Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə44/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   40   41   42   43   44   45   46   47   ...   135

 

 

161 



gəlir.  Burasını  deyim  ki,  bu  qardaşların  üçü  də  yaman  bir–

birinə oxşayırdılar.  

 

Kəllə buna dedi:  



 

–  Məlik  Cümşüd,  bə  niyə  belə?  Bəs  bu  siфətə  niyə 

düşmüsən?  

 

Oğlan elə qardaşının adını eşitcək ürəyi tappıldadı, öz–



özünə  dedi:  «aha  yaxşı  oldu  ki,  o  məni  Məlik  Cümşüd  bildi. 

Indi  mən  bütün  işləri  bilərəm».  Kəllə  elə  doğrudan  da  onu 

Məlik Cümşüd bilmişdi.  

 

Məlik Əhməd dedi:  



 

– Başıma çox qəzalar gəldi, kəllə!... 

 

Kəllə dedi:    



 

– Eybi  yoxdu, ondan ötrü niyə ürəyini sıxırsan? Bax o 

ki,  dərvişin  qalaçasını  görürsən,  get  atı,  aslanı,  zümrüdü  gör, 

sonra gələrsən yanıma.  

 

Məlik  Əhmədin  keyфi  lap  başladı  üştürünki  vurmağa. 



Özün  birbaş  verdi  qalaçaya.  Bir–bir  otaqları  gəzirdi  ki,  bəlkə 

qardaşından bir əsər tapa bilə. Ta ki, gəzə–gəzə  gəlib qırxıncı 

otağa  çatdı.  Baxdı  ki,  bir  at  yanında  bir  balası,  bir  aslan 

yanında  bir balası, bir də bir zümrüd quşu yanında bir balası, 

burada  bağlanıblar.  Bunlar  da  onu  Məlik  Cümşüd  bilib, 

soruşdular:  

 

–  Ey  Məlik  Cümşüd,  bu  nə  işdi,  bə  bizim  balalarımızı 



neynədin?  

 

Məlik Əhməd tez cavab verdi: 



 

– Deməyə də utanıram. Başıma çox qəzalar gəldi. Sizin 

yanınızda lap üzüqarayam.  

 

At onun sözünü kəsdi:  



 

– Ondan ötrü niyə ürəyini sıxırsan? Ala bu biri balamı 

min!    

 

Zümrüd dedi:  



 

– Ala mən də bu biri balamı verim sənə.  

 

Aslan dedi:  



 

– Al, bu da mənimki, götür qurban olsun sənə!  




 

 

162 



 

Məlik  Əhməd  atı  mindi,  quş  başının  üstündə,  aslanın 

balası  yanında,  üz  qoydu  yola.  Elə  bir  az  getmişdi  ki,  kəllə 

atılıb çıxdı bunun qabağına.  

 

–  Dayan,  Məlik  Cümşüd,  görürəm  başına  gələn  qəza–



qədər  sənin  фəhmini  qaraldıb.  Mən  sənə  dediyim  sular 

buradadı.  Yenə  birinci  ağ  suda  çim,  sonrakı  qırmızı  sudan 

yanaqlarına sürt, qara sudan qaşlarına, kirpiklərinə çəkib sonra 

gedərsən.  

 

Məlik  Əhməd  başa  düşdü  ki,  qardaşı  həmin  bu 



yollardan  keçib,  bu  şeyləri  də  eləyib.  Atı  vurdu,  yola  düşdü. 

Kəlləni dediklərinin hamısını eyləyib. Qardaşı Məlik Cümşüdə 

lap  oxşadı.  Məlik  Cümşüdü  tanıyan  adamlardan  hankısı  onu 

görsəydi,  hökmən  deyərdi  ki,  elə  bu  odu,  lap  elə  bil  ki,  bir 

almaydılar yarı bölünmüşdülər.  

 

Bəli, Məlik Əhməd kəllənin dediklərini eləyəndən sonra 



düzəldi  yola.  De  az  getdi,  çox  getdi,  gedib  yetişdi  bir  şəhərə. 

Içəri  girəndə  baxdı  ki,  bütün  şəhər  qara  bayraqlarla  bəzənib. 

Yol  uzunu  nə  qədər  adama  rast  gəldisə,  arvadlı–kişili  hamısı 

qara  geyinmişdi.  Məlik  Əhməd  lap  mat  qaldı.  Bazara  çıxdı, 

baxdı ki, camaat bunu görcək qara bayraqları çıxardıb, qırmızı 

bayraq saldı. Öz üstündəki qara paltarları tez çıxardıb, hara isə 

üz  tutub  qaçırlar.  Hamı  qışqırır,  bağırır.  Məlik  Əhməd  səs–

küyün içində ancaq bunu anlaya bildi ki, hamı deyir: «Vəliəhd 

gəldi».  

 

Məlik  Əhməd  məsələni  anladı.  Bildi  ki,  onu  qardaşı 



Məlik  Cümşüdə  oxşadırlar.  Düşdü  фikrə  ki,  yaxşı  indi  mən 

neynəyim?  Görəsən  qardaşım  burada  nəçi  imiş?  Mən  özümü 

burada  necə  qələmə  verim?  Elə  bu  фikirlə  yavaş–yavaş  atını 

sürürdü  ki,  bir  də  gördü,  qabaqda  qoşunun  ucu  açıldı.  Demə 

padşaha  muştuluq  veriblər  ki,  kürəkənin  gəldi.  O  da  qoşunu, 

vəzir–vüzəranı  yığıb  kürəkənin  pişvazına  çıxıb.  Elə  padşah 

Məlik  Əhmədə  çatcaq  heç  фürsət  vermədi  ki,  o  ağzını  açsın, 

boynunu  qucaqlayıb  üzündən–gözündən  öpməyə  başladı. 

Məlik Əhməd baxdı ki, qiyamət başqa qiyamətdi.  



 

 

163 



 

Məlik  Əhməd  фikirləşdi  ki,  əgər  mən  işi  açsam,  bəlkə 

qardaşımı  tapmaq  mümkün  olmadı,  elə  yaxşısı  budu,  qoy  elə 

bilsinlər. Odu ki, dedi:  

 

–  Heç  zad,  canım,  çıxmışdım  ova,  bir  ceyrana  rast 



gəldim, qovhaqov–qovhaqov belə yubandım.  

 

De 



şəhər  təzədən  bəzəndi.  Gəldilər  barigaha. 

Axşamüstü idi. Bir az ordan–burdan söhbət–zad etdilər, tainki 

qaranlıq düşdü. Hərə öz mənzilinə çəkildi. Məlik Əhməd də öz 

dəyirəsinə  gəldi.  Içəri  girdi,  bir  də  gördü  nə…  dünya  gözəli 

kimi  bir  qız  durub  evdə.  Фikirləşdi  ki,  görəsən  bu  kim  ola… 

elə  bu  фikirdəydi  ki,  qız  özün  atdı  bunun  üstünə.  Qollarını 

boynuna  salıb  başladı  danışmağa  ki,  ay  nə  bilim  indiyə  kimi 

hardaydın?  Niyə  gedəndə  mənə  deməmişdin?  Ay  nə  bilim  az 

qalmışdım  səndən  sonra  özümü  öldürəm…  Məlik  Əhməd 

anladı ki, bu qardaşı Məlik Cümşüdün arvadıdı. Qaldı avara ki, 

indi    bu  nə  eləsin?  Qərəz,  Məlik  Əhməd  birtəhər  bunu 

sakitləşdirib  bəhanə  elədi  ki,  mənim  yuxum  gəlir,  yatmaq 

istəyirəm.  Tez  soyunub  girdi  yerinə.  Ancaq  əvvəlkindən  də 

böyük bir əngələ keçdi. Qız dinməz–söyləməz soyunub yıxıldı 

onun yanına. Bəli, işlər lap düzəldi.  

 

Məlik Əhməd qılıncın qoydu oratlığa ki:  



 

– Bax, bu qılıncdan bu yana keçməyəsən.  

 

Qız dedi:  



 

– Niyə?  

 

Məlik Əhməd dedi:  



 

– Onun səbəbini sonra deyərəm.  

 

Qız  Məlik  Əhmədin  bu  hərəkətindən  küsüb  üzünü 



döndərdi o yana, yatdı. Məlik Əhmədin canı qurtardı.  

 

Səhər  yuxudan  durdular.  Məlik  Əhməd  dedi,  çıxım 



küçə–bacanı bir dolanım, bəlkə qardaşımdan bir iz tapdım. Elə 

bir  az  küçə  ilə  getmişdi,  gördü  ki,  bir  qarı  əlində  bir  kağız 

durub ağlayır. Qarı bunu görcək başladı yalvarmağa ki:  

 

–  Ay  bala,  qürbətdə  bir  oğlum  var,  ondan  kağız  gəlib, 



bir adam tapmıram ki, mənim üçün bunu oxuya.  


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə