşdu həyətdə. Elə mən həyətə gircək saçlarını üzünə 

töküb qışqırdı.  

 

– Dədə, bu nəməhrəm kişini niyə həyətə gətirmisən?  



 

Qəssab  o  yana,  bu  yana  baxıb  məəttəl  qalmışdı  ki, 

naməhrəm kişi kimdi?  

 

Qız dedi:  



 

– Dədə, bu it Sənavər padşahdı.  

 

– Ay qız, kəs səsini! O nə sözdü? Sənavər padşah eşidər 



dərimizə saman təpər.  

 

– Vallah, bu Sənavər padşahdı. Bunu yəqin arvadı Gül 



bu hala salıb. Mən bu saat bunu sağaldaram.  

 

Bunu  deyib  qız  bir  kasa  su  gətirdi,  bir  əфsun  oxuyub 



pülədi  suya,  tökdü  mənim  başıma.  Sonra  çubuqla  məni  vurub 

dedi: «Ol Sənavər padşah».  




 

 

169 



 

Mən  oldum  Sənavər  padşah,  qayıtdım  evə,  gəldim 

qapıya,  evə  gircək  Gül  məni  gördü,  əlindəki  çubuqla  məni 

vurub dedi:  

 

–  Ol  eşşək.  Mən  oldum  eşşək.  Elə  küçəyə  çıxcaq  bir 



rəncbər  kişi  məni  sahibsiz  görüb  tutdu.  Axşama  qədər  mənə 

küləş  daşıtdı.  Belim  ta  lap  yağır  olmuşdu.  Axşam  birtəhər 

əkilib  yenə  özümü  qəssabın  dükanına  yetirib  düşdüm  onun 

dalına.  Bəli,  qəssab  da  məni  sahibsiz  görüb  kəmal–ehtiramla 

qıçların  aşırdı  üstümə,  evinəcən  məni  mindi.  Həyətə  girəndə 

qız yenə məni tanıdı. Yenə əфsun oxuyub, məni əvvəlki halıma 

qaytardı. Özü də dedi:  

 

–  Əgər  bu  dəфə  də  Gül  фürsət  tapıb  səni  heyvandan–



zaddan eləsə, ta sənin dərmanın yoxdu, ala bu çubuğu, bu dəфə 

də sən çalış onu bir şey elə!  

 

Çubuğu  alıb  evə  gəldim.  Qapını  döydüm.  Elə  Gül 



çıxcaq,  фürsət  verməyib  çubuqla  onun  başından  vurdum. 

Ancaq ürəyimdən gəlmədi ki, onu başqa heyvan eləyim, dedim 

«ol göyərçin!». Sonra padşahlıqdan əl çəkib bunları da götürüb 

çəkildim  bu  qalaçaya.  Indi  qabaqca  xörəyi  verirəm  itə,  it 

doyandan sonra artığını verirəm ona. Yemək istəmir onda mən 

də o lotunun kəlləsini döydürürəm. O kəllənin döyülməyinə tab 

eləyə  bilməyib  xörəyi  yeyir.  Indi  bala,  bil,  gör,  Gül  Sənavərə 

neynəyib, Sənavər Gülə neynəyib?  

 

Oğlan dedi:  



 

– Sağ ol, indi ixtiyarın var məni öldürəsən. Ancaq izin 

ver çıxım dəstəmaz alım, gəlim, iki rükət namaz qılım, sonra.  

 

Sənavər padşah razı oldu. Bilirdi ki, qalaçanın divarları 



uca, qapısı da bağlı, oğlan heç bir yerə qaça bilməyəcək. Məlik 

Məhəmməd çıxıb qalaçanın həyətinə, quşun tükünü oda tutdu. 

Quş gəldi, minib qalxdı göyə.  

 

Qırxıncı  gün  qarı  bir  də  gördü  ki,  bir  şey  gurultu  ilə 



düşdü  həyətə.  Çıxıb  gördü  ki,  Məlik  Məhəmməddi.  Məlik 

Məhəmməd  bütün  Sənavər  padşahdan  öyrəndiklərini  bizim 

bildiyimiz kimi ona danışdı. Qarı dedi:  



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə