Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə38/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   34   35   36   37   38   39   40   41   ...   135

 

 

142 



 

At dedi: 

-Elə isə min üstümə, yola düşək. 

 

Oğlan ata süvar oldu, atı məhmizləyib yola düşdü. 



 

Günə bir mənzil, təyyi-mənazil, gethaget özlərini böyük 

bir dağın ətəyinə yetirdilər. At dayanıb dedi: 

-  Oğlan,  mən  burada  dururam,  sən  gedərsən  o    iki  dağın 

arasına.  Qabağında  böyük  bir  meşəlik  gələcək,  o  meşəliyin 

içində  tək  imarət  görəcəksən.  Imarətin  qabağına  bir  çeşmə, 

çeşmənin  də  başında  yeddi  dev  görəcəksən.  Bu  devlər 

dəyirman  daşlarını  oynatmağnan  məşğuldurlar.  Sən  ora  gedən 

kimi  sənə  hücum  edəcəklər.  Almanı  qoparıb  qayıdarsan. 

Amma  nəbada-nəbada,  devlərin  sözünə  inanıb  фürsəti  onlara 

verəsən ha! 

 

Oğlan  atı  orda  qoyub,  başladı  getməyə.  Bir  xeyli 



gedəndən  sonra  girdi  meşəliyin  içinə.  Bir  qədər  meşəliknən 

gedib  at  deyən  imarətə  rast  gəldi.  Gördü  həmin  yeddi  dev  bir 

böyük  dəyirman  daşını  oynadır.  Oğlanı  görən  kimi  Qara  dev 

qışqırdı: 

-  Aha,  ay  bəni-adəm,  sən  bizim  əlimizə  yaxşı  düşmüsən.  Indi 

biz səni öldürərik. Belə deyib dəyirman daşını фırladıb oğlana 

tərəф  atdı.  Oğlan  başını  əydi,  dəyirman  daşı  üstündən  ötdü. 

Oğlan qılıncı sivirib devə endirdi. Dev iki parça olub düşdü. O 

birisi  devlər  bunu  görüb  qaçmağa  başladılar.  Belə  ki,  oğlan 

özünü  həmin  ağ  alma  ağacının  yanına  yetirib  almadan  bir 

xurcun  yığdı.  Qayıdıb  gəlmək  istəyəndə  hər  tərəфdən  səslər 

eşidilirdi.  Ay  aman,  qoymayın,  tutun.  Oğlan  bu  səslərə  фikir 

verməyib  geri  baxmadı.  Gəlib  dağın  ətəyində,  yenə  öz  atına 

süvar olub yola düşdü. At yel kimi uçub, qan-tər içində oğlanı 

mənzilinə yetirdi. Oğlan tez atdan düşüb ipək dəsmalınan onun 

tərini silir, almaları da aparıb bacısına verdi. Bacısı almalardan 

birini yeyib ayağa durdu.  

 

Bunlar  burda  qalsın,  gəl  sənə  kimdən  xəbər  verim,  baş 



hərəmdən. 


 

 

143 



 

Baş hərəm gecə-gündüz yata bilməyib фikir eləyirdi ki, 

hərgah  məsələnin  üstü  açılarsa,  padşah  bunu  və  vəziri 

öldürəcəkdir.  Odu  ki,  istəyirdi  ki,  oğlanın  başını  batırsın.  Bu 

səфər də eşitdi ki, oğlan salamat qayıdıb. Qarını çağırıb dedi: 

-  Qarı  nənə,  bir  iş  var,  əgər  bunun  dalınca  da  göndərsən,  çox 

ümid var ki, tay salamat qayıtmasın.  

 

Qarı dedi: 



- O nədi? 

 

Baş  hərəm  dedi  ki,  bir  təhər  eləyib  oğlanı  Qırx 



Keçəpapağın  dalınca  göndərmək  lazımdı.  Özün  bilirsən  ki, 

oraya quş-quşluğuynan qanad sala bilməz. Qarı razı olub qızın 

yanına getdi. Qız yenə bikeф oturub фikir edirdi. Gördü ki, qarı 

pilləkənlərdən  yavaş-yavaş çıxır. Qarı ona  yaxınlaşıb dilini işə 

salıb dedi: 

- Qadan-balan alım, allaha şükür, deyəsən sağalmısan. 

 

Qız dedi: 



-  Bəli,  qarı  nənə,  qardaşım  almanı  gətirəndən  sonra  bir  az 

babatam.  

 

Qarı nənə dedi: 



-  Ay  qız,  mən  bilirəm  ki,  sənin  günün  pis  keçəcək.  Çünki 

qardaşın özünə Qırx Qönçə xanımı gətirib, o birisi otaqda keyф 

eləyir.  Sən  də  allaha  şükür  yekə  qızsan,  burda  tək-tənha 

qalırsan.  Indi  ki,  belədi,  qardaşına  de  ki,  gedib,  qırx 

Keçəpapağı gətirsin, sən də onnan keyф eləyəsən. 

 

Qız qarının sözünə inandı. Qarı gedəndə qıza bərk-bərk 



tapşırdı ki, qardaşını ora göndər. Qarı gedəndən sonra qız bir az 

da  qaşqabağını  sallayıb  balkonda  oturmuşdu.  Oğlan  Qırx 

Qönçə  xanımnan  eşiyə  çıxıb  bunu  bikeф  gördülər.  Qardaşı 

yanına gəlib bacısının boynunu qucaqladı. Hər iki gözlərindən 

öpəndən sonra dedi: 

- Bacı, niyə фikir eləyirsən, mən ölməmişəm ki, ürəyində nə ki, 

dərdin var, mənə söylə. Bacardığım yerə kimi dərman elərəm. 

 

Qız dedi: 




 

 

144 



- Hələ utanmaz-utanmaz danışırsan. Qönçə xanımnan səhərdən 

axşama kimi gəzib dolanıb keyф eləyirsən. Bəs, mən heç adam 

deyiləm?  Gərək  gedib  Qırx  Keçəpapağı  da  mənim  üçün 

gətirəsən.  Oğlan  yenə  də  qızın  ürəyini  sındırmayıb,  mənim 

gözüm  üstə  dedi.  Bir  azdan  sonra  oğlan  atın  yanına  gəlib 

minmək  istədi.  At  yenə  dedi  ki,  oğlan,  hara  gedirsən?  Oğlan 

dedi ki, gedək Qırx Keçəpapağın dalınca. At dedi:  

-  Sən  o  həyətə  neçə  dəфə  çıxmısan,  o  dəmdəsgahı  bilirsən, 

ancaq  sənə  deyirəm,  ora  çox  qorxuludur.  Təvəkkül  allaha, 

gedək. Oğlan ata süvar olub başladı getməyə. Iki saatdan sonra 

özlərini qalaçanın yanına yetirdilər.  

 

Gördülər bir yekə Keçəpapaq ortada oturub, dövrəsində 



də Qırx Keçəpapaq qulluqçu var. At dedi: 

-  Oğlan,  həmin Keçəpapağın  yanına  gedərsən.  Ya  allah,  deyib 

əl  atarsan  onun  papağına,  ancaq  onu  bil  ki,  birinci  dəфədə 

götürməsən, yarıya qədər quma batacaqsan. Ikinci dəфə götürə 

bilməsən  boğaza  qədər  quma  batacağıq,  üçüncü  dəфə  götürə 

bilməsən,  sən  də,  mən  də  daşa  dönəcəyik.  Oğlan  bu  sözləri  

eşidib  atın  üstündə  bərk  durdu.  At  bir  dəqiqədə  özünü  həyətə 

atdı.  Oğlan  özünü  yetirib,  əl  atdı  Keçəpapağın  papağına. 

Həyətdəki dəhşət bunu qorxudub əli boşa getdi. At xəbər verdi 

ki,  dizə  qədər  torpağa  batdıq.  Ikinci  dəфə  əlini  atanda  yenə 

boşa  getdi.  Oğlan  atın  üstündə  boğaza  qədər  atnan  bərabər 

torpağa quylandılar. At oğlanın qulağına dedi: 

-Özünü  yığışdır,  bu  səфər  də  papağı  götürməsən,  biz  daşa 

dönəcəyik.  

 

Elə  bil  ki,  oğlana  təzədən  qüvvət  gəldi.  Əlini  atıb 



papağı götürdü. Papağı götürən kimi torpaqdan xilas oldular. O 

saat at özünü qalaçanın bu tərəфinə atdı, üz qoydular gəlməyə. 

Dərələrdən  sel  kimi,  təpələrdən  yel  kimi,  badeyi-sərsər  kimi 

özlərini yetirdilər evə. Oğlan tələsik atdan düşüb pilləkənlərdən 

çıxmağa  başladı.  Yarıya  qədər  çıxanda  yadına  düşdü  ki,  atın 

tərini silməyibdir. Tez qayıtdı, atın tərini silməyə başladı. 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə