Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə35/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   31   32   33   34   35   36   37   38   ...   135

 

 

133 



-  Arvad  doğanda  nə  təhər  olursa-olsun  uşağı  gizlədib,  onun 

yerinə it küçüyü qoyduraram.  

 

Qarı  mamanı  öyrədib,  ona  çoxlu  pul  verdi.  Bəli,  vaxt 



yetişdi, arvad doğan zaman onun iki gözəl uşağı oldu. Mama o 

saat  uşaqları  gizlətdi,  yerinə  it  küçüyü  qoydu  və  padşaha  tez 

xəbər  yetirdi  ki,  arvadın  it  küçüyü  doğmuşdur.  Padşah 

qəzəblənib, əmr etdi ki, dərhal arvadı zindana salsınlar. Amma 

vəzir qabağa yeriyib, padşaha dedi: 

-  Qibleyi-aləm,  bu  yaxşı  iş  deyil.  Təzə  doğan  arvadı  zindana 

salmaq sizə yaramaz. Başqa yerdən eşidib bizə gülərlər.Yaxşısı 

budur  ki,  arvadı  qov,  şəhərin  bir  kənarında,  bir  xaraba  yerdə 

qalsın.  Gündə  xörək-mörəklərin  artıqlarından  göndərərik, 

birtəhərnən dolanar. 

 

Baş hərəm yenə qarını çağırıb uşaqların halını soruşdu. 



Qarı dedi: 

-  Xanım,  bir  qutu  qayırtdırıb,  uşaqları  içinə  qoyub,  atdıq 

dənizə.  

 

Sizə xəbər verim qutudan. 



 

Dəryanın  üzündə  qutu  üzə-üzə  getdi  çıxdı  bir 

dəyirmana. Dəyirmançı dən üyüdən yerdə gördü ki, dəyirmanın 

novuna bir qutu ilişib. Tez qutunu gətirdi, açıb gördü ki, körpə 

uşaqdı.  Həmin  dəyirmançının  heç  uşağı  olmamışdı,  uşaqları 

evə gətirib arvadına dedi: 

- Arvad, övladımız yoxdu deyən, Allah bu uşaqları bizə yetirib. 

Gərək bunlara öz gözümüzün işığı kimi baxaq. 

 Bu  minvalnan  uşaqlar  on  beş  yaşına  yetişdilər. 

Dəyirmançı  ilə  arvadı  öldü.  Bir  bacı,  bir  qardaş  qaldılar.  Bir 

gün qardaş  yuxuda gördü ki, bir at dayanıb qapıda, buna deyir 

ki,  gəl  mənnən  gedək,  axırın  xoşbaxtlıqdır.  Oğlan  yuxudan 

oyanıb gördü ki, doğrudan da eşikdə bir at dayanıb. Rəvayətə 

görə, bu at yel atı imiş. At dilə gəlib dedi: 

-  Ay  oğlan,  min  belimə,  bərabər  gedək,  səni  elə  bir  yerə 

aparacağam ki, orda xoşbəxt olacaqsan.  




 

 

134 



Oğlan  tez  ata  minib  yola  düşdü.  At  yel  kimi  uçurdu. 

Dərələrdən yel kimi, badeyi-sərsər kimi, gethaget, bir qalaçaya 

yetişdilər. At dayanıb dedi: 

- Oğlan, düş. 

 

Oğlan  düşüb  qalaçaya  yaxınlaşdı.  Gördü  ki,  qırx  arşın 



ucalıqda  bir  hasarlı  qalaçadı.  Həmin  qalaçanın  da  bir  dəmir 

qapısı var. 

 

At dedi: 



- Oğlan, mən gedirəm, sən burda qalarsan. Hər vaxt mən sənə 

lazım olsam, bu tüklərimdən oda tutarsan, hazır olaram.  

 

Oğlan  qapıya  yaxınlaşıb,  bir  təkan  vurdu.  Qapı 



açılmadı.  Ikinci  təkan  vuranda  qapı  açıldı.  Oğlan  içəri  girib 

gördü ki, burda bir-birindən bəzəkli qırx otaq var. Otaqları bir-

bir gəzdi, amma heç bir adam görmədi.  

 

Bəli,  üç  gün  burda  qaldıqdan  sonra  yadına  düşdü  ki, 



bacısını da bura gətirmək lazımdır. Tez tükü oda tutdu, at hazır 

oldu.  Ata  minib  yola  düşdü.  Bir  neçə  saatdan  sonra  bacısının 

yanına  gəldi.  Bacısı  üç  gün  idi  ki,  фikir  eləyib  ağlayırdı. 

Qardaşının gəlməsini görüb yaman sevindi. Qardaşı dedi: 

- Bacı, ta durmaq vaxtı deyil, bizim qismətimiz başqa yerdədir. 

Dur min tərkimə, bərabər gedək.Bacısı da durdu ayağa, ikisi də 

mindilər ata. At bunları həmin qalaçanın yanına gətirdi. Oğlan 

ipək  dəsmalını  çıxarıb,  atın  tərini  sildi.  Keçdilər  otağa,  bir-bir 

otaqları gəzib, bacısına göstərdi. Bacısı da bu imarəti bəyəndi. 

Bunlar burda qalmaqda olsunlar. Bunların səsləri, soraqları hər 

yerə  yayıldı.  Hamı  danışırdı  ki,  bəs  фilan  qalaçada  bir  bacı-

qardaş  yaşayır.  Qız  olduqca  gözəl,  qardaşı  da  pəhləvandır. 

Gündə ov ovlayıb gətirir. bunlar burda yaşamaqda olsunlar, gəl 

sənə xəbər verim baş hərəmdən.  

 

Gözünə  döndüyüm  padşahın  baş  hərəmi  eşitdi  ki,  bəs 



фilan  yerdə  bir  bacı-qardaş  şad  gün  keçirirlər.  Tez  qarını 

çağırıb dedi: 

-  Qarı  nənə,  nə    təhər  olmuş  olsa,  bu  gün  mənə  bir  xəbər 

gətirməlisən, görək o oğlannan qız kimdi. Qarı əvvəlcə getmək 




 

 

135 



istəmədi.  Axırda  baş  hərəm  ona  birqədər  qızıldan-zaddan 

verdikdən sonra qarı dedi: 

-  Buy,  qarı  nənə  sənə  qurban,  niyə  getmirəm,  gedərəm,  bir  də 

üstəlik.  Qarı  çadrasını  başına  saldı.Yavaş-yavaş  gedib  özünü 

qalaçanın  yanıa  yetirdi.  Başladı  ah-vaynan  qapını  döyməyə. 

Oğlan ova getmişdi, evdə yoxuydu. Qız qapını açdı, gördü ki, 

bir nəфər qarıdı. Qarı qızı görən kimi dedi: 

- Buy, qarı nənən sənə qurban, heç rəvadı ki,sənin kimi gözəl, 

göyçək  bir  qız  bu  qalaçada  tək-tənha  qalsın?  Heç  kəsin  də 

xəbəri olmasın? Bəs kişi xeylağından-zaddan nəyin var? 

 

Qız dedi: 



- Qarı nənə, bir qardaşım var, o da ova gedib. 

 

Qarı  əhvalatı  bilib,  durdu  getməyə.  Çadrasını  başına 



salıb dedi ki, darıxma, qızım, mən tez-tez gələrəm, söhbətdən-

zaddan  elərik,  günün  xoş  keçər.  Qarı  mürgüləyə-mürgüləyə 

özünü  baş  hərəmin  yanına  yetirdi.  Baş  hərəm  oturub  фikir 

edirdi ki, görəsən, qarı nə xəbərnən gələcək. O, yəqin eləmişdi 

ki,  bu  oğlannan  qız  padşahın  naxırçı  arvadından  olan 

uşqlardı.Odur  ki,  çarə  axtarırdı  ki,oğlanı  yox  eləsin.  Bu  vaxt 

qarı tövşəyə-tövşəyə özünü yetirib dedi: 

- Xanım, həmin qalaçada bir oğlan və bir qız yaşayır. Özləri də 

bacı-qardaşdılar. Baş hərəm tez barmağını dişləyib dedi: 

- Aha, ey  dili-qaфil, bu  həmin uşaqlardı. Mən nə təhər eləyim 

ki, onların başını batırım. 

 

Qarını çağırıb dedi: 



-  Qarı  nənə,  bu  səфər  sənə  bir  çətin  işim  düşüb.  Nə  təhər 

olursa-olsun, gərək ona əməl eləyəsən.  

 

Qarılarda adətdir, bir az nəm-nüm eləyər. Bu qarı da bir 



az nəm-nüm eləyir.  

 

Xanım dedi: 



-  Gərək  yenə  gedəsən  həmin  qalaçaya,  birtəhər  eləyib  o  qızı 

başdan çıxarasan ki, qardaşını bir gedər-gəlməz yola göndərsin.   

 

Qarı  əvvəl  boynuna  almadı,  sonra  qızılları  görən  kimi 



razı oldu. Yenə çadrasını başına örtüb: 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə