Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə41/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   37   38   39   40   41   42   43   44   ...   135

 

 

152 



 

– Bağban qardaş, mən sahibsiz bir adamam, mənə bir iş 

ver işləyim.  

 

Bağban  baxdı  ki,  bir  keçəl  oğlandı.  O  da  elə  bir  adam 



axtarırdı ki, bağın quşlarını qovsun. Alışdılar, verişdilər, oğlan 

bağbana  quşqovan  oldu.  Bu  burda  quş  qovmağında  olsun,  bu 

padşahın  üç  dənə  mamlı–matan  qızı  var  idi.  Hər  gün  bağdan 

bunlara  gül  gətirərdi.  Kiçik  qız  bir  gün  baxdı  ki,  onun  üçün 

bağlanmış  gül  dəstəsi,  o  biri  bacılarından  yaxşıdı,  həm  də 

onunkunu qızıl tüklə bağlayıblar. Qız bu işdən maraqlandı. Di, 

başladı məsələyə фikir verməyə. Sabahısı gün baxdı ki, bu gün 

də  gül  dəstəsi  gümüş  tüklə  bağlanıb.  Ondan  sonra  onun 

dəstələri bir gün qızıl tüklə, bir gün də gümüş tüklə bağlanırdı. 

Qız duydu ki, burda bir hikmət var.  

 

Bir  gün  qız  səhər  tezdən  yuxudan  durub  əyləşdi 



pəncərənin  qabağında.  Bu  pəncərə  də  həmin  bağa  baxırdı. 

Baxdı ki, bir keçəl oğlan gül yığır. Amma, hərçənd ki, keçəldi, 

özü  çox  gözəl  oğlandı.  Gözlər  qara,  qaşlar  qara,  yanaqlar 

qıpqırmızı lalə kimi, siфət ağappaq, elə bil ki, qaymaqdı, böyük 

bacıların  gülünü  sapla  bağladı.  Sonra  bir  o  yana,  bir  bu  yana 

baxdı,  başından  qarını  çıxartdı.  Qız  baxdı  ki,  nə…  oğlanın 

başının bir tərəфi qızıldı, bir tərəфi gümüş. Qız min ürəkdən bir 

ürəyə vuruldu oğlana.  

 

Məlik  Cümşüd  hər  gün  xırda  qızın  dəstəsini  başından 



çəkdiyi  qızıl,  gümüş  tüklər  ilə  bağlayıb  gətirdi.  Amma 

qarovulçu–zad  çox  idi  diyən,  фürsət  tapıb  görüşə  bilmirdilər. 

Kiçik qız ağıllı başlı Məlik Cümşüdə eşq yetirmişdi. Ta o hala 

gəlmişdi ki, nə  gecə, nə gündüz  gözlərinə  yuxu–zad getmirdi. 

Yatırdı oğlan, dururdu oğlan, gəzirdi oğlan. Qərəz nə deyim… 

Oğlan  elə  bil  ki,  bir  tilsimli  əjdaha  olub  keçmişdi  onun 

boğazına, əl çəkmirdi ki, çəkmirdi.  

 

Qız düşündü, daşındı, axırda başladı bacılarının beynin 



yeyib  qulaqların  dəng  eləməyə  ki,  «niyə  dədəm  bizi  ərə 

vermir». Elə demə qızlar da belə bir şeyə bənd imişlər, dərdləri 

açıldı.  Üç  bacı  baş–başa  verdilər.  Neynəsinlər?  Elə  beləcə 



 

 

153 



gedib atalarına bu barədə bir söz demək olmazdı. Axırda kiçik 

qız onlara dedi: 

 

–  Siz  dayanın  mən  bu  işi  elə  düzəldərəm  ki,  lap  sizin 



ürəyinizcə.  Burada  heç  bir  çətinlik  zad  yoxdu,  lap  su  kimi 

düzəldərik.  

 

Böyük  bacıları  bu  kiçik  bacının  mazaratlığına  bələd 



idilər,  odu  ki,  razı  oldular.  Kiçik  qız  getdi  şahlıq  bostanına, 

oradan  üç  dənə  qovun  seçdi.  Gətirdi  evə.  Qovunların  biri  o 

qədər  yetişmişdi  ki,  lap  suyu  axırdı,  ikincisi  miyanatəhər  idi, 

üçüncüsünün  lap  vaxtı  idi,  vaxt  eləyirdi  ki  çatlasın.  Bunları 

qoydu bir xonçaya üstünə də bir örtük örtüb, göndərdi padşaha.  

 

Bəli, padşaha xəbər gəldi ki, qızlarından sənə bəxşayış 



gəlib. Padşah örtüyü açıb, gördü üç dənə qovun, qaldı məhəttəl. 

Çağırdı vəziri, dedi:  

 

– Vəzir, bu nə olsun? Bu necə bəxşayışdı? 



 

Vəzir bir az фikirləşib dedi:  

 

–  Padşah  sağ  olsun,  qızların  bu  qovunlarla  sənə  söz 



demək  istəyirlər.  Bax  bu  lap  yetişmiş  qovun  böyük  qızındı, 

deyir  ki,  «axı  mənim  vaxtım  keçdi,  məni  nə  vaxt  ərə 

verəcəksən». Bu ortancıl qızındı, demək istəyir ki, “axı mənim 

də  vaxtım  keçdi”.  Bu  da  üçüncü  qızındı.  Bu  da  demək  istəyir 

ki, «ata, lap yetişmişəm, şax–şax şaqqıldıyıram, çırtmaq vurma 

dağıllam».  

 

Padşah gördü ki, elə vəzir deyəndi, фikrə gedib dedi:  



 

–  Vəzir  nə  təhər  eləyim?  Hardan  bilək  ki,  bunların 

meyli kimədir?  

 

Vəzir dedi:  



 

–  Padşah  sağ  olsun,  onu  həvalə  elə  mənə.  Sabah  əmr 

elərəm  bütün  camaat  yığılar  sarayın  qabağına.  Qızlar  da 

çıxarlar  balaxanaya.  Adamlar  gəlib,  bir–bir  ordan  keçərlər. 

Qızların  meyli  kimə  olsa,  onun  dalınca  alma  atar,  biz  də  işi 

bilərik.  Padşahın  bu  tədbirdən  çox  xoşu  gəldi.  Bəli,  əmr 

olundu,  bütün  camaat  yığışdı,  qızlar  da  üç  dənə  tərlan  kimi 

pəncərədə  qərar  tutdular.  Təbillər  çalındı,  adamlar  başladı 




 

 

154 



pəncərənin  qabağından  birbəbir  keçməyə.  Böyük  qız  almanı 

atdı  vəzirin  oğluna,  ortancıl  qız  atdı  vəkilin  oğluna.  Kiçik  qız 

heç  kəsin  dalınca  atmadı.  Hamı  keçdi  qurtardı,  qız  atmadı  ki, 

atmadı. Padşah vəziri çağırdı.  

 

– Vəzir şəhərdə ta kim qaldı?  



 

– Padşah sağ olsun, hamı burdadı. Bircə sənin bağında 

bir keçəl quşqovan qalıb.  

 

Padşah  məhəttəl  qaldı  ki,  görəsən  bu  qız  kimə  getmək 



istəyir. Çar–naçar əmr elədi, gedib quşqovanı, Məlik Cümşüdü 

çağırdılar.  Məlik  Cümşüd  elə  gəlib  əynində  yırtıq  paltar, 

pəncərənin  qabağından  keçəndə,  qız  almanı,  yallah  küpədi 

onun dalınca. Padşah onu görcək dəli kimi qalxdı ayağa. Ancaq 

iş işdən keçmişdi. Qız bunu görüb düşdü padşahın ayaqlarına. 

Padşah  böyük  qızı  ilə  ortancıl  qıza  qırx  gün,  qırx  gecə  toy 

elədi, hərəsinə bir imarət ayırıb verdi, amma xırda qızına heç, 

toy–zad  da  eləmədi.  Məlik  Cümşüdə  qoşub,  qəsrdən  çıxarıb, 

köçürdü təndrəsərə. 

 

Bunlar  burda  yaşamaqda  olsunlar,  bir  gün  padşah 



naxoşlayır. Di təbib, məsləhət, axırda dedilər ki, «sən gərək ov 

əti  yiyəsən».  Bunu  eşitcək  padşahın  kürəkənləri  atlanıb, 

çıxdılar  ov  axtarmağa.  Bu  tərəфdən  də  Məlik  Cümşüd  durub 

çıxdı  şəhərin  qırağına.  Dərədə  cibindən  tükü  çıxardıb 

tutuşdurdu  oda.  At,  zümrüd,  aslan  gəldi.  Oğlan  üçünə  də  əmr 

elədi ki, düşün çöllərə! Bu saat nə qədər ov varsa yığarsınız bu 

dağın  başına.  Məlik  Cümşüd  özü  də  paltarını  dəyişib  bir 

sövdəgər paltarı geydi, oturdu ovların arasında.  Az keçdi, çox 

keçdi kürəkənlər hər  yanı axtardılarsa ov  əsəri tapılmadı, kor–

peşman evə qayıtmaq istəyirdilər ki, bir də baxdılar bağın üstü 

dolub  ovla.  Tez  atdan  düşüb  elə  hərəsi  birini  nişanlamışdı  ki, 

Məlik Cümşüd qalxdı ayağa:  

 

–  Hey  nə  eləyirsiniz?..  Sahibsiz  mal–zad  deyil  ki, 



əlbəhəl nişanlayırsız.  

 

Dedilər:  



 

– Kimdi bunların sahibi?  




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə